Səbahəddin Əli

Səbahəddin Əli
türk. Sabahattin Ali
Doğum tarixi
Doğum yeri Eğridere, Gümülcine sancağı (müasir Ardino, Bolqarıstan)
Vəfat tarixi (41 yaşında)
Vəfat yeri Kırklareli
Fəaliyyəti yazıçı, tərcüməçi, jurnalist, şair, romançı
Tanınmış əsərləri
İmza
Vikimənbənin loqosu Səbahəddin Əli Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Səbahəddin Əli (25 fevral 1907[1][2][…]2 aprel 1948[3][4][…], Kırklareli[3]) — Türkiyə şairi və yazıçısı. Ədəbi şəxsiyyətini, sosial-realist müstəviyə qoyaraq həyat təcrübəsini oxucuya yönləndirdi və Cümhuriyyət dövrünün Türk ədəbiyyatına təsir edən bir şəxs oldu. Əsasən hekayə janrında əsərlər yazsa da, romanları ilə məşhurlaşdı; romanlarında müraciət etdiyi sevgi və məhəbbət mövzusunu uzun təsvirlərlə, bəzən də sosial pozuntulara yönəltdiyi tənqidlərlə, siyasi mübahisələrinə istinad edən povestlərlə təbliğ etdi. Onun "Kuyuçaklı Yusuf" (1937), "İçimizdəki şeytan" (1940) və "Xəz paltarında Madonna" (1943) romanları Türkiyənin ədəbi dairələri tərəfindən tanınıb və hər ikisi 20-ci əsr mükafatına layiq görülüb və 21-ci əsrdə öz təsirini qorudu. Əyridərədə doğulan Səbahəddin Əli ilk hekayə və şeir cəhdlərinə Balıkəsirdə başlayıb, sonra İstanbuldakı ədəbiyyat müəllimi Ali Canip Yöntemin dəstəyi ilə ilk dəfə şeirlərini Akbaba və Çağlayan dərgilərində çap etdirib. Anadoluda qısa müddət müəllim işlədikdən sonra Türkiyə dövləti tərəfindən dil təhsili üçün Almaniyaya göndərilib. Türkiyəyə qayıtdıqdan sonra alman dili müəllimi kimi fəaliyyətə başlamış, lakin əvvəlcə kommunist təbliğatı aparmaq ittihamı ilə bir müddət həbs edilmiş, daha sonra türk dövlət idarəçilərini tənqid etmək ittihamı ilə yenidən həbs edilmişdir. Bu dövrdə dövlət qulluğundan uzaqlaşdırılsa da, Atatürk haqqında yazdığı şeirə görə yenidən dövlət qurumlarına təyinat alıb. Onun sosialist kimi qəbulunu qırmaq üçün “Əsirlər” adlı pyes də yazıb. Ömrünün son illərində türk millətçiləri ilə mübahisələri ilə də gündəmə gəlmiş, xüsusən də türkçü-turançı yazar Nihal Atsızla gərginliyi getdikcə artaraq İrqçilik-Turançılıq Davasının bir parçasına çevrilmişdir. Bu dövrdə o, Əziz Nesinlə birlikdə nəşr etdirdiyi “Markopaşa” jurnalında siyasətçiləri tənqid etdiyi üçün müxtəlif davalarla üzləşməli olub. O, barəsində işlərin əleyhinə getdiyi bir vaxtda Türkiyəni tərk etmək istəyib və Bolqarıstan sərhədini keçmək istəyərkən, qaçmağa cəhd edərkən ona rəhbərlik edən Ali Ertekin tərəfindən milliyətçi səbəblərlə öldürülüb.

S.bahəddin Əlinin bacısı Saniye Süheyla Conkman (1922–2017)

Səbahəddin Əli ata tərəfdən Trabzonlu ailədəndir. Babası Dəniz Alayının rəisi Oflulu Salih Əfəndi idi[5]. Səbahəddin Əlinin 24 avqust 1928-ci il tarixli Mehpare Taşdumana yazdığı məktubda “Atam İstanbulun qoca və nəcib bir nəslinin oğlu idi”[6] cümləsi babasının daha əvvəl, gənc və ya uşaq ikən Trabzondan İstanbula gəlib orada məskunlaşmasından irəli gəlir[7]. Bəzi mənbələr isə səhv olaraq Səbahəddin Əlinin babasının Kapitan Mehmet Əli bəy olduğunu yazır[8]. Lakin Nihal Atsız “İçimizdəki Şeytanlar” adlı əsərində tərəddüd etmədən Səbahattin Əlinin ona Oflu bir atanın övladı olduğunu dediyini bildirir[9]. Həyat yoldaşı Əliyə Əli Ramazan Qorxmazla özəl müsahibəsində ərinin ailəsinin Qara dəniz bölgəsindən olduğunu və babasının oradan gəlib İstanbulda məskunlaşdığını təsdiqləyib[10].

