Səhra kraliçası

Səhra kraliçası
ing. Queen of the Desert
Janr bioqrafik film, dram filmi
Əsas mövzu Gertruda Bell
Rejissor Verner Hersoq[1]
Prodüser
  • Maykl Benaroya[1]
  • Kassian Elves[2]
  • Nik N. Raslan[2]
Ssenari müəllifi Verner Hersoq[1]
Baş rollarda
Bəstəkarlar Klaus Badelt[3]
Mark Yaeger[4]
Montajçı Co Bini[d]
İstehsalçı
  • Benaroya Pictures[1]
  • Evolution Entertainment
  • H Films
  • Palmyra Films[1]
Distribütor IFC Films, Hulu[d]
İlk baxış tarixi 2015, 3 sentyabr 2015[8], 14 aprel 2017
Müddət 128 dəq.
Büdcə $36 milyon[5]
Gəlir $2 milyon[6]
Ölkələr
Dil ingilis dili
Rəng rəngli
Çəkiliş yeri London, Mərakeş, Petra
IMDb ID1837636

Səhra kraliçası (İngilis dilindəki əsl adı ilə: Queen of the Desert) 2015-ci ildə Verner Hersoq tərəfindən ssenarisi yazılan və rejissorluğu edilmiş olan Amerika epik bioqrafik dram filmidir və film ingilis səyyahı, müəllifi, arxeoloqu, kəşfiyyatçısı, kartoqrafı və siyasi məmuru Gertrude Bellin həyatına əsaslanır.[9][10] Film də Bellin iyirmi yaşından etibarən ölümünə qədər olan həyatı xronoloji ardıcıllıqla nümayiş etdirilir.

Filmdə baş rolları Nikol Kidman, Ceyms Franko, Demian Levis və Robert Pattinson canlandırmışdırlar.[11] Filmin çəkilişləri çoxlu gecikmələr və süjet xəttindəki problemlərindən sonra nəhayət 2013-cü ilin dekabr ayından etibarən başlamış və 2014-cü ilin mart ayına qədər Əlcəzair, İordaniyaİngiltərədə aparılmışdır. Film 65-ci Berlin Beynəlxalq Film Festivalının Əsas müsabiqə bölməsində nümayiş etdirilmiş və 6 fevral 2015-ci ildə premyerası baş tutmuşdur.[12][13] 3 sentyabr 2015-ci ildə Almaniyada kinoteatrlarda nümayiş olunmuşdur.[14]

Film tənqidçilərdən əsasən mənfi rəylər almış və eyni zamanda böyük maliyyə müvəffəqiyyətsizliyinə səbəb olmuşdur. Belə ki, film 36 milyon dollarlıq istehsal büdcəsinə qarşı cəmi 2 milyon dollar gəlir əldə etməyə nail olmuşdur.

Zəngin ingilis ailəsinin qızı olaraq dünyaya gəlmiş olan Gertruda Bell London elitasının sosial həyatı ilə maraqlanmır. Təmtəraqlı ziyafətlər, qəbullar və imtiyazlı həyat onun yalnız canını sıxır. Gertruda həyatında faydalı bir şey tapmaq ümidi ilə Tehranda yüksək diplomatik vəzifə tutan əmisinin yanına getməyə qərar verir. Gənc xanım burada nəinki Yaxın Şərqlə tanış olur, eyni zamanda həm də səfirliyin əməkdaşı olan Henri Kadoqana aşiq olur. Lakin onların romantik münasibətləri çox da uzun müddət davam etmir, çünki qızın valideynləri bu gənc oğlanı qızları üçün səhv seçim kimi görür və onların bir-birləri ilə evlənmələrini qadağan edirlər. Bu vəziyyətdən çox pərişan olan Henri əsl sevgisindən imtina edə bilmədiyi üçün intihar edərək özünü öldürür. Gertruda Bell həyatının yerdə qalan hissəsində özünü tamamilə Yaxın Şərqi tədqiq etməyə və bu barədə yazılar yazmağa həsr edir. Onun qəbilə liderləri haqqında vermiş olduğu informasiyalarda ingilislər İraq, İordaniyaSəudiyyə Ərəbistanı Krallıqlarını yaradılması üçün istifadə edirlər.

  • Nikol Kidman - Gertruda Bell
  • Ceyms Franko - Henri Kadoqan
  • Damian Levis - Çarls Doqty-Vayl
  • Robert Pattinson - TE Lawrence
  • Kristofer Fulford - Uinston Çörçill
  • Mark Levis Cons - Frank Laskelles
  • Cenni Aqutter - Florens Bell
  • Holli Örl - Florensin əmisi oğlu
  • Bet Qoddard - Laskelles xala
  • Maykl Cenn - R. Kampbell Tompson
  • Essaad Bouab - Şeyx
  • Cey Abdo - Fattouh, Bellin bələdçisi[15][16]
  • Devid Kalder - Hüq Bell
  • Nik Varinq - Mark Sayks
  • Sam Kanater - Dulaim
  • Sofi Linfild - Cudi Douti-Vayl
  • Villiam Ellis - Çester qrafı
  • Con Uork - Arnold Runsi
  • Younes Bouab - Kral Faysal
  • Fehd Bençemsi - İbrahim
  • İsmayıl Kanater - Dulaim
  • Ənəs Çrifi - Əmir
  1. 1 2 3 4 5 "'Homeland's Damian Lewis To Star With Nicole Kidman In 'Queen Of The Desert'". deadline.com. October 21, 2013. December 3, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 2, 2013.
  2. 1 2 "Robert Pattinson Joining Naomi Watts in 'Queen of the Desert'". The Hollywood Reporter. August 14, 2012. August 15, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 2, 2013.
  3. "Klaus Badelt to Score Werner Herzog's 'Queen of the Desert'". Film Music Reporter. February 22, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 13, 2014.
  4. "Mark Yaeger". IMDb. 2009-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-22.
  5. "Kidman's life feeds her roles". au.news.yahoo. January 2014. January 4, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 4, 2014.
  6. "Queen of the Desert (2016)". The Numbers. Nash Information Services, LLC. September 21, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 18, 2016.
  7. 1 2 3 4 5 6 https://filmow.com/queen-of-the-desert-t63496/.
  8. http://www.filmstarts.de/kritiken/190187.html.
  9. "Werner Herzog Wants to Crown Naomi Watts Queen of the Desert". vulture.com. 13 iyun 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 dekabr 2013.
  10. "AFM 2012: Jude Law Joining Werner Herzog's 'Queen of the Desert'". The Hollywood Reporter. 3 noyabr 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 dekabr 2013.
  11. "Robert Pattinson Joins James Gray's 'Lost City Of Z' With Benedict Cumberbatch". blogs.indiewire. 16 dekabr 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 dekabr 2013.
  12. "Jafar Panahi's New Film in Competition". berlinale.de. 15 yanvar 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 yanvar 2015.
  13. "Queen of the Desert". berlinale.de. 30 yanvar 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2015.
  14. "Königin der Wüste". 9 fevral 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 sentyabr 2015.
  15. "Hollywood Rising Stars: Jay Abdo". 11 dekabr 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 dekabr 2013.
  16. "Representative of the Syrian revolution champion standing in front of Nicole Kidman". 1 dekabr 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 dekabr 2013.