Qafqaz üstüzəni

Qafqaz üstüzəni
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
Dəstəüstü:
Ranqsız:
Ranqsız:
Fəsiləüstü:
Fəsilə:
???:
Qafqaz üstüzəni
Beynəlxalq elmi adı

Üstüzən (lat. Leucaspius delineatus delinecatus ) — öz cinsinin yeganə yarımnövüdür. Az saylıdır.

Xarakterik morfoloji əlamətləri

[redaktə | vikimətni redaktə et]

Başı böyükdür, bədən uzunluğunun 26.0%-nə qədərini təşkil edir. Pulcuqları bədənə möhkəm yapışıb. Ağız başın ucunda yerləşir. Bel üzgəci bədənin nisbətən geri hissəsində yerləşir. Bədənin yanları uzunu tünd rəngli zolaq gedir. Pulcuqların dal kənarlarında sıra ilə tünd nöqtələr yerləşir. Xırda balıqdır, uzunluğu 40 mm-ə, kütləsi 820 mq-a qədər olur.

Yaşayış yeri və həyat tərzi

[redaktə | vikimətni redaktə et]

Göl tipli, zəif sürətlə axan, dibi lili, su bitkiləri ilə zəngin su hövzələrində yaşayır. Yarımpelegial həyat tərzi keçirən oturaq balıqdır. Əksər fərdləri 1 il yaşayır, kürütökmədən sonra tələf olurlar. Fərdi inkişaf forması tam çevrilmə ilə gedir. Həyat sikli kürü, sürfə, körpə, yaşlı fərd şəklində olur.[2]

Azərbaycanda bir yarımnövü (Leucaspius delineatus delinecatus) yayılmışdır. Üstüzənin (Leucaspius delineatus) bir yarımnövü vardır. Azərbaycanda Aşağı Kür hövzəsində, Kiçik Qızılağac körfəzində və ona tökülən çayların (Qumbaşı və Viləşçay) mənsəb hissələrində rast gəlinir.

Az saylıdır.

Cinsi statusu və çoxalma xüsusiyyətləri

[redaktə | vikimətni redaktə et]

Çoxalma kürütökmə yolu ilə olur. Kürütökmə aprelin axırlarından başlayır avqustun sonuna qədər davam edir. Kürülərini hissə-hissə tökür. 1 dəfə, orta hesabla 247 ədəd kürü verir.[3]

Başlıca olaraq plankton canlılarla, rotatorilər, kopepodlar və qismən detridlə qidalanır. Nisbətən iri fərdləri havadan suya düşən cücüləri də yeyir.

Biomüxtəliflikdə rolu

[redaktə | vikimətni redaktə et]

Biomüxtəlifliyin bir kompanentidir. Onurğasız heyvanlarla qidalanır, özləri isə digər yırtıcı balıqların, sürünənlərin və balıqyeyən quşların qidasını təşkil edir.

Yırtıcı balıqlar (sıf, naxa, durnabalığı və s.), sürünənlər, balıqyeyən quşlar və balıq parazitləri.

İnsan həyatına təsiri

[redaktə | vikimətni redaktə et]

Vətəgə və təsərrüfat əhəmiyyəti yoxdur. Vətəgə əhəmiyyətli balıqların qida şəriki olmaqla müəyyən qədər ziyan verir.

Qəbul edilmiş və qəbul edilməsi vacib olan mühafizə tədbirləri

[redaktə | vikimətni redaktə et]

Balıqçılıq haqqında qanun qəbul edilmişdir. Su hövzələrinin çirkləndirilməsinin qarşısı alınmalıdır. Azsaylı olduğundan qorunma tədbirləri həyata keçirilməlidir.

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224 s.
  3. Казанчеев Е.Н. Рыбы Каспийского моря. М.: Легкая и пищевая промышленность, 1981, 168 с.
  1. Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224 s.
  2. Казанчеев Е.Н. Рыбы Каспийского моря. М.: Легкая и пищевая промышленность, 1981, 168 с.