Tarpan | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Qranddəstə: Ranqsız: Klad: Klad: Dəstə: Yarımdəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: ???: Tarpan |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Tarpan (Equus ferus ferus), Avrasiya vəhşi atı kimi də tanınan ,nəsli kəsilmiş vəhşi at növünün yarımnövüdür. Yarımnövə aid sonuncu nümayəndənin 1909-cu ildə Rusiyada əsirlik altında öldüyü güman edilir. Bəzi mənbələr isə yarımnövün nümayəndələrinin əhliləşdirilmiş atla oxşarlığını nəzərə alıb bunun həqiqi vəhşi at olmadığını iddia edirlər.
1930-cu illərin əvvəllərində, "təkrari seçmə" adlanan süni seçmə yolu ilə tarpanlara bənzəyən at növlərininin alınmasına cəhdlər olmuşdur. Bu vasitə ilə alınan bəzi atlar kommersiya məqsədi ilə "tarpan" kimi təqdim olunur. Ancaq qədim vəhşi atların tarixi haqqında təhsil alanlar iddia edirlər ki, "tarpan" adı yalnız həqiqi vəhşi atı xarakterizə edir.
"Tarpan" və ya "tarpani" adı Türk dillərindən (Qırğız və ya Qazax) tərcümədə "vəhşi at" mənasına gəlir. Tatarlar və Kazaklar vəhşi atlarla yarım əhliləşdirilmiş (feral) atları ayırırlar, və sonuncuları Takca və ya Muzin adlandırırlar.
Müasir dövrdə, bu termin daha çox müasir atların əhliləşdirilməmiş əcdadlarını, Equus ferus, tarixi dövrlərdə yaşaması güman olunan əhilləşdirilməmiş yarımnövlərini, Equus ferus ferus, və bütün primitiv və ya vəhşi Avropa atlarını ifadə etmək üçün istifadə olunur.