Santyaqo Kalatrava

Santyaqo Kalatrava
Santiago Calatrava
Santyaqo Kalatrava 1999-cu ildə
Santyaqo Kalatrava 1999-cu ildə
Doğum adı Santyaqo Kalatrava Valz
Doğum tarixi (73 yaş)
Doğum yeri Benimamet, Valensiya, İspaniya
Fəaliyyəti heykəltaraş, memar, inşaat mühəndisi[d], mühəndis
Təhsili
Janrlar Heykəltəraşlıq mühəndisi, memar, heykəltaraş
Tanınmış işləri
Üzvlüyü
  • San-Fernando Kral Zərif Sənətlər Akademiyası[d]
Mükafatları AIA Qızıl Medalı,
Heykəltəraş Mühəndislər İnstitutu
Qızıl Medalı
Yucin Makdermot Mükafatı,
Asturiya Şahzadəsi Mükafatı,
Auqeste Peres Titulu
calatrava.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Santyaqo Kalatrava — ispan neo futurizm memarı, layihə mühəndisi, heykəltaraş və rəssam. Onun Nyu Yorkda, DohadaSürixdə emalatxanaları var.

Santyaqo Kalatrava İspaniyada, Valensiyada Benimamet bölgəsində anadan olub. Valensiya İncəsənət Məktəbi və Valensiya Memarlıq Məktəbində təhsil alıb. 1975-ci ildə məzun olduqdan sonra İsveçrənin Sürixdə yerləşən İsveçrə Federal Texnologiya İnstitutuna inşaat mühəndisliyi üzrə doktorantlıq müdafiəsi üçün qəbul oldu. 1981-ci ildə "On the Foldability of Space Frames" doktorantlıq işini verdikdən sonra memarlıq və mühəndislik sahəsində fəaliyyətə başladı.

Kalatravanın ilk işləri daha çox körpü və dəmiryolu stansiyaları dizaynını özündə əks etdirir. Bu layihələri ilə inşaat mühəndisliyi layihələrinə dünya miqyasında nüfuzu qazandırmışdır. 1992 Yay Olimpiya Oyunlarının keçirildiyi Barselonada yerləşən Montjuiç Radio Qülləsi karyerasında dönüş nöqtəsi olmuşdur. Bu əsərin ona qazandırdığı şöhrət ona bir çox ölkədə və müxtəlif layihələrdə fəaliyyət göstərmək şansını əldə etmişdir.

Kalatravanın ABŞ-dakı ilk əsəri Milvauke İncəsənət Muzeyində nümayiş etdirilən 2001-ci ildə hazırladığı Quadracci Pavilyonudur. İsveçin Malmö şəhərində yerləşən 2005-ci ildə tamamlanan Turning Torso adlanan 54 mərtəbəli göydələn Kalatravanın yaradıcılığındakı ilk yüksək mərtəbəli qüllədir.

Nyu Yorkda yerləşən Dünya Ticarət Mərkəzi binasının yanında yerləşən Dünya Ticarət Mərkəzi Çatdırılma Mərkəzi Kalatravanın inşasına davam etdiyi işlərindən biridir.

Kalatravanın tərzi inşaat mühəndisliyi ilə memarlıq arasında körpü olaraq qeyd edilir. Bu baxımdan o, modern ispan memarlar Feliks Kandela və Antoni Qaudinin yolunu davam etdirir.

Puente del Alamillo, Sevilya, (1992)
Tenerife Opera Salonu, Kanar adaları

Son dövrlərdə layihələndirdiyi göydələnlərdən digəri Nyu York şəhərində yerləşən 80 South Streetdir. Bu göydələn hər biri ayrı bina olan 10 kubun üst-üstə yerləşdirilməsi ilə layihələndirilmişdir. Bu kubların hər biri tikilinin ortasında yerləşən ana sütuna bağlıdır və nərdivan kimi bir-birinin üstündə yerləşməsi nəzərdə tutulmuşdur. Hər kubun öz damı olacaq. Bu səs-küylü layihədə planlaşdırılan hər kubun 30 milyon dollara satılması nəzərdə tutulub. Amma 2008-ci ildən etibarən iqtisadi böhran səbəbindən heç bir təklifin gəlməməsinə görə bu layihə ləğv olundu.

ABŞ-da layihələndirdiyi tikililərdən digəri Çikaqoda yerləşən Çikaqo Spire göydələnidir. İrlandiyalı investor Qarret Kelleherin 2006-cı ilin iyul ayında ərazini alması və Çikaqolu investor Xristofer Karleyin maliyyələşdirməsiylə layihənin inşaatına 2007-ci ilin avqust ayında başlanıldı. 2011-ci ildə təhvil verilməsi gözlənilən göydələn 2000 feet hündürlüyü ilə Şimali Amerikanın ən hündür göydələni olacaq.[2]

Texasın Dallas şəhərində yerləşəndən Tritini çayı üzərində inşa edilməsi planlaşdırılan körpünün də layihəsini Kalatrava hazırlamışdır. Layihə üçün maddi yardım edən Marqaret Hunt Hillin şərəfinə adlandırılan körpünün inşaatı layihənin xərcinin çox olması və kifayət qədər tənqidlərə məruz qalması səbəbi ilə gecikmişdir. Bu layihə tamamlanacağı halda Dallas şəhərində də Niderlandın Haarlemmermeer şəhərində olduğu kimi Kalatravanın layihələndirdiyi üç körpü olacaq.

Kalatravanın son dövrdəki layihələrindən biri də Kanadanın Alberta bölgəsində yerləşən Kalqari şəhərindədir. O, buradakı 130 metr uzunluğunda Sülh körpüsünü layihələndirib. 2009-cu ilin yanvar ayında Şəhər Şurası körpünün tikintisinə icazə verdi. Körpünün 24.5 milyon dollara başa gəlməsi gözlənilirdi. Layihənin 2010-cu ilin payızında tamamlanması gözlənilirdi. 28 iyul 2009-cu il tarixində körpünün son layihəsi hazırlandı və ictimaiyyətə təqdim edildi. Velosiped və piyadalar üçün ayrı yolların olacağı körpüdən gün ərzində 5000 nəfərin istifadə etməsi gözlənilirdi. Körpü 2012-ci ilin mart ayında istifadəyə verildi.[3]

16 iyun 2009-cu ildə Kalatravanın Florida ştatının Lakeland Florida bölgəsində yerləşən Cənubi Florida Universiteti Politexnik Kampusunda növbəti layihəsini həyata keçirəcəyi açıqlandır. İnşa ediləcəyi təqdirdə bu, Kalatravanın ABŞ-nin cənub-qərb bölgəsində hazırlayacağı ilk layihəsi olacaq.

Rəssam və heykəltaraş kimi

[redaktə | mənbəni redaktə et]

Memarlıq və inşaat mühəndisliyindən əlavə Kalatrava həmçinin rəsmlər çəkir və heykəllər də hazırlayır. 2003-cü ildə Nyu Yorkda yerləşən Metropolitan İncəsənət Muzeyi "Santyaqo Kalatrava: Heykəltəraşlıqdan Memarlığa" adı altında sərgi təşkil etdi.[4] Kalatravanın əsərləri Almaniya, İngiltərə, İspaniya, İtaliya və başqa ölkələrdə də sərgilənir.

