Sui-qəsd sinfi: Məzuniyyət

Sui-qəsd sinfi: Məzuniyyət
yap. 暗殺教室 卒業編
Poster.
Poster.
Janr macəra filmi
Rejissor Eyiçiro Hasumi
Əsərin müəllifi Assassination Classroom (Yuusey Matsui)
Ssenari müəllifi Tatsuya Kanazava (ssenari) Yuusey Matsui (manqa)
Baş rollarda Ryosuke Yamada, Kazunari Ninomiya, Masaki Suda
İstehsalçılar Distribütor:
Toho
Distribütor Toho[d]
İlk baxış tarixi 25 mart 2016
Müddət 118 dəq.[1]
Gəlir 2 milyard ¥[2]
Ölkə Yaponiya Yaponiya
Dil yapon dili
İl 2016
Əvvəlki film Sui-qəsd sinfi
Rəng rəngli
IMDb ID4641264

Sui-qəsd sinfi: Məzuniyyət (暗殺教室 卒業編, Ansatsu Kyōshitsu: Sotsugyō-hen?)2016-cı il istehsalı Yaponiya komediya filmi. Filmin rejissoru Eyiçiro Hasumi, ssenaristi Tatsuya Kanazavadır.[3][4] "Sui-qəsd sinfi: Məzuniyyət" 2015-ci il istehsalı "Sui-qəsd sinfi" filminin sikvelidir,[4] hər iki film Yuusey Matsuinin "Assassination Classroom" manqası əsasında çəkilmişdir.[5] Film Toho tərəfindən Yaponiyada 25 mart 2016-cı ildə yayımlanmışdır.

Film dünyanı məhv etməyə hazırlaşan səkkizayağa bənzər varlıq və müəllim Koro-senseyə sui-qəsd təşkil etməyə çalışan şagirdlərin məzuniyyətə yaxın yaşadıqları hadisələrdən bəhs edir.

Film 2015-ci ilin aprelində anons edilmişdir.[5] Mirey Kiritaninin Aquri Yukimura rolunda, Kazunari Ninomiyanın Ölüm tanrısı rolunda olacağı 2015-ci ilin sentyabrında açıqlanmışdır.[8] Hiroki Narimiyanın Kotaro Yanaqisava rolunda olacağı 2015-ci ilin dekabrında,[6] Tsuyoşi Abenin Qırmızı göz rolunda olacağı 2016-cı ilin yanvarında məlum olmuşdur.[7]

Filmin mövzu mahnısı Sensa-tions tərəfindən ifa olunan "Sayonara Sensation" mahnısıdır.[9]

2015-ci ilin dekabrında filmin 25 mart 2016-cı ildə yayımlanacağı açıqlanmışdır.[10] Yaponiyada Toho tərəfindən yayımlanmışdır.[1]

Filmin ilk həftəsində filmi izləməyə 544.641 nəfər gəlmiş və əldə olunan gəlir 639 milyon ¥ olmuşdur, beləliklə, Yaponiyada №1 film olmuşdur.[11] İkinci həftəsində də əldə etdiyi 3,5 milyon $ gəlirlə №1 film olmuşdur.[2]

  1. 1 2 "暗殺教室 卒業編". eiga.com (Japanese). 19 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 may 2016.
  2. 1 2 Schilling, Mark. "Japan Box Office: 'Assassination Classroom' Sequel Wins Second Weekend". Variety. April 4, 2016. 20 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 may 2016.
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 12 "暗殺教室~卒業編~(2016)". allcinema (Japanese). Stingray. 31 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 may 2016.
  4. 1 2 Schilling, Mark. "Japan Box Office: 'Batman v Superman' Beaten by 'Assassination Classroom' Sequel". Variety. March 28, 2016. 29 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 may 2016.
  5. 1 2 "Assassination Classroom Gets 2nd Anime Season, Sequel Live-Action Film". Anime News Network. April 24, 2015. 2017-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 may 2016.
  6. 1 2 "2nd Live-Action Assassination Classroom Film Casts Hiroki Narimiya as Yanagisawa". Anime News Network. December 17, 2015. 2022-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 may 2016.
  7. 1 2 "2nd Live-Action Assassination Classroom Film Casts Tsuyoshi Abe as Red Eye (Updated)". Anime News Network. January 24, 2016. 2021-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 may 2016.
  8. "2nd Live-Action Assassination Classroom Film Casts Aguri Yukimura, God of Death". Anime News Network. September 3, 2015. 2021-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 may 2016.
  9. "Sensa-tions Performs 2nd Assassination Classroom Live-Action Film's Theme Song". Anime News Network. February 8, 2016. 2021-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 may 2016.
  10. "2nd Live-Action Assassination Classroom Film Opens on March 25". Anime News Network. December 6, 2015. 2022-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 may 2016.
  11. "2nd Live-Action Assassination Classroom Opens at #1 With 639 Million Yen". Anime News Network. March 29, 2016. 2022-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 may 2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]