Pyer Bulez | |
---|---|
fr. Pierre Louis Joseph Boulez | |
| |
Ümumi məlumatlar | |
Doğum adı | Pierre Louis Joseph Boulez[1] |
Doğum tarixi | |
Doğum yeri | Montbrizon, Fransa |
Vəfat tarixi | (90 yaşında) |
Vəfat yeri | Baden-Baden, Almaniya |
Vətəndaşlığı | Fransa |
Milliyyəti | fransız |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | fransız bəstəkarı, dirijor, pedaqoq, musiqi nəzəriyyəçisi, musiqi yazıçısı |
Fəaliyyət illəri | 1945-2015 |
Janr | Müasir musiqi |
Musiqi aləti | fortepiano |
Albom şirkətləri | Doyçe Qrammofon[d] |
Təhsili | |
Üzvlüyü |
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Pyer Bulez (d. 26.3.1925, Luara departamenti, Monbrizon) — fransız bəstəkarı, dirijor, pedaqoq, musiqi nəzəriyyəçisi, musiqi yazıçısı.[2]
1942–45-ci illərdə Paris konservatoriyasında O. Messianın yanında (harmoniya) oxumuş A. Voraburdan (kontrapunkt) özəl dərslər almışdır. Darmştadt beynəlxalq musiqi institunda (1954–65, fasilələrlə), Bazel Musiqi Akademiyasında (1960–63-cü illərdə professor), Harvard Universitetində (1963) kompozisiyadan dərs demişdir.
“Domaine musical” cəmiyyətinin müasir və qədim musiqi konsertlərinin (1954–67, Paris) dirijoru olmuşdur; öz əsərlərini ifa etmişdir; 20-ci əsr bəstəkarlarının (xüsusən də İ.F. Stravinski, A. Vebern, A. Berq və Messianın) əsərlərinin interpretasiyası ilə məşhurlaşmışdır. 1970-ci illərin əvvəllərindən klassikanı da ifa etmişdir (R. Vaqnerin “Nibelunq üzüyü” opera tetralogiyasının dirijoru, Bayroyt, 1976).[2] 1971–74-cü illərdə Bi-Bi-Si simfonik, 1971–77-ci illərdə Nyu-York filarmonik orkestrlərinin baş dirijoru olmuşdur.
Dodekafoniyadan elektron musiqiyə qədər bəstəkarlığın ən yeni texnikalarından istifadə etmişdir. 18 solist üçün “X polifoniyası” (1951), 2 fp. üçün “Strukturlar” (1-ci dəftər – 1952, 2-ci dəftər – 1961) total serializm texnikasında yazılmışdır. Kontralto və instrumental ansambl üçün yazdığı “Ustasız çəkic” (1955) əsəri avanqardçı bəstəkar kimi ona geniş şöhrət gətirmişdir. 1975–92-ci illərdə Parisdəki Musiqi-akustika problemlərinin tədqiqi və koordinasiyası institunun (İRCAM) rəhbəri olmuşdur. Burada təşkil etdiyi “İnter Contemporain” (1976) müasir musiqi ansamblı Bulezin başçılığı ilə qısa vaxt ərzində dünya şöhrəti qazanmışdır. Digər məşhur əsərləri arasında soprano və simfonik orkestr üçün “Mallarmenin bükük-bükük portreti” (S. Mallarmenin mətnlərinə, 1962), 9 zərb aləti və orkestr üçün “Parıltı-Çoxluq” (sonuncu redaksiyası 1970) var.[2]