Schwerer Gustav | |
---|---|
Tipi | haubitsa |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 1941-1945 |
İstismara başlanması | 1941 |
İstifadə edilən döyüşlər | |
İstehsal tarixçəsi | |
Konstruktor | Erich Müller |
Konstruksiya tarixi | 1937 |
İstehsal sayı | 2 |
Variantları | Schwerer Gustav, Dora, Langer Gustav |
Xüsusiyyətləri | |
Ağırlığı | 1,350 ton |
Uzunluğu |
|
Lülənin uzunluğu | 47.3 metr |
Eni | 7.100 mm |
Hündürlüyü | 11.600 mm |
Kalibr | 800 millimetr (4.13 in) |
Vikianbarda əlaqəli mediafayllar |
Schwerer Gustav (az: ağır qustav) və Dora adlı iki nümunəsi istehsal edilmiş 80 sm K (E), Almanların İkinci Dünya müharibəsi zamanı istifadə etdiyi 800 mm diametrlik lüləyə malik olan bir topudur. Sürüşdürmə dərəcəsi 48.5°, atış tezliyi 30-45 dəqiqədə 1 atış, gün ərzində 14 atış, mərninin çıxış sürəti 720 m/s (AP), 820 m/s (HE), effektiv mənzili və maksimum mənzili 48 km, istehsal xərci 7 Milyon Reichsmark olmuşdur.
1934-cü ildə Krupp şirkəti tərəfindən hazırlanan bu silah geniş sahəyə malik istehkam mövqelərini məhv etmək üçün hazırlanmışdır. Silah Alman mühəndisi Erich Müller tərəfindən dizayn edilmiş və hazırlanmışdır. Test mərhələsində top 250 atəş etmişdir. Təxminən 1350 ton ağırlığında idi və 48 km uzaqlıqdakı hədəfə 4800 kq mərmi göndərməyi bacarırdı. Heç bir motorlu nəqliyyat vasitəsi bu qədər ağır bir cismi hərəkət etdirə bilmədiyi üçün, dəmir yolunda daşınırdı. Topun hissələri 25 vaqonla daşınırdı. Topun hərəkət etməsi üçün 2500 nəfər dəmir yolu xəttini çəkməli idi. Əlavə olaraq silahı düzəltmək və atəşə hazır vəziyyətə gətirmək üçün 20-si mühəndis olmaqla 5.000 adama ehtiyac var idi. Topun atışa hazır olması üçün 2 böyük kran və 5 həftə vaxt lazım idi. Silah çox böyük olduğundan, uzaqdan görülə bilirdi və hava zərbələrinə qarşı həssas idi, buna görə də 2 Tabor zenit bölməsi silahı hava zərbələrindən qorumağa məsul idi. Silahın lüləsi sola və ya sağa dönə bilmədiyi üçün dəmir yolu atacağı istiqamətdə düzəldilirdi. Atəş etməsi üçün 500 nəfərə ehtiyac var idi. Topun birinci dəfə İkinci Dünya müharibəsində Fransaya qarşı Maginot xəttini məhv etmək üçün istifadə edilməsi nəzərdə tutulmuşdu. Lakin Wehrmacht bu xətti Fransa müharibəsinin əvvəllərində ələ keçirdiyindən onun istifadəsinə ehtiyac yox idi. Almanlar bu topdan Barbarossa əməliyyatı zamanı Sevastapol mühasirəsində istifadə etmişdirlər. Silah 1941-ci il mayın əvvəllərində qurulmağa başlandı və 5 iyunda atışa hazır oldu, 17 iyuna qədər Maksim Qorki istehkamları və Stalin qalası da daxil olmaqla 7 hədəfə 48 atış etmişdir. Bu da 26.281 ton sursata bərabərdir. Bu mərmilərdən bir neçəsi 6 iyun tarixində Severnaya Körfəzində yerləşmiş 30 metr dərinlikdəki silah-sursat anbarını məhv etdi. Daha sonra top, 1942-ci ilin sentyabrında Leninqradanın mühasirəsində istifadə olunmaq üçün Leninqrada göndərildi, lakin böyük bir Sovet hücumu gözlənildiyi üçün silah istifadə edilmədi və geriyə - Almaniyaya aparıldı. Silah müharibənin sonlarına doğru Amerikan ordusu tərəfindən ələ keçirilməməsi üçün 14 aprel 1945-ci ildə dinamitlə partladıldı. Digər silah olan Dora, Sovetlərin əlinə keçməməsi üçün 1945-ci il 19 aprel tarixində dinamitlə partladıldı.