Silvio Piola | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 29 sentyabr 1913[1][2][…] |
Vəfat tarixi | 4 oktyabr 1996 (83 yaşında) |
Vətəndaşlığı | |
Boyu | 178 sm |
Çəkisi | 75 kq |
Mövqeyi | hücumçu |
Vikianbarda əlaqəli mediafayllar |
Silvio Piola (it. Silvio Piola; 29 sentyabr 1913[1][2][…] – 4 oktyabr 1996) — 1929-1954-cu illər arasında futbol oynamış italiyalı futbolçu. 1938-ci il Dünya Çempionatının qalibi. A Seriyası tarixinin ən yaxşı bombardiri (274 qol). İtaliya millisinin heyətində cəmi 34 oyuna baxmayaraq, Piola 30 qolla milli komandanın tarixində Luici Riva (35) və Cuzeppe Meattsadan (33) sonra üçüncü ən yaxşı bombardirdir. Novara şəhərində adına futbol stadionu var.[3]
Silvio Piola 29 sentyabr 1913-cu ildə İtaliyanın Lombardiya bölgəsində doğulub.[4]
Piolanın karyerası "Pro Verçelli" klubunda başlayıb. İtalyan futbolunun yüksək liqasında debütü isə 16 fevral 1930-cu ildə "Bolonya" ilə matçda baş verir. İlk mövsümdə hücumçunun on səkkiz yaşı olmasına baxmayaraq 13 qol vurur.
1933/1934 mövsümündə "Pro Verçelli"də oynayan Piola, 7: 2 hesabı ilə başa çatan "Fiorentina" klubu ilə matçda altı qol vurur.
1934-cü ildə Piola "Latsio" klubuna keçir və paytaxt klubunda oynayaraq iki dəfə A Seriyasının bombardiri olur (1937 və 1943-cü illərdə).
Piolanın karyerasında növbəti klub "Torino" olur. Burada bir mövsumdə 23 oyunda meydana çıxaraq 27 qol vurur.
Futboçu daha sonra "Yuventus" və "Novarra" klublarının formasını geyinir.
Karyerası ərzində A Seriyasında 536 (537) oyun keçirib. Bu nəticə ilə A Seriyası tarixində səkkizinci yerdə qərarlaşıb.
Silvio Piola milli komandadakı ilk matçını 1935-ci il martın 24-də Avstriyaya qarşı keçirdir. Ümumilikdə, Piola 34 milli oyunda 30 qol vurub. Milli komandadakı son oyun, 38 yaşlı Piola 18 may 1952-ci ildə İngiltərəyə qarşı "Florensiya"da (1:1) oynayır.