Rüstəm Qasımcanov | |
---|---|
özb. Rustam Qosimjonov | |
| |
Ölkə | Özbəkistan |
Doğum tarixi | |
Doğum yeri | Daşkənd, Özbəkistan Sovet Sosialist Respublikası,SSRİ |
Titulu | Qrosmeyster |
Son reytinqi |
|
FİDE nömrəsi | 14200244 |
Dünya çempionluğu | 2004-05 (FİDE) |
Vikianbarda əlaqəli mediafayllar |
Rüstəm Qasımcanov (özb. Rustam Qosimjonov; d. 5 dekabr 1979)—Özbəkistanlı şahmat qrosmeysteri. 2004-cü ildə FİDE Dünya Şahmat Çempionatının qalibi olub.[2] O, Daşkənddə keçmiş Özbəkistan Sovet Sosialist Respublikasıda anadan olub.
Onun ən yaxşı nəticələri sırasına 1998-ci ildə Asiya çempionatında birinci, 1999-cu ildə Yeniyetmələr Arasında dünya Şahmat Çempionatında ikinci, 2001-ci ildə Essendə birinci, 2002-ci ildə Pamplonada birinci, 2003-cü ildə Flissingen şahmat turnirində birinci, 2005-ci ildə Punedə Liviu-Diter Nisipyanu ilə birgə birincilik, 2000-ci ildə şahmat olimpiadasnda bürünc medal və 2002-ci ildə FİDE Dünya Şahmat kubokunda finalda Vişvanatan Anandda məğlub olaraq ikinci yeri tutması daxildir
O iki dəfə - 1999 və 2002-ci illərdə nüfuzlu Veyk-an-Zee turnirində çıxış edib.
Rüstəm Qasımcanov 2004-cü ildə FİDE Dünya Şahmat Çempionatında ondan gözlənilməyən bir müvəffəqiyyətə imza ataraq Alexandro Ramirez, Ehsan Qaem Maqhami, Vasili İvançuk, Zoltn Almsi, Aleksandr Qrişçuk, Veselin Topalova qalib gələrək, finalda Maykl Adamsla qarşılaşmışdır.
Çempionatın final oyunlarında hər iki şahmatçı iki oyunda qələbə qazandığı üçün, onlar arasında tay-brekin keçirilməsi zəruri bilinib. Qasımcanov qara fiqurlarla keçirdiyi ilk oyunda çətin vəziyyətdə olarkən qələbə qazanıb. İkinci oyuna əsaslanaraq o, FİDE-nin yeni çempionu oldu.
Rüstəm Qasımcanov 2004-cü ildə əldə etdiyi müvəffəqiyyətin ardından 2005 FIDE Dünya Şahmat Çempionatına dəvət almışdır, ancaq bu yarışda uğur qazana bilməmişdir.
O, 2007-ci il FİDE-nin Şahmat üzrə Dünya Çempionatında iştirak üçün İddiaçıların Turnirində on altı yerdən birini qazanıb. İlk turda rəqibi Boris Gelfand idi. Matçda 6 oyun heç-heçə başa çatıb. Sonra Gelfand sürətli tay-breykdə qələbə qazanıb və Qasımcanov turniri tərk edib.
Aprel 2007-ci ildə FİDE-nin siyahısında Qasımcanov 2683 Elo reytinqinə malik idi. Bu retinqlə o, Özbəkistanda birinci dünya üzrə isə 27-ci idi. Onun ən yüksək retinqi 2709 olub (2013-cü il yanvar)
2005-ci ildə o, Linares Beynəlxalq Şahmat Turnirində 4 xal toplayaraq sonuncu olub. Şahmatçı növbəti il Korsikada keçirilən ustaların turnirində qalib gəlmişdir.[3]
Rüstəm Qasımcanov 2010-cu il Asiya oyunlarında kişilərin fərdi sürətli oyununda qızıl medal qazanmışdır.