Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələrəlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Samanta Rid Smit (ing.Samantha Reed Smith; 29 iyun 1972, Houlton, Men, ABŞ – 25 avqust 1985, Oborn, Men, ABŞ) — 1982-ci ilin noyabrında, Soyuq müharibənin qızğın çağında Sov. İKP MK-nın yeni Baş katibi Yuri Andropova yazdığı məktub sayəsində məşhurlaşan, ABŞ-nin Men ştatından olan məktəbli qız.
1983-cü il 7–22 iyul tarixlərində Andropovun dəvətinə əsasən ailəsi ilə birlikdə SSRİ-ni ziyarət etdi. Moskvada, Leninqradda və Krımdakı "Artek" pioner düşərgəsində oldu. SSRİ-dən ayrılarkən işlətdiyi "Yaşayacağıq!" (rus.Будем жить!) ifadəsi onun öz suallarına cavab aldığını əks etdirən ifadə kimi yaddaşlarda qalmışdır. Samanta öz təəssüratlarını vətəninə qayıtdıqdan sonra yazdığı "Sovet İttifaqına səyahət" adlı kitabda ifadə etmişdi.
Samanta Smit 25 avqust 1985-ci ildə atası ilə birlikdə düşdüyü aviaqəza nəticəsində 13 yaşında faciəli şəkildə həlak olmuşdur.
Yuri Andropov 1982-ci ilin noyabrında Sov.İKP-nin birinci katibi vəzifəsində Leonid Brejnevi əvəz etdikdən sonra, müxtəlif Qərb jurnal və qəzetlərində ondan bəhs edən məqalələr nəşr edilməyə başladı. Rəylərin əksəriyyəti mənfi idi və Qərb dünyasına qarşı yeni təhlükənin meydana çıxmasından bəhs edirdi. 1956-cı ildə SSRİ-nin Macarıstana hərbi müdaxiləsi zamanı Andropov bu ölkədə SSRİ-nin səfiri idi. O, SSRİ-nin rəhbəri kimi fəaliyyətinə DTK-nın səlahiyyətlərini genişləndirməklə və dissidentlərin təqib olunmasını artırmaqla başladı.[1] Andropov demişdi:
"İnsan hüquqları uğrunda mübarizə Sovet dövlətinin təməllərini sarsıtmaq niyyəti güdən imperialist planın bir hissəsidir".
— "The Mitrokhin Archive: The KGB in Europe and the West". Gardners Books, 2000. ISBN 0-14-028487-7
SSRİ və ABŞ arasında yerətrafı orbitə peyklər buraxılmasını nəzərdə tutan yeni silahlanma layihəsi ilə bağlı ciddi narahatlıq doğuran məqamlar var idi. ABŞ prezidenti Ronald Reyqan alimlərin və ekspertlərin təzyiqinə məruz qaldı, SSRİ rəhbərliyi isə, demişdi ki,
"Kosmosun hərbiləşdirilməsinin qarşısını almaq bəşəriyyətin qarşısında duran ən mühüm vəzifələrdən biridir."[2]
Bu dövrdə Avropa və Amerikada nüvə silahı əleyhinə nümayişlər gedirdi. 1983-cü ilin 20 noyabrında ABC kanalında efirə çıxmış və nüvə müharibəsinin fəlakətindən bəhs edən Ertəsi gün filmi KİV tərəfindən onilliyin ən mühüm hadisəsi elan edilmişdi.[3]
Bu dövrdə hər iki supergüc silahsızlaşdırmaya dair planlarından vaz keçmişdilər. Belə ki, SSRİ-nin SS-20 raketlərini yerləşdirməsinə cavab olaraq ABŞ "Pershing II" raketlərinin Avropada yerləşdirilməsinə başlamışdı. Beynəlxalq vəziyyəti gərginləşdirən məsələlərdən biri olan SSRİ-nin Əfqanıstana müdaxiləsinin başlanmasından üç il keçirdi. Bu vəziyyətdə "Time" jurnalının 22 noyabr 1982-ci il tarixli Andropovu "ilin adamı" elan edən nömrəsi çapdan çıxdı. Bu jurnalı oxuyan Samanta anasından soruşmuşdu: "Əgər insanlar ondan belə qorxurlarsa, onun müharibə etmək fikrində olub-olmaması haqqında kiminsə məktub yazması düzgün olmazmı?" Anası ona belə demişdi: "Onda özün o məktubu yaz"[4]
Mənim adım Samanta Smitdir. Mənim 10 yaşım var. Sizi yeni işiniz münasibətilə təbrik edirəm. Mən Rusiya və Birləşmiş Ştatlar arasında nüvə müharibəsinin başlamasından çox narahatam. Siz müharibənin başlamasına səs vermək istəyirsiniz, ya yox? Əgər istəmirsinizsə, onda xahiş edirəm deyəsiniz ki, müharibənin qarşısını almağa necə yardım etməyi düşünürsünüz. Siz bu sualıma cavab vermək məcburiyyətində deyilsiniz, amma mən bilmək istərdim ki, nə üçün siz dünyanı və ya ən azından bizim ölkəmizi fəth etmək istəyirsiniz. Tanrı dünyanı yaradıb ki, biz hamımız sülh şəraitində yaşayaq və müharibə etməyək.