Müəllifin atası Əli Səlahəddin bəy (1876-1926) Əyridərədə zabit işləyərkən özündən on altı yaş kiçik Hüsniyə xanımla tanış olub evləndi. Bu evlilikdən Səbahəddin (1907) və Fikrət (1911) adlı iki övladı dünyaya gəlir. Əli Səlahəddin bəy Birinci Dünya Müharibəsi illərində Çanaqqalaya “Hərbi Məhkəmə rəisi” olaraq çağırılır. O, həyat yoldaşı və uşaqları ilə birlikdə Çanaqqalaya gedib və təxminən 4 il orada qalır. Səbahəddin Əli burada keçirdiyi illəri məktub və yazılarında ara-sıra yazır. Əli Səlahəddin bəy yığdığı pulla İzmirə gəlib teatr və ya qumarxana işində işləmək istəyirdi. Bir müddət yaxşı gedən biznesləri İzmirin işğalı ilə yarımçıq qaldı. Daha sonra ailə Edremitə köçərək Hüsniyə Xanımın atasının yanına gedib. 1920-ci ildə ailəyə Saniye Süheyla (Conkman) adlı bir qızı qatıldı[11]. Süheyla ailə daxilində “Süha” adlanırdı[12].

Səbahəddin Əli (1907–1948) hekayə və roman yazarı. Hazırda Bolqarıstan ərazisində qalan Eğridere qəsəbəsində əsgər ailəsində anadan olub. Atası ilə Çanaqqala döyüşü zamanı Edremitə köçür. Burada 1918–1921-ci illərdə ibtidai təhsil alır. Atası yunan işğalı dövrü burada ticarətlə məşgul olur. Gənc yaşında içinə düşdüyü bu Anadolu kənd və qəsəbələri ilk romanı Kuyucaklı Yusif üçün qaynaq olur. 1922-ci ildə Balıkesir Müəllim Məktəbinə girir. Burada şeir və hekayələr yazır. Sinif yoldaşları ilə bir sinif qəzeti çıxarırlar. 1927-ci ildə məzun olur. Səbahəddin Əli dövlət hesabına Almaniyada təhsil almış, geri döndükdən sonra KonyaAnkarada alman dili müəllimi olaraq çalışmışdır. 1932-ci ildə Konyada şeir məclisində Atatürkə həcv oxuduğu iddiası ilə tutulmuş və bir il həbs cəzası almışdır, lakin bir müddət sonra əvf olunmuşdur. Həbsdən sonra təhsil nazirliyində və Ankara Dövlət Konservatoriyasında işləmişdir. "İçimizdəki şeytan" romanı milliyyətçilərin qəzəbinə səbəb olmuş və yazara qarşı basqılar artmışdır. Bu romandan sonra Səbahəddin bəy işdən çıxarılmışdır. Bundan sonra Əziz Nesin və Rüfət İlqazla "Marqo Paşa", "Mərhum Paşa" adlı siyasi-yumoristik dərgilər çıxarmışdır (1946–1947). Ancaq bu dərgilər də hökumət tərəfindən bağlanmışdır. S. Əli dərgidəki yazıları üzündən 3 ay həbsdə olmuşdur. Həbsdən çıxdıqdan sonra siyasi basqı, təqiblər və işsizlik ucbatından 1948-ci ildə xaricə qaçmaq istərkən sərhəddə guya ona yol göstərməli olan Əli Ertəkin adlı dövlət işçisi tərəfindən xaincəsinə qətlə yetirilmişdir. Səbahəddin Əlinin məzarının yeri bilinmir.

Yaradıcılığı

[redaktə | vikimətni redaktə et]

Səbahəddin Əli yaradıcılığa şeirlə başlamışdır. "Sərvəti-fünun", "Günəş", "Həyat" kimi dərgilərə yazan S. Əlinin ilk hekayəsi "Bir ormanın hekayəsi"dir. Həbsdən çıxdıqdan sonra (1934–1936) "Kamal", "Qaranquş", "Ərəb Xeyri", "Bazarçı", "Öküz arabası" adlı hekayələri ilə daha da məşhurlaşmışdır. 1934-cü ildə xalq şeirləri üslubundakı şeirlərini "Dağlar və Rüzgar" adlı kitabında toplayaraq nəşr etdirmişdir. Səbahəddin Əlinin "Quyucu Yusif" (1937), "İçimizdəki şeytan" (1940), "Xəz mantolu Madonna" (1943) adlı romanları, "Dəyirman", "Öküz arabası", "Səs", "Yeni dünya", "Şüşəli köşk" adlı hekayələr kitabı, "Dağlar və Rüzgar", "Qurbağanın serenadası, başqa şeirlər" adlı şeirlər kitabı və "Əsirlər" adlı bir dram əsəri vardır. Bundan başqa yazar Hofmandan, Puşkindən ("Generalın qızı"), Sofokldan türk dilinə tərcümələr də etmişdir. Çağdaş dövrdə də Səbahəddin Əli sevilərək oxunur və müasirliyini itirməmişdir. Lakin maraqlı budur ki, S. Əlinin müasir dövrdə daha çox şeirlərinə müraciət edilir. Məşhur mügənnilərdən Sezen Aksu, Ahmet Kaya, Nuket Duru və Volkan Konak şairin sözlərinə yazılmış musiqilər oxumuş və xalq tərəfindən bəyənilmişdir.

