The Sims 3 | |
---|---|
Hazırlayan | Maxis |
Yayımlayan | Electronic Arts |
Seriya | The Sims |
Anons tarixi | 19 mart 2008 |
Buraxılış tarixi |
2 iyun 2009 4 iyun 2009 4 iyun 2009 5 iyun 2009 5 iyun 2009 5 iyun 2009 |
Lisenziya | Özəl təminat |
Versiya | 1.2.7. (25 iyun 2009) |
Sonuncu versiya |
1.69 (Origin) (12 noyabr 2015) 1.67 (Steam, MacOS) (24 yanvar 2018) |
Sonuncu beta-versiya | |
Janrlar | Həyat simulyatoru |
Yaş reytinqləri |
ESRB: T — Teens PEGI: 12 — Ages 12 and up USK: 6+ — Ages 6 and up |
Dizaynerlər | Rod Hambl |
Bəstəkarlar | Stiv Yablonski, Kristofer Lenneç |
Texniki məlumat | |
Platformalar | Windows, MacOS |
Oyun rejimləri | Birnəfərlik oyun |
İnterfeysin dili | |
Daşıyıcılar | Disk, rəqəmsal yükləmə |
İdarəetmə | Klaviatura, siçan |
Səs | Stereo |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
The Sims 3 — həyat simulyatoru janrında videooyun. Maxis tərəfindən Windows və MacOS əməliyyat sistemləri üçün hazırlanan, Electronic Arts tərəfindən yayımlanan The Sims oyun seriyasının üçüncü buraxılışı. ABŞ-də oyun 2 iyun 2009-cu ildə Windows əməliyyat sistemi və MacOS üçün buraxıldı. Sims 3 Azərbaycan ərazisində 5 iyun 2009-cu ildə buraxılmışdır. Oyun, həmin tarixdə Rusiyada buraxılmış və SoftKlab rus dilində lokalizasiyası ilə məşğul olmuşdur. Bundan əlavə, 2010-cu ildə PlayStation 3, Xbox 360, Wii və Nintendo DS oyun konsolları üçün buraxıldı.
Oyunçu, bir və ya bir neçə personajı idarə edir, qayğı göstərir, bacarıqlarını inkişaf etdirir, digər personajlarla əlaqələrini gücləndirir, karyerada inkişaf etməsinə təşviq edir və ev ilə təchiz edir. Oyunda hekayə xətti yoxdur və nəzəri olaraq The Sims 3-də əbədi oynaya bilərsiniz.
Üçüncü simulyatorun inkişafı Rod Hambl rəhbərliyi altında 2006-cı ildə tamamilə başladı. Bu, The Sims və The Sims 2 videooyunlarının qurucusu Uill Rayt tərəfindən hazırlanmamış The Sims seriyasındakı ilk oyundur. İnkişaf etdiricilərin əsas vəzifəsi The Sims 2 videooyunununun məhrum olduğu açıq oyun dünyası yaratmaq idi və bu da öz növbəsində ən ciddi proqramlaşdırma tələb edirdi. Simulyator əsasən tənqidçilər tərəfindən tərifləndi. İkinci hissədəki oyunun üstünlüyünü tanıdılar və əsasən açıq oyun dünyası, vizual effektlər və inkişaf etmiş personaj davranışları üçün müsbət rəylər yazıldı. Əsas çatışmazlıqlar arasında bina mənzillərinin olmaması, market, teatr kimi ictimai binalara girərkən personajların hərəkətlərini görməmə və elə də yaxşı olmayan qrafika müşahidə olunur.
Sərbəst buraxıldıqdan sonra, The Sims 3, kompüter oyunları tarixində ən çox satılan simulyator oldu, bu, özündən əvvəlki The Sims 2-nin rekordunu qırdı. Beləliklə, üçüncü simulyatorun satışından sonrakı ilk həftədə 1,4 milyon nüsxə satıldı. Eyni zamanda, The Sims 3, oyunun rəsmi yayımlanmasına iki həftə qalmış internetdə yayımlanan pirat nüsxələrin yüklənmə sayına görə də rekord qırdı. The Sims 3 oyununa 11 oyun paketi və 9 kataloq buraxılmış The Sims seriyalarından ən çox oyun əlavəsinə sahib olaraq qalır. Seriyanın davamı The Sims 4 oyunu ilə 2 sentyabr 2014-cü ildə buraxıldı.[2]