Ranik Halle

Ranik Halle
norv. Ranik Halle
Doğum tarixi 24 avqust 1905(1905-08-24)[1][2]
Doğum yeri
Vəfat tarixi 20 may 1987(1987-05-20)[1] (81 yaşında)
Vəfat yeri
Vəfat səbəbi xərçəng xəstəliyi
Təhsili
Fəaliyyəti siyasətçi, jurnalist, redaktor, bric oyunçusu[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ranik Halle (və ya Andronik Saradşef, norv. Ranik Halle, 24 avqust 1905[1][2], Bakı20 may 1987[1], Oslo)—rus əsilli norveçli jurnalist və bric oyunçusu. Ranik Halle 20 ildən çox Norveçin sağ mətbuat orqanının rəhbəri idi. Həmçinin, ölkənin ən məşhur bric oyunçularından olan Ranik, bric üzrə 12 qat Norveç çempionu və bir çox kitabların müəllifi olmuşdur.

Əsl adı Andronik Saradşef olan Ranik 1905-ci ildə avqust ayının 24-də Bakıda gürcü neftçi Sergey Saradşefin ailəsində dünyaya gəlmişdir. 11 il Bakıda yaşayan Ranikin anası həyat yoldaşının neft qəzasında ölməsindən sonra onun dostu norveçli Halfdan Halle ilə ailə həyatı qurmuşdur. Ranik Halfdan Halle tərəfindən övladlığa götürüldükdən sonra 1916-cı ildə ailəsi ilə birlikdə Norveçə köçmüş və Ranik Halle adını almışdır. Ranik Halle Osloda orta məktəbə başladı. 1923-cü ildə məzun olduqdan sonra Oslo Universitetində hüquq və sosial iqtisad ixtisası üzrə 3 il təhsil almışdır. Sonralar jurnalistikaya və siyasətə olan marağına görə universitetin tələbə birliyinə qoşulmuş və 1924-1927-ci ildə birliyin sədri olmuşdur [3].

1926-cı ildən "Norveçin gələcəyi" adlı jurnalda işləməyə başlayan Ranikin adı bu illərdə yeni meydana gəlmiş mühafizəkar propaqanda partiyası "Anavətən liqası" ilə sıx əlaqələndirilmişdi. 1931-ci ildə həftəlik qəzet olan "ABC" qəzetində çalışan Ranik qəzetdə "Anavətən liqası" leyhinə yazılar çap edir, partiyanın seçkilərdə məclisə daxil olması üçün çalışırdı. Onun bu səyləri nəticəsiz qaldı və partiya məclisə daxil ola bilmədi. Buna baxmayaraq mətbuatda çap etdiyi yazılar Ranikə böyük imkanlar yaratmışdı. Belə ki, 1936-cı ildə o, Norveçin məşhur günlük qəzetlərindən biri "Zamanın işarəsi" qəzetində yeni işə başlayır. Artıq 1940-cı ildə qəzetin baş redaktoru olan Ranik 1941-ci ilə yəni qəzet bağlanana qədər bu vəzifəni icra etmişdir. Müharibə illərində ailəsinin maddi vəziyyəti yaxşı olmadığında bric oyunu ilə bağlı yazılar yazıb qəzetlərdə çap etdirməyə başlayan Ranik 1954-1964-ci illər ərzində Norveç Bric Federasiyasının rəhbəri olmuşdur. 1964-ci ildən isə federasiyanın fəxri üzvlüyünə qəbul edilmişdir [4].

Ranik Halle 1946-cı ildə sonralar həm baş redaktor, həm də sio olduğu "Hoyres Nəşriyat Evi"ndə işə başlamışdır. O burada siyasi yazılar yayımlamağı öz öhdəsinə götürmüşdü. Tezliklə nəşriyyatın qəzetləri 700 min tiraj toplamış və Halle geniş oxucu kütləsinə sahib olmuşdu. Bu hadisədən sonra ölkənin böyük nəşriyyat orqanlarının da rəğbətini qazanan Halle 1965-1971-ci illərdə Oslo Redaktorlar Assosiasiyasının prezidenti, 1965-1975-ci illərdə Norveç Nəşriyyat və Mühafizəkar Nəşriyyat Assosiasiyasıyaları idarə heyətinin üzvü vəzifələrini icra etmişdir. Ranik Halle 1948-1970-ci illərdə Milli Şuranın, 1970-1972-ci illərdə isə Mərkəzi Şuranın üzvü olmuşdur. Mühafizəkar qanadın lideri Kare Vilokla yaşadığı konfliklərə görə Ranik Halle 1971-ci ildə Hoyres Nəşriyyatındakı işindən istefa vermiş və 4 il sonra təqaüdə çıxmışdır.

Ranik Halle 1987-ci ildə uzun illər əziyyət çəkdiyi xərçəng xəstəliyinə görə vəfat etmişdir.

  1. 1 2 3 4 Oppr. Andronik Saradscheff // Norsk biografisk leksikon (бук.). Kunnskapsforlaget. ISSN 2464-1502
  2. 1 2 Ranik Halle // Store norske leksikon (бук.). 1978. ISSN 2464-1480
  3. Godal, Anne Marit (redaktor). Ranik Halle // Store norske leksikon (Norwegian). Oslo: Norsk nettleksikon. 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 mart 2013.
  4. Bonde, Arne. Ranik Halle // Helle, Knut (redaktor). Norsk biografisk leksikon (Norwegian). Oslo: Kunnskapsforlaget. 2012-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 mart 2013.