Tiksi | |
---|---|
saxa Тиксии | |
71°38′12″ şm. e. 128°52′04″ ş. u. | |
Ölkə | Rusiya |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1933 |
İlk məlumat | 1933 |
Mərkəzin hündürlüyü | 10 m |
Saat qurşağı | UTC+9 |
Əhalisi | |
Əhalisi | 4.557 nəfər (2015) |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +7 41167 |
Poçt indeksi | 678400 |
Nəqliyyat kodu | 14 |
Vikianbarda əlaqəli mediafayllar |
Tiksi (saxa Тиксии) — Saxa Respublikasının Bulun ulusunun mərkəzi olan, şəhər tipli qəsəbə. Rusiyanın ən ucqar şimal ərazisində yerləşən dördüncü yaşayış mənyəqəsidir (Dikson, Xatanqa, Dikson).
Şəhər qütb en dairəsi daxilində, Lena deltası yaxınlığında, Laptevlər dənizinin Tiksi buxtasında yerləşir.
Şimal dəniz yolu üzərində dayanacaq məntəqəsi kimi 1933-ci ildə əsası qoyulmuşdur. Bir il öncə isə Tiksinin yaxınlığında 1932-ci ildə Qütb stansiyası istifdəyə veilmişdir. 1957-ci ildə Qütb qeokosmofizik abservatoriya istifadəyə verilir.
1939-ci ildə yaşayış məntəqəsinə şəhər tipli qəsəbə statusu verilir.
1941—1944-ci illərdə burada SSRİ-nin daxili konvoy məntəqəsi rolunu oynayırdı. Halbu ki, bu ərəfələr ərazidə almanların sualtıqayıqları və torpedo katerləri yerləşirdi (gizli baza).
Gəmiçilik üçün cəmi 3 aydan az müddətdə yararlı olur. Rusiyanın uzaq şimal ərazisində əsas limanlarındandır.
Tiksidə federal əhəmiyətli aeroport fəaliyyət göstərir ( 1 oktyabr 2012 ildən 16 aprel 2013 ilə qədər aeroport bağlanır[1]. 16 aprel 2013 ildə dövlət daxili reyslər bərpa ediləcək[2]).
Şəhər qütb dairəsi daxilində yerləşir. İqlimi sərtdir. Şaxtanı isə dəniz müəyyən qədər yumşaldır. Yanvar ayının orta temperaturu −37.3°S, iyul və avqust aylarında isə +2.9°, +7.7° S təşkil edir. Artıq sentyabr ayında qış başlayır. Qışın sonu iyunun ikinci yarısına təsadüf edir. İlk boyu şaxta müşahidə edilir. Yayda bəzən tempertur qısa müddət ərzində -25°S olur.
Fevral 2013 ildə Tiksidə -49.5°S temperatur müşhidə edilmişdir. Burada 99 sm hündürlüyündə qar müşahidə edilir. Qütb gecələri 67 gün ( 19 noyabrdan 24 yanvar), qütb gündüzləri 86 gün (10 may).