Simko Şəqaqi | |
---|---|
kürd. Simkoyê Şikak | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1887 |
Vəfat tarixi | 30 iyun 1930 |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
Simko Şəqaqi ( kürd. Simkoyê Şikakî; 1887 – 30 iyun 1930, Üşnəviyyə, Qərbi Azərbaycan ostanı), əsl adı İsmayıl ağa Şəqaqi ( kürd. Smayîl Axayê Şikak ) — kürd siyasətçi və inqilabçı, İran Kürdüstanında İran hakimiyyətinə qarşı üsyan edən Şəqaqi tayfasının lideri.
İranın şimal-qərbində Urmiya şəhəri yaxınlığında Barandüz çayının yanında yerləşən Çəhrik qalasının sahibi olan kürd feodal ailəsində anadan olmuşdur.[1] O, 1918-ci ilin yayında kürd ərazilərində İran hakimiyyətinə qarşı mübarizəyə başlamışdır. 1920-ci ilə qədər İran Azərbaycanının Urmiya gölünün qərbində yerləşən hissəsi faktiki olaraq onun nəzarəti altında idi.[2] Onun Xoyda aysorlara qarşı qırğınlarda iştirak etdiyi[3] və öz hərəkətləri ilə Salmasda aysorların müsəlmanlara qarşı qırğına səbəb olduğu məlumdur.[4]
Yaratdığı və rəhbərlik etdiyi kürd kəndlilərinin ordusu ilə onu nəhəng döyüş qüvvəsinə çevirmiş, bir neçə dəfə İran ordusu üzərində böyük qələbələr qazanmış, regionun bir sıra şəhərlərini tutmuşdur.[5] Bir neçə dəfə şah hökuməti onu kürd muxtariyyətinin yaradılması ilə bağlı danışıqlara başlamağa çağırmışdır. 30 iyun 1930-cu ildə İran qoşunlarının pusqusuna düşmüş və döyüşdə həlak olmuşdur.