Rockstar Games | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | Korporasiya |
Sənaye | videooyun sənayesi[d] |
Məhsulları | Grand Theft Auto |
Təsis tarixi | dekabr 1998 |
Baş qərargahın yeri | |
Struktur | |
Tərəfdaşlar | Rockstar Lincoln, Rockstar San Diego, Rockstar Toronto |
Rəhbərlik | |
Təsisçilər | |
rockstargames.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Rockstar Games (Rockstar NYC kimi də məlumdur) — ABŞ-də yerləşən Take Two Interactive-də videooyunların yaradıcı bölməsidir. Grand Theft Auto və Manhunt seriyaları, Max Payne və Midnight Club kimi məşhur oyunların müəllifidir.
Rockstar Games müxtəlif studiyalardan ibarətdir. Bəziləri[hansı?] Take Two Interactive tərəfindən alınanlardan, digərləri isə daxilində yaradılıb Rockstar Games-ə verilənlərdən ibarətdir. Take Two Interactive bir çox studiyaları Rockstar Games tərkibinə versə də bəziləri[hansı?] müstəqil qalmış və ya 2K Games-in bir bölməsi olaraq fəaliyyətə başlamışlar.
Rockstar Games 1998-ci ildə Sem Hauzer, Den Hauzer, Terri Dinovan, Ceymi Kinq və Qeri Formen tərəfindən yaradılıb.[2]
Rockstar Games-in mərkəzi ofisi Brodveydə yerləşir. Buradakı ofis ictimai əlaqələrlə, marketinqdən tutmuş oyunların yaradılmasına qədər məşğul olur.[3]
Loqo | Adı | İlləri (Rockstar stduiyaları) |
Qeydlər |
---|---|---|---|
Rockstar Leeds | 2004 – bu günə kimi | Əvvəllər Mobius Entertainment kimi məlum olan studiya. Lids şəhərində yerləşir. Studiyanın əsas işi Grand Theft Auto seriyasından olan oyunların portlaşdırılmasıdır. | |
Rockstar Lincoln | 1999 – bu günə kimi | Linkoln, İngiltərədə yerləşən lokalizasiya studiyası. Əvvəllər Tarantula Studios kimi məlum olub. | |
Rockstar London | 2005 – bu günə kimi | 2005-ci ilin noyabrında təsis edilib. Manhunt 2 oyununun yaradıcılarıdır. Videooyunu yaratdıqdan sonra Rockstar Vienna-nın arxasınca bağlanıldı. Sonradan yenidən açılaraq Midnight Club: Los Angeles oyununun portlaşdırılması ilə məşğul idi. | |
Rockstar New England | 2008 – bu günə kimi | Əvvəllər Mad Doc Software kimi məlum olub. Mərkəzi Andover, Massaçusets ştatında yerləşir. 2008-ci il, Aprelin 4-ü əldə edilib.[4] | |
Rockstar North | 1999 – bu günə kimi | Edinburq, Şotlandiyada yerləşir. Ən məşhur Rockstar Games studiyasıdır. Əvvəllər DMA Design kimi məlub olub. Bu studiya Grand Theft Auto və Manhunt seriyalarının yaradıcısıdır. | |
Rockstar San Diego | 2003 – bu günə kimi | Əvvəllər Angel Studios kimi məlum olub. Midnight Club və Red Dead Revolver kimi oyunların müəllifidir. Hal-hazırda RAGE mühərrikinə cavabdehlik edir. | |
Rockstar Toronto | 1999 – bu günə kimi | Əvvəlllər Rockstar Canada kimi məlum olan, Take Two studiyasıdır. Onların ən məşhur oyunu – The Warriors-in film adaptasiyasıdır. | |
Rockstar Vancouver | 2002 – bu günə kimi | Əvvəllər Barking Dog Studios kimi məlum olub. Bully oyununun yaradıcılarıdır. Hal-hazırda Max Payne seriyasından olan Max Payne 3 üzərində işləyirlər. | |
Rockstar Vienna | 2003 – 2006 | Əvvəllər neo Software kimi məlub olub. 2006-cı il, May ayının 11-i qapadılıb.[5]. Max Payne seriyalarını konsola portlaşdırılması ilə məşğul olub. Manhunt 2 oyununun müəllifi olublar. |
Populyar oyunlardan əlavə Rockstar həmçinin bir neçə filmin müəllifidir.
Filmlər1 | Buraxılış | Format | ||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
The Football Factory | 2004 | DVD-ROM | ||||||||
Sunday Driver | 2005 | DVD-ROM | ||||||||
Qeydlər
|
Rockstar Advanced Game Engine (RAGE), Rockstar Games tərəfindən yaradılmış oyun mühərrikidir. Rockstar tərəfindən Xbox 360, PlayStation 3, Microsoft Windows, və Wii üçün oyunların hazırlanmasında istifadə edilir.
Rockstar Social Club – yeni oyunlar üçün Rockstar tərəfindən hazırlanmış xüsusi veb-saytdır.