Tom Klensi | |
---|---|
ing. Tom Clancy | |
Doğum adı | Thomas Leo Clancy, Jr. |
Doğum tarixi | |
Doğum yeri | Baltimor, Merilend, ABŞ |
Vəfat tarixi | (66 yaşında) |
Vəfat yeri | Baltimor, Merilend, ABŞ |
Vəfat səbəbi | ürək çatışmazlığı |
Vətəndaşlığı | ABŞ |
Uşağı | 5 |
İxtisası | yazıçı |
Fəaliyyəti | yazıçı, romançı, yazıçı-dokumentalist[d], nasir, ssenarist |
Fəaliyyət illəri | 1982–2013 |
Əsərlərinin dili | ingilis dili |
Janr | triller |
İlk əsəri | Qırmızı Oktyabra ov (The hunt for Red October) |
tomclancy.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Tomas Leo Klensi (Tom Klensi) (ing. Tomas Leo Clancy) — siyasi triller janrında bədii əsərlər yazan amerikalı yazıçıdır. Onun soyuq müharibə haqqında yazdığı romanları bir çoxları tərəfindən rəğbət qazanmışdır və bu janrın ən məşhur əsərlərindən sayılmaqdadır,yazılarında əsasən tarixin əks üzünü göstərməyə çalışırdı. ABŞ və SSSR-i arasindakı soyuq müharibə onun ən çox sevdiyi mövzu idi. "Böyük oktyabr" uğrunda", "Mütəfəkkirlərin oyunu" və "Dünyanın qorxunc üzü" Tom Klensin ən populyar əsərləri hesab olunur. Yazıçının ssenariləri əsasında çoxlu kompüter oyunları hazırlanıb və filmlər çəkilib.
Tom Klensi 12 aprel 1947-ci il tarixində Merilend ştatının Baltimor dairəsində anadan olmuşdur. 1970-ci ildə ilk dəfə olaraq ailə həyatı qurmuşdur. 1998-ci ildə ilk arvadından boşanan yazıçı bir ildən sonra yenidən ailə həyatı qurur. Bir çoxlarının təəccübünə baxmayaraq Tom Klensi 11 sentyabr terror hadisəsindən sonra İslamı müdafiə etmişdir. O, həm də Iraq müharibəsinə qarşı çıxmışdır. O, 1 oktyabr 2013-cü ildə ABŞ-nin Baltimor şəhərinin xəstəxanalarından birində 66 yaşında vəfat etmişdir.
Yazıçı haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |