Pskov | |
---|---|
Псков | |
57°49′ şm. e. 28°20′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 903 |
İlk məlumat | 903 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 45 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +7 8112 |
Poçt indeksi | 180000–180999 |
Digər | |
pskovgorod.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Pskov (rus. Псков) — Rusiya Federasiyasının şimal-qərbində şəhər.
Pskov şəhəri mühüm sənaye mərkəzidir. Maşınqayırma (elektrik avadanlığı, radio detalları, süni və sintetik lif istehsalı üçün maşınlar və s.), yüngül (xüsusilə kətan emalı) sənaye inkişaf etmişdir. Pskovun mərkəzi hissəsində Kreml (Troitsa kilsəsi ilə) yerləşir. Miroj (təqribən 1156), İvan (1243), Snetoqor (1310) ən qədim tikililərindəndir. 1941-1944-cü illərdə şəhər demək olar ki, tamamilə dağıdılmış, müharibədən sonra bərpa, yenidənqurma işləri aparılmış, yaşayış evləri və ictimai binalar tikilmişdir[2].
Pskov şəhərinin salnamələrdə ilk dəfə adı 903-cü ildə çəkilib. 1348-1510-cu illərdə müstəqil Pskov respublikasının paytaxtı olub. 1510-cu ildə Böyük Moskva knyazlığına birləşdirilmişdir. Livoniya ordeninə və Böyük Litva knyazlığına qarşı fəal mübarizə aparmışdır. Sinfi zidiyyətlərin kəskinləşməsi nəticəsində 1608-1611 və 1650-ci illərdə Pskovda üsyanlar baş vermişdi. XIII-XVI əsrlərdə böyük ticarət, iqtisadiyyat və mədəniyyət mərkəzi olan Pskov XVII-XVIII əsrlərdə öz əhəmiyyətini itirdi.
1650-ci ildə Rusiyada baş vermiş bu üsyan antifodal səciyyəsi daşmışdır. 1949-1950-ci illərdəki qıtlıqla əlaqədar taxılın qiymətinin artması və möhtəkirlik üsyana bəhanə olmuşdur. Lakin üsyan məğlub olmuş, üsyan rəhbərləri sürgün olunmuşdur.
1900-cü il fevralın 26-dan mayın 9-dək V.İ. Lenin Pskovda yaşamışdır. 1912-ci ildə Pskovda tramvay yolu açımışdır. Böyük Vətən Müharibəsinin başlanmasından 3 il sonra şəhər Almaniya tərəfindən işğal olunmuş, 3,5 min dinc sakin həlak olmuşdur. 1944-cü il, iyulun 23-də şəhər azad olunmuşdur.
2016-cı ilin siyahıyaalmasına görə Pskov şəhərinin əhalisi — 208 145 nəfərdir. Əhalinin sıxlığı isə hər 1 kvadrat kilometrə 2177 nəfərdir. Pskov vilayətinin 2 ən böyük şəhərindən birincisidir (İkincisi Velikiye Lüki şəhəridir).
Pskov dövlət tarix-memarlıq və rəssamlıq muzeyinə daxildir: