Qəlbdən (film, 1998)

Qəlbdən
Dil Se
Janr romantik film[1][2], musiqili film[3][2], dram filmi, döyüş filmi
Əsas mövzu terrorizm
Rejissor Mani Ratnam
Prodüserlər Mani Ratnam
Ram Gopal Varma
Şekar Kapur
Ssenari müəllifləri Mani Ratnam
Tigmanshu Dhulia
Sujatha
Baş rollarda Şahrux Xan
Priti Zinta
Manişa Koirala
Geyim rəssamı Karan Cohar
Distribütor Netflix
İlk baxış tarixi 21 avqust 1998[4], 1998
Müddət 158 dəq.
Büdcə 2.39 milyon $
Gəlir 3.49 milyon $
Ölkə Hindistan
Dil Hind dili
İl 21 avqust 1998
Rəng rəngli
Çəkiliş yeri Dehli
IMDb ID0164538

Dil Se (hind. दिल स, Dil Se) — filmin rejissoru Mani Ratnamdır. Filmdə baş rollarda Şahrux Xan ,Manişa KoiralaPriti Zintadır. Mani Ratnam həm də filmin ssenaristləri sırasındadır. Priti Zintanın ilk filmi olan bu film həmçinin bu aktrisaya ilk Filmfare Award mükafatını qazandırır və ilin ən yaxşı aktrisası seçilir. Dil Se həmçinin Şahrux Xannın qonaq oyunçu olan Malaika Arora ilə qatar üzərindəki möhtəşəm rəqsi və Chaiyya Chaiyya müsiqisi ilə məşhurdur. Dil Se filmi Hindistannın Himacal, Kəşmir, Assam, Kerala, Dehli bölgələrində və Butanda 55 günə çəkilib. Film Hindistanın Parallel Cinema nümunəsi hesab olunur. Film kinematoqrafiya, xoreoqrafiya, musiqi və bir çox keyfiyyətlərinə görə mükafatlara layiq görülür. Filmin gəliri o qədərdə yüksək olmasada ölkəxarici qazanc $975,000 və £537,930 olub.

Şahrux Xan — Amarkant "Amar" Varma
Manişa Koirala — Meqhna
Priti Zinta — Priti Nair
Malaika Arora — Chaiyya Chaiyya musiqisi üçün dəvət olunan oyunçu
Raqhuvir Yadav — Şukla
Zöhrə Səhqal — Nənə
Arundathi Naq
Aditya Şrivastava
Mita Vasisht — Mita
Krişnakant
Ken Filip
Sanjay Mişra

1999 Berlin Beynəlxalq Film Festivalı (Almaniya)

Netpac AwardMani Ratnam

1999 National Film Awards (Hindistan)

Gümüş Lotus mükafatı — Santoş Sivan
Gümüş Lotus mükafatı — H. Sridhar

1999 Filmfare Awards (Hindistan)

Priti Zinta — Ən yaxşı qadın nominasiyasında
A. R. Rahman — Ən yaxşı musiqi rejissoru

Filmin musiqilərini A. R. Rahman bəstələyib. Musiqilərin sözləri isə Gulzara məxsusdur.

  1. "Dil Se Re" (6:54) – A. R. Rahman, Anuradha, Anupama
  2. "Jiya Jale" (4:12) – Lata Mangeshkar, M. G. Sreekumar
  3. "Chaiyya Chaiyya" (6:52) – Sukhwinder Singh, Sapna Awasti
  4. "E Ajnabi" (5:32) – Udit Narayan, Mahalakshmi
  5. "Satrangi Re" (7:12) – Sonu Niqam