Hörmətlə,
Samanta Smit
Orijinal mətn (ing.)
Dear Mr. Andropov,
My name is Samantha Smith. I am ten years old. Congratulations on your new job. I have been worrying about Russia and the United States getting into a nuclear war. Are you going to vote to have a war or not? If you aren't please tell me how you are going to help to not have a war. This question you do not have to answer, but I would like to know why you want to conquer the world or at least our country. God made the world for us to live together in peace and not to fight.
Sincerely,
Samantha Smith
Samantanın məktubu "Pravda" qəzetində dərc olundu.[5]
Samanta bu xəbəri eşidəndə çox sevinir, lakin o hələ məktubuna cavab almamışdı. Onda o, ABŞ-dəki sovet səfirinə məktub yazaraq Andropovun ona cavab verib-verməyəcəyi ilə maraqlanır. 26 aprel 1983-cü ildə o Yuri Andropovun cavab məktubunu aldı.[6]
Göy mürəkkəblə imzalanmış rus dilindəki məktub 19 aprel 1983-cü il tarixi ilə qeydə alınmış və ingilis dilinə tərcüməsi əlavə olunmuşdu.[7].
Əziz Samanta!
Bu günlərdə sənin ölkəndən və digər ölkələrdən mənə daxil olan başqa məktublar kimi, sənin məktubunu da aldım.
Mən məktuba əsasən mülahizə yürüdürəm və mənə elə gəlir ki, sən də həmyerlin Mark Tvenin məşhur əsərindəki Tom Soyerin rəfiqəsi Bekki kimi cəsarətli və dürüst qızsan. Bizim ölkədə bütün oğlan və qızlar bu kitabı tanıyırlar və çox sevirlər.
Sən yazırsan ki, bizim ölkələrimiz arasında nüvə müharibəsinin baş verəcəyindən çox narahatsan. Və soruşursan ki, biz müharibənin başlamaması üçün nəsə edirikmi.
Sənin sualın — düşünən hər bir insanın verə biləcəyi ən vacib sualdır. Sənin bu sualına ciddi və dürüst cavab verəcəyəm.
Bəli, Samanta, biz Sovet İttifaqında çalışırıq hər şeyi edək ki, bizim ölkələrimiz arasında müharibə olmasın və ümumiyyətlə dünyada müharibə olmasın. Bunu hər bir sovet insanı istəyir. Bunu bizə ölkəmizin böyük qurucusu Vladimir Lenin öyrədib.
Sovet insanları müharibənin necə dəhşətli və dağıdıcı bir şey olduğunu yaxşı bilirlər. 42 il əvvəl dünya üzərində hökmranlığa can atan nasist Almaniyası ölkəmizə hücum etdi, bizim minlərlə şəhər və kəndimizi yandırıb viran qoydu, milyonlarla sovet kişi, qadın və uşaqlarını öldürdü.
Bizim qələbəmizlə başa çatan o müharibədə biz Birləşmiş Ştatlarla müttəfiq idik, bir çox xalqların nasist istilaçılarından azad edilməsi üçün birlikdə mübarizə aparırdıq. Mən ümid edirəm ki, sən bunları məktəbdəki tarix dərslərindən bilirsən. Bu gün də biz sülh şəraitində yaşamağı, Yer kürəsindəki yaxın-uzaq bütün qonşularımızla ticarət aparmağı və əməkdaşlıq etməyi çox istəyirik. Və, əlbəttə ki, Amerika Birləşmiş Ştatları kimi böyük dövlətlə də.
