Sərçəkimilər

Sərçəkimilər
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Dəstə:
Sərçəkimilər
Beynəlxalq elmi adı

Sərçəkimilər (lat. Passeriformes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinə aid heyvan dəstəsi.

Dünyanın hər yerində yayılmışdır. Azərbaycanda 150-yə qədər növü məlumdur. Uzunluqları 9,5 sm-dən (Kral quşu) 65 sm-ə dək (Quzğun) olur. Adətən 4–6, bəzən də 15–16 əlvan rəngli yumurta qoyurlar. Bir yaşında nəsil verməyə başlayır. Əksər növləri ildə 2–3 dəfə bala çıxarır.

  • Torağaylar (Alaudidae): Açıq ərazilərdə yaşayırlar. Yuvalarını yerdə qururlar. Çox yaxşı uçma qabiliyyətləri var. Bəzi növləri çox yaxşı qaçıcıdırlar.
  • Arıquşları (Paridae): Meşə və kolluqlarda yaşayan, xırda və gözəl səsli quşlardır. Ağacların yarpaq və gövdəsindəki böcəklər ilə qidalanır.
  • Qaranquşlar (Hirundinidae): Bütün dünyada yayılmış quşlardır. Uçarkən böcəkləri havada tutaraq qidalanırlar. Yuvalarını palçıqdan düzəldirlər. Quyruqları haçadır.
  • Quyruqsallayanlar (Motacillidae): Torpaq üzərində və ya çatlarda fincana bənzəyən yuvalar düzəldirlər. Uzun quyruqlarını yerə qonduqları zaman sallamaları ilə tanınırlar.
  • Alaçöhrələr (Laniidae): Dimdik aşağıya tərəf qıvrıqdır.
  • Silvilər (Sylviidae): Meşə, kolluq və bataqlıqlarda yaşayırlar.
  • Milçəkqapanlar (Muscicapidae): Ağaclarda yaşayırlar və yuvalarını mağaraya bənzər oyuqlarda düzəldirlər.
  • Vüroklar (Fringillidae): Qısa və qalın dimdikləri ilə toxumları kəsə bilirlər.
  • Vələmir quşları (Emberizidae): Qısa quyruqlu, böyük ayaqlı, gözəl səsli quşlardır. Dünyanın hər yerində yayılıb.
  • Sittalar (Sittidae): Kiçik quşlardır. Dimdikləri yuxarı qıvrıqdır. Meşələrdə yaşayırlar və ağac oyuqlarının içinə yuva qururlar.
  • Sığırçınlar (Sturnidae): Ağaçlıq ərazilərdə yaşayırlar. Yumuşaq və parlaq rəngli tükləri var.
  • Qaratoyuqlar (Turdidae): Meşə və kolluqlarda yaşayırlar. Yuvalarını ağaçların budaqları arasına qururlar.
  • Toxucu quşlar (Ploceidae): Qısa dimdikləri olan, xırda quşlardır. Adətən toxumları qıraraq qidalanırlar.
  • Qarğalar (Corvidae): Sərçəkimilərin ən böyük nümayəndəsidir. Dimdikləri və ayaqları iridir. Bir qismində sürü halında yaşamaq mövcuddur.
  • Süzərlər (Certhiidae): Meşə və ağaclıqlarda yaşayırlar, böcəklər və tumlarla qidalanırlar. İncə və yanlardan yassılaşmış dimdikləri, uzun və iti caynaqlı ayaqları vardır.
  • Sarıköynəklər (Oriolidae): Meşələrdə yaşayan, böcəklər ve meyvələrlə qidalanan, sarı və ya qırmızı rəngli və gözəl səsli quşlardır. Dimdikləri iti və qüvvətli, qanadları uzun, ayaqları qısadır.
  • Cənnət quşları (Paradisaeidae): Erkək və dişisi arasında böyük fərqlər vardır. Erkəkləri çox rəngli olur. Qəribə dans şovları ilə dişinin diqqətini çəkirlər. Növlərin çoxunda quyruq uzun və rənglidir. Meşələrdə yaşayırlar, meyvələr və böcəklərlə qidalanırlar.