Joze Qomis di Voskonselus Jardin | |
---|---|
port. José Gomes de Vasconcelos Jardim | |
2-ci prezident Riu-Qrandi Respublikası | |
08.1843 – 03.1845 | |
Əvvəlki | Bentu Qonsalvis |
Sonrakı | Vəzifə ləğv edilir |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Triunfu , Riu-Qrandi-du-Sul |
Vəfat tarixi | (81 yaşında) |
Fəaliyyəti | inqilabçı |
Vikianbarda əlaqəli mediafayllar |
Joze Qomis di Voskonselus Jardin (port. José Gomes de Vasconcelos Jardim; 1 yanvar 1773 — 1 dekabr 1854) — Braziliyalı həkim, həmçinin hərbi və siyasi xadim. Farrapus müharibəsinin əsas fiqurlarından biri, Riu-Qrandi-du-Sulun müstəqilliyinin tərəfdarı. Riu-Qrandi Respublikasının ikinci prezidenti (1843—1845).
Jardin üsyanın əvvəllərindən onun iştirakçısı, sonradan rəhbəri olmuşdur. Üsyançılar 5 noyabr 1836-cı ildə Riu-Qrandi Respublikası elan edildikdən sonra Bentu Qonsalvisi prezident, Jardini isə vitse-przident təyin edirlər. Ancaq Bentu Qonsalvis əsirlikdə olması səbəbindən onun səlahiyyətləriri Jardin icra edir[1].
Sentyabr 1837-ci ildə Qondalvis əsirlikdən qaçmağa müvəffəq olur və üsyançılara qoşulur. Mübarizəni davam etdirsə də, 1943-cü ilin avqust ayında üsyançıların rəhbərliyində yaranan fikir ayrılığı səbəbindən istefa verir. Jardin vitse prezident kimi yenidən prezident olur[1]. Onun rəhbərliyi ilə 1845-ci ildə Riu-Qrandi ilə imperiya arasında barışıq sazişi imzalanır.