Siqni adası

Siqni
ing. Signy Island
Ümumi məlumatlar
Sahəsi
  • 19,3 km²
Uzunluğu
  • 6 km
Eni 4,5 km
Hündür nöqtəsi 290 m
Əhalisi 0 nəfər (2015-ci il)
Yerləşməsi
60°43′00″ c. e. 45°38′00″ q. u.HGYO
Ölkə  Antarktida
Arxipelaq
Akvatoriya
Siqni xəritədə
Siqni
Siqni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Siqni adası (ing. Signy Island) — Cənubi Orkney adaları qrupuna daxil olan, Koroneyşen adasından 1,6 km cənubda yerləşən elədə böyük olmayan ada. Adanın uzunluğu 6,5 km, eni isə 5 km təşkil edir. Ən hündür nöqtəsi Makleod buzlağında səthə çıxan Tyoqa-Hill dağıdır (290 m.).

Cənubi Orkney adalarının xəritəsi

Ada ilk dəfə 1823 ildə balina ovunu həyata keçirən Beaufoy gəmisinin kapitanı Mettyu Brisben yərəfindən Koroneyşen adasının cənubunu xəritəyə salarkən kəşf edilmişdir. Adanın növbəti araşdırılma işləri noveç balina ovunu həyata keçirən Stryomness staniyası tərəfindən həyata keçirilmişdir. Piter Syorli adaya yan almaq üçün əlverişli yer və Byorqe-Bey körfəzində şirimsu mənbəyini aşkarlamışdır. Elə məhz o adanı öz həyat yoldaşı Siqni Syorlinin (norv. Signy Sørlle) şərəfinə adlandırmışdır.1920—1921 illərdə norveçə məxsus olan Tønsbergs Hvalfangeri şirkəti adada bslina ovunu həyata keçirən stansiya inşa edir. 1925—1926 illərdə bu stansiya fəaliyyətini göstərmişdir. Adanın özü isə 1930-cu ilə qədər ziyarət edilmişdir[1].

1947-ci ilin martında adada Siqni stansiyası fəaliyyətgöstərir. 1998-ci ildən isə stansiya yalnız yayda fəaliyyətini davam etdirir[1].

Demək olar ki, adanın yarısı buzla örtülüdür. Ən iri buzlaq Makleod adanın cənubunda yerləşir. İkinci buzlaq isə Oruelldir. Sahə baxımdan kiçikdir. Adanın şərqində yerləşir. Yayda şərq və qərbdə sahilləri buzdan tam azad olur. Hər il buzlağın sahəsi geydikcə azalır.

Qışda buzdan azad olan bölgələrdə göllər və qaşlıqlar yerləşir[2].

Siqni adasının temperaturu Ueddell dənizində olan buzlaqlarla əlaqədardır. Belə ki, buzlar qışda şimala hərəkət efərək adanı dövrüyəyə alır. Yayda isə əks hadisə baş verir. Adada ən minimal temperatur −39.3 °C, qışda orta temperatur −2 °C ; −17 °C, yayda isə bir qayda olaraq müsbət olur. Maksimal temperatur isə 19,8 °C olmuşdur. Buna baxmayaraq yayda ən soyuq temperatur -7 °C olaraq qeydə alınmışdır[3].

Ada Cənub Qütb dairəsi daxilində yerləşir. Yayda hava buludlu olmağı ilə seçilir. Burada əsən küləyin güçü 25 km/s təşkil edir. İl ərzində 60 gün güçlü küləklər meşahidə edilir. Ən güçlü küləyin sürəti 212 km/s olur[2].

Flora və fauna

[redaktə | mənbəni redaktə et]
Siqni adasında pinqvinlər, 1962

Adanın əsas bitkiləri Cryptogamaedir. Çiçəkli bitkilərdən yalnız Deschampsia antarcticaColobanthus quitensisdir. Dominantlıq edən bitkilər mamırlar (50 növ), Ciyərotu (12 növ) və şibyələrdir (120 növ).

Sahil sularında Yanüzənlər, Aktinilər, Asisidlər, Çiyinayaqlılar, dəniz ulduzları, Süngərlər, dəniz xiyarları rast gəlinir.

Pərayaqlılar dəstəsinə daxil olan Ueddell suitisi, Cənub dəniz fili, Dəniz bəbiri, nadir hallarda isə Yengəcyeyən müşahidə edilir. Qulaqlı suitilərin nümayəndələrinin sayı 20000 keçir. Adada Papua pinqvini, Adeli pinqviniAntarktika pinqvinini müşahidə etmək olar. Nadir hallarda İmperatorKral pinqvinlərini müşahidə etmək olur[2]. Ada ərazisində Nəhəng cənub fırtınaquşu, Kap fırtınaquşu, Qar fırtınaquşu, Pachyptila desolata, Vilson kaçurkası, Chionis alba, Antarktik sahilqağayısı, Cənub qütb sahilqağayısı, Dominikan qağayısı, Antarktik susüpürəni və digərləri[4] yuva qurur.

Adada daimi yaşayan əhali yoxdur.

  1. 1 2 William James Mills. Exploring polar frontiers : a historical encyclopedia. — ABC-CLIO, Inc, 2003. — P. 607. — 844 p. — ISBN 1-57607-422-6.
  2. 1 2 3 "Signy Research Station". British Antarctic Survey (BAS). 2008-10-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-10-12.
  3. "ANTARCTIC SPECIALLY PROTECTED AREA No 114 NORTHERN CORONATION ISLAND, SOUTH ORKNEY ISLANDS" (PDF). The National Science Foundation. 2008-10-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-10-12.
  4. "Signy Island". Important Bird and Biodiversity Areas. BirdLife International. 2013-11-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-10-12.