Tayqa gənəsi

Tayqa gənəsi
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
???:
Tayqa gənəsi
Beynəlxalq elmi adı

Tayqa gənəsi (lat. Ixodes persulcatus) lat. İxodes cinsinə aid olan geniş yayılmış növdür.

Tayqa gənəsi tayqanın cənub meşələrində, Kamçatkada, Saxalindən tutmuş Karelfinə qədər, cənubda isə Moskva, Bryansk, Orlov və Altay vilayətlərində yayılmışdır.

Ümumi xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Tayqa gənəsi morfoloji cəhətdən it gənəsinə oxşasa da, bəzi bioloji xüsusiyyətləri ilə ondan fərqlənir. Bu parazit yaz-yay ensefaliti virusunun keçiricisi və təbii rezervuarıdır. Tayqa gənəsi də, it gənəsi kimi üç sahiblidir. Mayalanmış dişi fərd iribuynuzlu heyvanlardan - sığırdan, maraldan qan sorduqdan sonra yerə düşüb, bitki qırıntıları altına minlərlə yumurta qoyaraq məhv olur. Yumurtadan 20-30 gündən sonra üç cüt ətraflı, tənəffüs və cinsiyyət orqanları yaxşı inkişaf etməmiş sürfə çıxır. Bu sürfələr gəmiricilərə, kirpiyə, müxtəlif quşlara yapışıb qan sorduqdan sonra yerə düşür, qabıq dəyişir və dörd cüt ətrafı olan nimfaya çevrilir. Nimfa sincaba, dovşana yapışıb qan sorur və sonra yerə düşür, qabığını dəyişib imaqo və ya yetkin formaya çevrilir. Yetkin forma yenidən iribuynuzlu heyvanlardan, sığırdan, maraldan qan sormaqla qidalanır. Tayqa ensefaliti virusunu müxtəlif gəmiricilərdən insana bu gənənin dişisi keçirir. Tayqa gənəsi meşədəki xəzəlin altında qışlayır. Yazda və yayda müxtəlif heyvanlara və insana hücum edərək qan sorur. Gəmiricilərdən qanla sorulmuş ensefalit virusunu insana keçirib onu ensefalitlə yoluxdurur. Xəstədə ilk günlərdə qızdırma, ürəkbulanması, şiddətli baş ağrıları, sonralar isə psixi pozğunluq, ətrafların iflici baş verir. Virus mərkəzi sinir sistemini zədələdiyi üçün çox çətinliklə sağala bilən və əksər vaxtlar sağalması mümkün olmayan yaz-yay və ya tayqa ensefaliti xəstəliyini törədir. Çox vaxt xəstəlik ölümlə nəticələnir. Hazırda məlum olmuşdur ki, ensefalit xəstəliyi Avropa, Asiya və Amerikada yayılmış bir-birinə yaxın olan viruslar tərəfindən törədilir. 1935-cu ildə A.Q. Panov bu xəstəliyin ilk kliniki vəziyyətini təsvir etmişdir. Bu məsələnin elmi tədqiqi üçün 1937-ci ildən başlayaraq Uzaq Şərqdə akademik Y.N.Pavlovskinin və L.A.Zilberin rəhbərliyi ilə kompleks ekspedisiyalar təşkil edilmişdir. Bu xəstəliyin əsas keçiricisi Ixodes cinsindən olan gənələrdir: Avropanın enliyarpaq və qarışıq meşələrində -I.ricinus, tayqa və Asiya meşələrində isə - İ.persulcatus gənələridir.

  • C. Ə. Nəcəfov, R. Ə. Əliyev, Ə. P. Əzizov. Tibbi biologiya və genetikanın əsasları. Bakı - 2008, 839 səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]