Ranbir Rac Kapur (ing. Raj Kapoor; 14 dekabr 1924[1][2], Pişəvər, Britaniya Hindistanı[1] – 2 iyun 1988[3], Yeni Dehli) — məşhur hind kinorejissoru, ssenarist, prodüser, aktyor.[4][5]
Rac Kapur 14 dekabr 1924-cü ildə Pişəvərdə (hazırda Pakistanın şimali-qərbində əyalət) aktyor Prithvirac Kapurun ailəsində anadan olmuşdur. O, kinoda ("Inquilab") ilk rolunu 1935-ci ildə - 11 yaşı olarkən ifa etmişdir. 1948-ci ildə o, öz şəxsi studiyası olan "Rac Kapur films" şirkətini yaradır. Buna qədər isə bir neçə il "Bombey tokiz" studiyasında rejissor assistenti vəzifəsində çalışmışdı. Rac Kapur sonralar onu məşhurlaşdıran filmlərin əksəriyyətində rejissorluqla yanaşı, baş rolları da ifa edirdi. Əvvəlki işlərindən olan "Avara" (1951) və "Cənab 420" (1955) filmlərində R. Kapur sadə, mehriban və cazibəli "kiçik insan" obrazını məharətlə yaradır. Rac Kapurun iştirakı ilə çəkilən filmlər hələ öz dövründə müvəffəqiyyətlə dünya ekranına çıxmışdı. Kapurun bacarığı sayəsində kino vasitəsilə cəmiyyətdə olan sosial ədalətsizliklərin sərt tənqidi mümkün oldu.
Rac Kapur öz müxtəlif filmlərində Hindistan ictimaiyyəti üçün ən önəmli məsələlərdən birinə - uşaq cinayətləri mövzusuna ("Ayaqqabı təmizləyənlər" (1954)); kasta bərabərsizliyi ("Bobbi" (1973)) və s. mövzulara toxunurdu.
Rac Kapur 2 iyun 1988-ci ildə Hindistanın Yeni Dehli şəhərində, 64 yaşında vəfat etmişdir. Rac Kapurun vəfatı bütün Hindistanı sarsıtdı və hər kəs bunu milli faciə kimi qəbul etdi.
- İnqilab (film, 1935) / Inquilab
- Qauri (1943) / Gauri
- Hamari Baat (1943)
- Valmiki (1946)
- Chittor Vijay (1947)
- Dil-Ki-Rani (1947)
- Jail Yatra (1947)
- Neel Kamal (1947)
- Amar Prem (1948)
- Gopinath (1948)
- Aag (1948)
- Yağış mövsümü (1949) / Barsaat
- Andaz (1949)
- Parivartan (1949)
- Sunehre Din (1949)
- Banwra (1950)
- Bawre Nain (1950)
- Dastan (1950)
- Pyaar (1950)
- Jan Pahchan (1950)
- Sargam (1950)
- Avara (film, 1951) / Awaara
- Ashiana (1952)
- Anhonee (1952)
- Amber (1952)
- Vəfasız (1952) / Bewafa
- Aah (1953)
- Dhoon (1953)
- Paapi (1953)
- Cənab 420 (film, 1955) / Shree 420
- Hamıdan gizli (1956) / Chori Chori
- Sağlam olun! (1956) / Jagte Raho!
- Sharada (1957)
- Parvarish (1958)
- Phil Subha Hogi (1958)
- Anari (1959)
- Char Dil Char Raahein (1959)
- Kanhaiya (1959)
- Taleyin oyunları (1959) / Main Nashe Men Hoon
- Chhalia (1960)
- Jis Desh Men Ganga Behti Hai (1960)
- Shriman Satyawadi (1960)
- Nazrana (1961)
- Aşiq (1962) / Aashiq
- Dil Hi To Hai (1963)
- Ek Dil Sau Afsane (1963)
- Sanqam (1964) / Sangam
- Dulha Dulhan (1964)
- Üçüncü and (1966) / Teesri Kasam
- Divanə (1967) / Diwana
- Dünya ətrafında (1967) / Around the World
- Sapnon Ka Saudagar (1968)
- Mənim adım Kloundur (1970) / Mera Naam Joker
- Kal Aaj Aur Kal (1971)
- Mera Desh Mera Dharam (1973)
- Do Jasoos (1975)
- Taleyi aldatmaq (1975) / Dharam Karam
- Khaan Dost (1976)
- Chandi Sona (1977)
- Naukri (1978)
- Həqiqət, məhəbbət və gözəllik (1978) / Satyam Shivam Sundaram
- Abdulla / Abdullah
- Vakil Babu (1982)
- Gopichand Jasoos (1982)
- Kim (1984)
- Qanq, sənin suların bulanıb (1985) / Ram Teri Ganga Maili
- Aag (1948)
- Yağış mövsümü (1949) / Barsaat
- Avara (film, 1951) / Awaara
- Cənab 420 (film, 1955) / Shree 420
- Sanqam (1964) / Sangam
- Mənim adım Kloundur (1970) / Mera Naam Joker
- Bobbi (film, 1973) / Bobby
- Həqiqət, məhəbbət və gözəllik (1978) / Satyam Shivam Sundaram
- Sevgi xəstəliyi (1982) / Prem Rog
- Qanq, sənin suların bulanıb (1985) / Ram Teri Ganga Maili
- Aag (1948)
- Yağış mövsümü (1949) / Barsaat
- Avara (film, 1951) / Awaara
- Aah (1953)
- Ayaqqabı təmizləyənlər (1954) / Boot Polish
- Cənab 420 (film, 1955) / Shree 420
- Sağlam olun! (1956) / Jagte Raho!
- Ab Dilli Dur Nahin (1957)
- Jis Desh Men Ganga Behti Hai (1960)
- Sanqam (1964) / Sangam
- Mənim adım Kloundur (1970) / Mera Naam Joker
- Kal Aaj Aur Kal (1971)
- Bobbi (film, 1973) / Bobby
- Taleyi aldatmaq (1975) / Dharam Karam
- Həqiqət, məhəbbət və gözəllik (1978) / Satyam Shivam Sundaram
- Biwi-O-Biwi (1981)
- Sevgi xəstəliyi (1982) / Prem Rog
Sami Kapur
.