Tamamladığı layihələr

[redaktə | mənbəni redaktə et]
Stadelhofen Dəmiryolu Stansiyası, Sürix, İsveçrə
Sundial Köprüsü, Redinq, Kaliforniya
  • 1983–1984, Jakem Steel Anbarı, Münhvilen, İsveçrə
  • 1983–1985, Ernsting Anbarı, Coesfeld, Almaniya
  • 1983–1988, Volen Ali Məktəbi, Volen, İsveçrə
  • 1983–1990, Sürix Stadelhofen Dəmiryolu Stansiyası, Sürix, İsveçrə
  • 1983–1989, Lükern dəmiryolu stansiyasının vestibülü, Lucerne, İsveçrə
  • 1984–1987, Bac de Roda Körpüsü, Barselona, İspaniya
  • 1984–1988, Barenmatte İctimai Mərkəzi, Suhr, İsveçrə,
  • 1986–1987, Tabourettli Teatrı, Bazel, İsveçrə,
  • 1987–1992, Allen Lambert Qalereyası (Brukfild Sarayında), Toronto, Kanada,
  • 1989–1994, TGV Stansiyası, Lion, Fransa
  • 1991–1995, Alameda Körpüsü və Metro Stansiyası, Valensiya, İspaniya
  • 1992, Puente del Alamillo], Sevilya, İspaniya
  • 1992, Puente de Lusitania, Merida, İspaniya
  • 1992, Olimpiya Üzüyündə Montyuiç Rabitə Qülləsi, Barselona, İspaniya
  • 1992, Sevilya Ekspo Dünya Yarmarkası, Küveyt Pavilyonu, Sevilya, İspaniya
  • 1994, Mimiko Körfəzi Körpüsü, Humber Bay Parks, Toronto, Ontario
  • 1994, Kronprinzenbrüke, Berlin, Almaniya
  • 1994–1997, Kampo Volantin Piyada Körpüsü, Bilbao, İspaniya
  • 1995, Trinity Körpüsü, Mançesterdə İrverl çayı üzərindən piyada keçidi, İngiltərə
  • 1996–2009, İncəsənət və elm şəhəri, Valensiya, İspaniya
  • 1996, Tenerife sərgi sahəsi, Santa Kruz de Tenerife, Tenerife, Kanar adaları, İspaniya
  • 1998, Gari du Oriyent, Lissabon, Portuqaliya
  • 2000, Bilbao Aeroportunda yeni terminal, Bilbao, İspaniya
  • 2001, Miluoki İncəsənət Muzeyi, Miluoki, Visconsin, Birləşmiş Ştatlar
  • 2001, Puente de la Mujer, Buenos Ayres, Argentina
  • 2001, Bodegas Ysios, Laquardiya, İspaniya
  • 2002, Dalğa, Cənubi Metodistlər Universitetində Çəmən Muzeyində, Dallas[5]
  • 2003, Ceym Cons Körpüsü, Lifi çayı üzərindən, Dublin, İrlandiya
  • 2003, Auditorio de Tenerife, memarın ilk salon nümunəsi, Santa Kruz de Tenerife, İspaniya
  • 2004, Afina Olimpiya İdman Kompleksinin yenidənqurulma layihəsi, Afina, Yunanıstan
  • 2004, Sundial Körpüsü, Redinq, Kaliforniya, Birləşmiş Ştatlar
  • 2004, Harp, Sitörn və Lut körpüləri, Harlemmermer, Niderland
  • 2004, Sürix Universiteti, "Bibliothekseinbau" kitabxanasının yenidənqurulması, Sürix, İsveçrə
  • 2005, Avnat alış veriş mərkəzi və Rabin Tibb Mərkəzini birləşdirən körpü, Petah Tikva, İsrail
  • 2005, Turning Torso, Malmö, İsveç
  • 2007, A1 şosesində və TAV dəmiryolunda 3 körpü, Recco nel Emiliya, İtaliya
  • 2007–2012 Marqaret Ov Təpə Körpüsü, Dallas, Birləşmiş Ştatlar
  • 2008, Zəncir Körpüsü, Yerusəlimin girişində körpü, İsrail
  • 2008, Konstitusiya Körpüsü piyada keçidi, Qrand Kanal üzərindən, Venesiya, İtaliya
  • 2008–2009, Texnion Obelisk, Texnion - İsrail Texnoloji İnstitutunun kampusunda abidə, Hayfa, İsrail
  • 2009, Lej-Quilemins TGV Dəmiryolu Stansiyası, Lej, Belçika
  • 2009, Lifi çayı üzərindən Samuel Beketta Körpüsü, Dublin, İrlandiya
  • 2009, Caja Madrid Obeliski, Madrid, İspaniya
  • 2011, Palasio de Kongresos de Ovedo, Ovedo, İspaniya
  • 2011, Palasio de Eksposikiones y Konqresos, Ovedo, İspaniya
  • 2012, Sülh körpüsü, Kalqari, Kanada
  • 2013, Medio Padana TAV Stansiyası, Recco nel Emiliya, İtaliya
  1. 1 2 Santiago Calatrava // Encyclopædia Britannica (ing.).
  2. "Chicago, Calatrava'nın Tasarladığı Yeni Gökdeleni Konuşuyor, Yapi.com.tr". 2011-09-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-12.
  3. "Calatrava'nın Fendi Bütçeyi Yendi, Yapi.com.tr, 2 dekabr 2009". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-12.
  4. Yaşayan Belki de En Parlak Mimar: Santiago Calatrava, Dexigner.com[ölü keçid]
  5. "Sculpture by Santiago Calatrava to be unveiled at SMU's Meadows Museum". Southern Methodist University News. 7 October 2002. 24 May 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 November 2013.