T-80 | |
---|---|
Tipi | Əsas döyüş tankı |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 1976 – davam edir |
İstismara başlanması | 1976 |
İstismar edənlər | İstifadəçilər bölməsinə bax |
İstifadə edilən döyüşlər |
Birinci çeçen müharibəsi İkinci çeçen müharibəsi Donbass müharibəsi |
İstehsal tarixçəsi | |
Konstruktor |
Nikolay Popov, Kirov zavodu (T-80) KMDB (T-80UD) |
Konstruksiya tarixi | 1967–1975 |
İstehsalçı |
Kirov zavodu və Omsktransmaş (Rusiya) Malışev zavodu (Ukrayna) |
İstehsal illəri | 1976–1992 |
İstehsal sayı | 5404 |
Xüsusiyyətləri | |
Ağırlığı |
42.5 ton (T-80B) 46 ton (T-80U) |
Uzunluğu |
9.9 metr (T-80B) 9.6 metr (T-80U) |
Eni |
3.4 m (T-80B) 3.6 metr (T-80U) |
Hündürlüyü | 2.2 metr |
Ekipaj | 3 |
Vikianbarda əlaqəli mediafayllar |
T-80 Sovet istehsalı, üçüncü nəsil əsas döyüş tankıdır. Bu tankın daha da inkişaf etdirilmiş variantı sayılan T-84 hazırda Ukraynada istehsal olunur. T-80 və onun müxtəlif variantları hal-hazırda Belarus, Kipr, Misir, Qazaxıstan, Pakistan, Rusiya, Cənubi Koreya və Ukrayna silahlı qüvvələrinin silahlanmasına daxildir. T-80-nin baş konstruktoru rusiyalı mühəndis Nikolay Popovdur.[1]
Əvvəllər bir çox Qərb analitikləri T-80 və T-72 tanklarını bir-birindən fərqləndirə bilmirdi. Lakin, həmin tanklar müxtəlif dizayn büroları tərəfindən istehsal olunurdu. T-80 tankı Leninqradda yerləşən Kirov zavodunun SKB-2 dizayn bürosu tərəfindən istehsal olunduğu halda, T-72 tankları Nijni Tagil şəhərində yerləşən Uralvaqonzavod tərəfindən istehsal olunurdu. Xarici görünüşləri oxşar olan bu tanklardan T-80 tankı T-64 tankının əsasında dizayn olunmuşdu. Onu da qeyd etmək lazımdır ki, T-64 tankları öz dövrünün yüksək texnologiyaları ilə təchiz olunmuşdu və daha köhnə T-54, T-55, həmçinin T-62-ləri əvəz etmək məqsədilə silahlanmaya qəbul olunurdu.
Bir sıra oxşarlıqlara baxmayaraq, T-80 və T-72 mexaniki cəhətdən bir-birindən fərqlənir. T-72 mexaniki cəhətdən sadə, asan istehsal olunan və rahatlıqla texniki qulluq göstərilən tank hesab olunur. Məhz bu cür xüsusiyyətlərinə görə də T-72 tankları hələ Sovet İttifaqı zamanında ordunun motoatıcı hərbi hissələrini təmin etmək və xarici ölkələrə ixrac edilməsi məqsədilə genişmiqyaslı istehsala cəlb olunmuşdur.
T-80 isə T-64-ün ilkin istehsal olunmuş variantlarından fərqli olaraq qaz turbin mühərriki (bəzi Qərb analitikləri uzun illər boyunca bunu təkzib edirdi) və T-72-nin əyləc komponentləri ilə təchiz olunmuşdu. Nəticədə, tankın güc-çəki nisbəti yüksəlmiş və T-80-ni silahlanmada olan ən mobil tank halına gətirmişdi. Buna baxmayaraq, tankın kəskin məsafə problemləri mövcud idi. T-80 tankları 9K112 “Kobra” tank əleyhinə idarəolunan mərmilərindən də atəş açmaq imkanına sahibdir.
Sovet İttifaqının mövcud olduğu dövrdə T-80 heç bir xarici ölkəyə ixrac olunmamışdır. Sovet İttifaqının dağılmasından sonra bu tanklar Rusiya tərəfindən bir neçə xarici dövlətə ixrac olunmuşdur.
T-80 tankı. 1976-cı ildə Omsk Tranmash firması tərəfindən istehsal olunan tank. Bu tanklar T-72-lərin əvəzinə istehsal olunmuşdur. Ancaq T-80-ların sınaqları uğurlu keçmədiyindən 1994-cü ildə istehsalı dayanmışıdır. Buna baxmayaraq T-80 tankları dağlıq ərazilərdə çox effektiv tankdır. Dünyadakı istifadəçiləri:
Azərbaycan x 44 (1994-cü ildə Ukraynadan 20 ədəd T-80B, 2008-ci ildə isə Belarusdan 22 ədəd T-80BV tankı alınmışdır)
Ermənistan x 15 (Rusiya tərəfindən verilib)
Belarusiya x 125
Kipr x 27
Misir x 37
İraq x 67 (2012-ci ildə Rusiyadan alınıb)
Qazaxıstan x 40
Cənubi Koreya x 35
Pakistan x 460
Çin x 321
Rusiya x 3.500
Ukrayna x 456
Yəmən x 32