Həm Amerikanın, həm də bizim atom silahımız var – bir anda milyonlarla insanı öldürə bilən qorxunc silah. Ancaq biz istəmirik ki, o nə vaxtsa istifadə olunsun. Məhz buna görə Sovet İttifaqı təntənəli şəkildə bütün dünyaya bəyan edib ki, atom silahını heç vaxt – heç bir zaman ilk olaraq heç kimə qarşı tətbiq etməyəcək. Ümumiyyətlə, biz onun istehsalını dayandırmağı və dünyadakı bütün ehtiyatlarını məhv etməyi təklif edirik.
Mənə elə gəlir ki, bu sənin ikinci: "Siz nə üçün dünyanı və ya ən azından bizim ölkəmizi fəth etmək istəyirsiniz?" – sualına layiqli cavabdır. Biz belə bir şey istəmirik. Bizim ölkəmizdəki heç kim – nə fəhlə və kəndlilər, nə yazıçılar və həkimlər, nə böyüklər və uşaqlar, nə də hökumət üzvləri, nə böyük, nə də "kiçik" müharibə istəyirlər.
Biz sülh istəyirik – bizim görüləsi işlərimiz çoxdur: taxıl yetişdirmək, tikmək və ixtira etmək, kitab yazmaq və kosmosa uçmaq. Biz özümüz və planetin bütün xalqları üçün sülh istəyirik. Öz uşaqlarımız və sənin üçün, Samanta.
Əgər valideynlərin icazə versələr, səni bizə gəlməyə dəvət edirəm, yaxşı olar ki, yayda. Ölkəmizi tanıyarsan, həmyaşıdlarınla görüşərsən, uşaqların beynəlmiləl düşərgəsi – Artekdə olarsan. Və özün əmin olarsan ki, Sovet İttifaqında hamı – xalqlar arasında sülh və dostluq tərəfdarıdır.
Təbrikinə görə çox sağ ol. Sənə yenicə başlayan həyatında hər şeyin ən yaxşısını arzu edirəm.
Y. Andropov
Orijinal mətn (rus.)
Дорогая Саманта!
Получил твое письмо, как и многие другие, поступающие ко мне в эти дни из твоей страны, из других стран мира.
Мне кажется — я сужу по письму, — что ты смелая и честная девочка, похожая на Бекки, подружку Тома Сойера из знаменитой книги твоего соотечественника Марка Твена. Эту книгу знают и очень любят в нашей стране все мальчишки и девчонки.
Ты пишешь, что очень обеспокоена, не случится ли ядерная война между двумя нашими странами. И спрашиваешь, делаем ли мы что-нибудь, чтобы не дать вспыхнуть войне.
Твой вопрос — самый главный из тех, что мог бы задать каждый думающий человек. Отвечу тебе на него серьезно и честно.
Да, Саманта, мы в Советском Союзе стараемся делать все для того, чтобы не было войны между нашими странами, чтобы вообще не было войны на земле. Так хочет каждый советский человек. Так учил нас великий основатель нашего государства Владимир Ленин.
Советские люди хорошо знают, какая ужасная и разрушительная вещь война. 42 года тому назад нацистская Германия, которая стремилась к господству надо всем миром, напала на нашу страну, сожгла и разорила многие тысячи наших городов и сел, убила миллионы советских мужчин, женщин и детей.
В той войне, которая закончилась нашей победой, мы были в союзе с Соединенными Штатами, вместе боролись за освобождение от нацистских захватчиков многих народов. Я надеюсь, что ты это знаешь по урокам истории в школе. И сегодня мы очень хотим жить в мире, торговать и сотрудничать со всеми своими соседями по земному шару — и с далекими, и с близкими. И, конечно, с такой великой страной, как Соединенные Штаты Америки.
И у Америки, и у нас есть ядерное оружие — страшное оружие, которое может в один миг убить миллионы людей. Но мы не хотим, чтобы оно когда-либо было пущено в ход. Именно поэтому Советский Союз торжественно, на весь мир объявил, что никогда — никогда! — не применит ядерное оружие первым ни против какой страны. И вообще мы предлагаем прекратить его дальнейшее производство и приступить к уничтожению всех его запасов на земле.
Мне кажется, что это — достаточный ответ на твой второй вопрос: "Почему вы хотите завоевать весь мир или по крайней мере Соединенные Штаты?" Ничего подобного мы не хотим. Никто в нашей стране — ни рабочие и крестьяне, ни писатели и врачи, ни взрослые и дети, ни члены правительства не хотят ни большой, ни "малой" войны.
Мы хотим мира — нам есть чем заняться: выращивать хлеб, строить и изобретать, писать книги и летать в космос. Мы хотим мира для себя и для всех народов планеты. Для своих детей и для тебя, Саманта.
Приглашаю тебя, если пустят родители, приехать к нам, лучше всего — летом. Узнаешь нашу страну, встретишься со сверстниками, побываешь в интернациональном лагере детворы — в Артеке на море. И сама убедишься: в Советском Союзе все — за мир и дружбу между народами.
Спасибо за твоё поздравление. Желаю тебе всего самого хорошего в твоей только что начавшейся жизни.
Samanta Smitin müəllifi olduğu "Sovet İttifaqına səyahət" kitabının üz qabığı
Samanta öz valideynləri ilə birlikdə 7 iyul 1983-cü ildə SSRİ-yə yola düşür. Hava limanında onu siyasət və hadisələrə biganə olmayan çoxlu adam qarşılayır.[8] Smit ailəsinin Sovet İttifaqında keçirdiyi iki həftə ərzində xoşməramlı səfir Samanta Moskva, Leninqrad və Krımdakı əsas pioner düşərgəsi olan Arteki ziyarət etdi. Artek düşərgəsində rəhbərlik Samantanı qarşılamağa hazırlaşırdı: yeməkxana təmir edilir, ən yaxşı otaq onun üçün hazırlanır. Ona hətta bədən ölçülərini bilmədən pioner forması tikirlər. Nəticədə forma onun çox xoşuna gəlir və onu özü ilə aparır. Düşərgədə o, digər sovet uşaqları kimi gündəlik rejimə riayət edirdi.[8] Sonda ağır xəstə olan Andropov Samanta ilə görüşməsə də, onlar telefon vasitəsilə danışırlar.
SSRİ, ABŞ və digər ölkələrin KİV-ləri onun hər bir addımını izləyir, hər fazaya diqqət edirdilər. 22 iyulda evə yola düşərkən, Samanta telekameralara gülümsəyərək rusca: "Будем жить!" (azərb. "Yaşayacağıq!") qışqırır. Özünün "Sovet İttifaqına səyahət" kitabında Samanta "onlar bizim kimidirlər" sözlərini yazır.
Cavab görüşü olaraq 1986-cı ildə ABŞ-ni sovet məktəblisi Katya Lıçova ziyarət edir.
Samanta Smit 25 avqust 1985-ci ildə baş vermiş aviaqəzada həyatını itirmişdir. Həmin gün Samanta atası ilə birlikdə İngiltərədə iştirak etdiyi Robert Vaqnerin teleşousundan qayıdırdı. Təyyarə Oqast şəhərinin aeroportuna enməli olduğu halda, buradan cənub-qərbdə yerləşən Obern-Lüiston bələdiyyə aeroportuna yönləndirildi. Görmə məsafəsinin az olması səbəbindən iki mühərrikli kiçik "Beechcraft 99" təyyarəsi uçuş-enmə zolağına çatmadan, onun kənarına 200 metr qalmış yerə çırpıldı.[9] Təyyarədəki 6 sərnişin və 2 heyət üzvü hadisə yerində həlak oldular. Samanta və atası Houlton şəhəri yaxınlığında dəfn olundular.
"Samanta Smit" yaxtası Yalta portunda
ABŞ-də bu qəzada DTK-nın, SSRİ-də isə əksinə MKİ-nin əli olduğuna dair söz-söhbətlər gəzsə də, qəzanın araşdırılması göstərdi ki, qəzaya pilotun yol verdiyi səhvlər səbəb olub.
Samanta Smitin Auqusta şəhərində Men Dövlət Muzeyinin yanındakı heykəli
1985-ci ildə Samantanın xatirəsinə Sovet İttifaqında poçt markaları buraxıldı. 1986-cı ildə 3147 nömrəli asteroid Samantanın şərəfinə adlandırıldı. 1985-ci ildə Danimarka bəstəkarı Per Nörgard Samantanın xatirəsinə "Uşağı xatırlayaraq" adlı skripka üçün konsert bəstələdi. Samantanın adı ilə zanbaq və georgina növü, Sibirdə tapılmış almaz, okean gəmisi adlandırılmışdır.
Hər il iyun ayının ilk bazar ertəsi Men ştatında Samanta Smit günü kimi qeyd edilir. Auqusta şəhərindəki Men Dövlət Muzeyinin yanında əlindəki göyərçini havaya buraxan və yanında balaca ayı balası oturmuş Samanta Smitin heykəli qoyulmuşdur. Ayı balası Men ştatını və SSRİ-ni simvolizə edir.