Riqa Avtobus Fabriki

Rīgas Autobusu Fabrika
Rīgas Autobusu Fabrika
Loqonun şəkli
Ümumi məlumatlar
Sənaye maşınqayırma
Məhsulları avtobusmikroavtobus
Təsis tarixi 1949
Bağlanma tarixi 1998
Baş qərargahın yeri
www.rvr.lv
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Riqa Avtobus fabriki, RAF (latış. Rīgas Autobusu Fabrika, RAF‎) — Latviyada fəaliyyət göstərmiş mikroavtobus istehsal edən müəssisə.

Zavodun inşası

[redaktə | mənbəni redaktə et]

1949-cu ildə "№ 2 Riqa Avtotəmir zavodu" yerində «Riqa avtobus yedəyi zavoduna» çevrilir. Deismanis və Potreki emalatxanaları Terbatas küçəsində yerləşirdi.

1951-ci ildə «Riqa avtomobil təcrübə zavodu» ilə birləşdirilmişdir.

İlk Riqa Avtobusu

[redaktə | mənbəni redaktə et]

1953-cü ildə 25 ədəd RAF-651 markalı avtobus istehsal edilmişdir. Kapotlu RAF-651 avtobusları ГЗА-651 markalı avtobusların birəbir oxşarı idi. 16 oturacaq yerinə sahib avtobusun ümumi tutumu 25 sərnişin idi. 10 iyun 1954-cü ildə avtonəqliyyat nazirliyi tərəfindən zavod «Riqa peşəkar avtobus zavodu» adlandırılsada artıq 30 sentyabr 1954-ci ildə adı tamamən dəyişdirilərək son adı müəyyənləşdirilir: «Riqa Avtobus Zavodu» (latış. Rīgas Autobusu Fabrika‎).

1955-ci ildə zavod öz ilkin yerli istehsalını gerçəkləşdirilmişdir. Yeni RAF-251 modelinin bəzi hissələri QAZ-51 modelinə aid idi.

Şəhər avtobusu RAF-251 iki qapıya malik idi. 28 yelik sərnişin tutan avtobusda 21 oturacaq vardı. Baza varianıtı ilə yanaşı xidməti RAF-251С avtobusları buraxılır. Bu avtobuslar 1 qapıya sahibdir. Üstəlik 27 oturacağa sahib idi. Yük-sərnişin təyinatlı RAF-251Т yük yernə sahib idi. RAF-251 modeli 1958-ci ilə qədər istehsal edilmişdir. Bu müddət ərzində ümumi olaraq 1463 ədəd ekzemplar bursxılmışdır. Sonradan onları modernləşdirilmiş RAF-976 əvəz etmişdir.

Mikroavtobuslar

[redaktə | mənbəni redaktə et]
RAF-10 Festivals Sonrakı modifikasiya.
RAF-8 Spriditis.

1957-ci ildə RAF əməkdaşları Volkswagen Transporter ilə tanış olaraq Riqada mikroabtobus istehsal etməyi qərara alırlar. Nəticədə baş mühəndis Laymonis Kleqe (latış. Laimonis Klege‎), mühəndis-konstruktorlar J. Ositis (latış. J. Ositis‎), Q. Sils (latış. G. Sils‎) və 4 entuziaist tərəfindən mikroavtobus olan РАФ-10 işlənib hazırlanır.

VI Ümumdünya gənclər və tələbələr festivalı şərəfinə RAF-10 «Festival» (latış. «Festivāls»‎) ləqəbi alır. RAF-10 yüngül QAZ-М20 «Pobedanın» platforması üzərində yığılmışdır.

1958-ci ildə həm də RAF-10 QAZ-21 «Volqa» mühərriki ilə təmin edilir. 20 noyabr 1958-cu ildə zavod RAF-10 serialı mikroavttobuslar istehsala buraxılır və ilin sonuna cəmi 11 ədəd yığılır.

1958-ci ildı RAF-08 «Spiridis» (latış. Sprīdītis‎) «Moskviç-407» markalı modelin müəyyən hissələri ilə yığılmışdır. İstehsalı 1960-cı ildə inteksləşmiş RAF-978 istehsalı elədə böyük olmamışdır.

RAF-977 «Latviya»

[redaktə | mənbəni redaktə et]
RAF-977 Latviya. Birinci seriya

RAF-10 və RAF-08 markalarının istehsalı zamanı əldə edilən təcrüfə sayəsində RAF-977 «Latviya» (latış. «Latvija»‎) modeli istehsal olunur. Onun müəyyən ehtiyatları QAZ-21 «Volqaya» aid idi. 1958-ci ildə cəmi 10 maşın buraxılsada növbəti ildə genişmiqyaslı istehsal gerçəkləşdirilmişdir.

1960-ci ildə ilkin avtomobillər modernləşdirilmiş RAF-977В ilə əvəzlənmişdir.

Analoq RAF-977 — YerAZ-762В.

1961-ci ildə mikroavtobus istehsalı avadanlıqları Duntes küçəsinə köçürülür. Terbatas küçəsində yerləşən zavoda yenədə «№ 2 Riqa Avtotəmir zavodu» statusu qaytarılır.

Yeni meydançada RAF-977D modeli istehsal edilirdi.

RAF-977D modelinin əsasında furqon RAF-977K modeli yığılır. O 850 kq yük götürmə qabiliyyətinə malik olur. Sınaq istehsalı 1962-ci ildə gerçəkləşdirilmişdir. Bu model əsasənda 1966-cı ildə İrəvanda avtobus zavodu inşa edilir.

1962-ci ildə RAF-977D modeli əsasında Luqamsk şəhərində Luqamsk avtotəmir zavodunda LARZ-977 «Luqansk» modeli yığılır.

RAF-2203 «Latviya»

[redaktə | mənbəni redaktə et]
Təcili Tibbi Yardım maşını RAF-2203

1976-ci ildə Elqava şəhərində yeni zavod inşa edilmişdir. Burada ildə 17 min mikroavtobus istehsal edilirdi. Burada 11 yerli RAF-2203 «Latviya» istehsal edilirdi. Maşının aqreqatları QAZ-24 «Volqa» maşınlarına aid idi.

Onun bazasında Təcili Tibbi Yardım maşını istehsal edilmişdir.

Modernləşmə cəhdləri

[redaktə | mənbəni redaktə et]

1980-ci illərin sonlarında istehsalın modernləşdirilməsinə başlanılmışdır. İki peşəkar nümunə RAF-22038-30 zavod sınaqlarından uğurla keçmişdir. Yeni RAF-М1 «Roksana» və RAF-М2 «Stils» modelləri təşkil edilsədə onlar zavod konveyrinə qoyulmamışdır.

1986-cı ildə RAF-da keyfiyyət əskikliyi yaşanmışdır. Bu bütün SSRİ əraxisində rezonans yaratmışdır. Nəticədə əvvəlki rəhbərlik istefa verməli olmuşdur.

Yenidənqurma ruhunda 1987-ci ildə seçkilərdə Viktor Bossert qalib gəlir. O, zavodun direktoru olaraq 1990-cı ilə qədər işləyir.

Postsovet dövrü

[redaktə | mənbəni redaktə et]

6 sentyabr 1991-ci ildə RAF səhmdar cəmiyyətə çevrilir. Elə həmin ildəcə Latviya müstəqil olur və planlı iqtisadiyyata son qoyulur.

Riqa Avtobus Zavodunda komersiya təyinatlı RAF-33111 modeli istehsala buraxılır. Bu model 1 ton yük götürmə qabiliyyətinə malik olur. RAF-3311 1996-cı ilin sonlarına qədər istehsal edilmişdir. RAF-22038-02 maşrut taksisi olaraq böyük məşhurluq qazanmışdır. 1995-ci ildə istifadəçilərə 12 yerlik RAF-22039 modeli təklif edilir.

1992-ci ildə təcrübəli ekzemplar «RAF-1» Moskvada «Avtotexnika» sərgisində nümayiş etdirilir. Model investor olmaması səbəbindən geniş istehsala buraxılmamışdır.

20 dekabr 1993-cü ildə Riqa Avtobus Zavodu RAF-М2 «Stils» (latış. Stils‎) modelini nümayiş etdirir. Effektiv dizayna malik olsa da, QAZel-3221 modeli RAF-ın hissələri əsasında yığılmışdır.

Həyatın qəribəliklərindən biri olaraq Riqa Avtobus Fabriki rusların sifarişi ilə son istehsalı cənazə daşıyan RAF-2926 modeli olmuşdur. Bu tip 21 maşın Moskvada təcili tibbi yardım xidmətində istifadə edilmişdir.

1996-ci ildə RAF QAZ ilə alyans qurmağa cəhd göstərir. Burada QAZelin xüsusi sersiyaları buraxılmalı idi. Ancaq Latviya hökuməti bu anlaşmanı qadağa etmişdir.

1997-ci ildə Riqa Avtobus Fabrikinda istehsal dayandırılır. 1998-ci ildə şirkət müflis olmasını elan edir. İstehsal sahələrinin bir qismi 2010-cu ildə dağıdılır və bir qismi isə ticarət obyektlərinə çevrilmişdir. 2012-ci ildə RAF modelləri əsasında latviyalı atvo yürüş iştirakçısı Andris Dambison tərəfindən təşkil edilmişdir.

  • "История РАФа в картинках моделей". Gazeta 2.0. 27.05.11. 2012-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-27.
  • д/Ф «РАФ: утраченное достояние Латвии» — телефильм АТН из цикла «Судьба гигантов»