  • Dağlar ve Rüzgâr (1934 – Yeni Eklerle 1943).
  • Kurbağanın Serenadı ve Öteki Şiirler'le birlikte (1937)
  • Bütün şiirleri.(YKY)

Bəstələnən şeirləri

[redaktə | vikimətni redaktə et]
  • Zanaatkarlar (1936)

Toplamaları, tərtibləri

[redaktə | vikimətni redaktə et]

Tərcümələri

[redaktə | vikimətni redaktə et]
  • Tarihte Garip Vakalar, Max Memmerich (1941)
  • Antigone, Sofokles (1942)
  • Minna Von Barnhelm, Lessing (1943)
  • Üç Romantik Hikaye, H. Von Kleist – A. V. Chamisso – E. T. A. Hoffmann (1944)
  • Fontamara, Ignazio Silone (1944)
  • Gyges Ve Yüzüğü, Fr. Hebbel (1944)
  • Yüzbaşının Kızı, A. S. Puşkin (1944) (Erol Güney ile birlikte)
  • 1. Leyla Alkayeva. Sabahattin Alinin romanlarında hьmanizm. Sovyet tьrkologlarının tьrk edebiyatı incelemeleri. İstanbul, Cem Yayınevi, 1980.
  • 2. Kemal Sülker. Sabahattin Ali Dosyası. İstanbul, Ant Yayınları, 1968.
  • 3. Asım Bezirci. Sabahattin Ali. Hayatı, Hikвyeleri, Romanları. İstanbul, Çınar Yayınları, 1974.
  • 4. Kemal Bayram Çukurkavaklı. Sabahattin Ali Olayı. İstanbul, Yenigün Yayınları, 1978.
  • 5. Filiz Ali Laslo, Atilla Üzkırımlı. Sabahattin Ali. İstanbul, Cem Yayınevi, 1979.
  • 6. Reşit M. Ertüzün. Sabahattin Ali Olayının Gerçeği. İstanbul, Gür Yayınları, 1985.
  • 7. Hikmet Altınkaynak. Sabahattin Ali: "Markopaşa" yazıları və digərləri" İstanbul, Cem Yayınevi, 1987.
  • 8. Filiz Ali. Filiz Hiç Üzülmesin. İstanbul, Sel Yayıncılık,1996.
  • 9. Ramazan Korkmaz. Sabahattin Ali. İstanbul, Yapı Kredi Yayınları,1997.
  • 10. Sevengül Sönmez. A'dan Z'ye Sabahattin Ali. İstanbul, Yapı Kredi Yayınları, 2009.
  • 11. Sabahattin Ali. Mahkemelerde. İstanbul, Yapı Kredi Yayınları, 2004.in
  1. Library of Congress Authorities (ing.). Library of Congress. ISBN 9789750826672
  2. http://images.ykykultur.com.tr/upload/document/7a773bd4-7b34-425b-940c-aef55b06679a.pdf.
  3. 1 2 Сабахаттин Али (rus.). / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. Sabahattin Ali // Brockhauz Ensiklopediyası (alm.).
  5. Gövsa,, İbrahim Alaettin. Türk Meşhurları Ansiklopedisi, (türk). Türkiyə: Yedigün Neşriyat. 1946. s.332. ISBN 7193074.
  6. Laslo, Filiz Ali;, Özkırımlı, Atilla. Sabahattin Ali, (türk). İstanbul: Cem Yayınları,. (1979). s. 320.
  7. Korkmaz,, Ramazan. Sabahattin Ali - İnsan ve Eser (türk). Elazığ:: Fırat Üniversitesi. (1991). s.3.
  8. Nesin,, Aziz. "Sabahattin Ali Bibliyografyası", (türk). Gelincik, 1,. (11 Şubat 1949),. s. 12.
  9. Atsız, Nihal. İçimizdeki Şeytanlar, (türk). İstanbul:: Arkadaş Kitabevi,. 1940. s.4–5. ISBN 75618403.
  10. Korkmaz,, Ramazan. Sabahattin Ali - İnsan ve Eser, (türk). Elazığ:: Fırat Üniversitesi Sosyal Bilimler Enstitüsü: Yayımlanmış Doktora Tezi,. 1994. s.372.
  11. Ertüzün,, Reşit Mazhar. Sabahattin Ali Olayının Gerçeği / Benim Bildiğim Sabahattin Ali, (türk). İstanbul:: Gür Yayınları,. (1985),. s. 175, . ISBN 13990468.
  12. Ertüzün,, Reşit Mazhar. Sabahattin Ali Olayının Gerçeği / Benim Bildiğim Sabahattin Ali, (türk). İstanbul: Gür Yayınları,. (1985),. s. 175, . ISBN 13990468.