Vakıflı

Vakıflı
Vakıflı
36°06′50″ şm. e. 35°58′35″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 138 nəf. (2023)[1]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 36100
Xəritəni göstər/gizlə
Vakıflı xəritədə
Vakıflı
Vakıflı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


VakıflıTürkiyənin Samandağ bölgəsində yerləşən kənd. Vakıflı kəndi, Türkiyədə etnik mənsubiyyəti erməni olan yeganə kənddir. Musa dağının ətəklərində yerləşən kənd, Suriya sərhəddinə yaxındır. Kənd əhalisi cəmi 135 nəfərdir. Yerli əhali erməni dilinin qərb ləhçəsində danışması səbəbindən, şərq ermənilərini danışıq zamanı tam anlaya bilmirlər. Lakin ermənicə yalnız kiçik bir azlıq tərəfindən danışılmaqdadır və əksəriyyəti ana dili olaraq türk dilində danışır.[2][3] Kənddə məktəb binası, tibb məntəqəsi və kilsə fəaliyyət göstərir.

Kəndin tarixi haqqında tarixi mənbələrdə müxtəlif məlumatlar vardır. Osmanlı mənbələrində kəndin Sultan II Mahmuddan əvvəlki vəziyyəti haqqında məlumat verilir. XIX əsrin ortalarına qədər Vakıflı yoğunolu kəndinin biçənək ərazisi olmuşdur. II Mahmud taxta gəldikdən sonra kəndi və ətraf əraziləri Muhayil adlı qibtiyə vermişdir. Bununla da kənd vəqf torpağı olaraq adlandırılmış və bugünkü adını almışdır. Birinci Dünya müharibəsi zamanı kənd əhalisi döyüşlərdə iştirak etməmək və bitərəf qalmaq məqsədilə kəndi tərk etmişlər. Əhali bir müddət Suriya ilə sərhəddə yerləşən dağda yaşamışdır. Dağda vəziyyətin əlverişsiz olması səbəbindən 1915-ci ildə kənd əhalisi fransız və ingilis gəmiləri vasitəsilə Port-Səidə getmişdir. 1918-ci ilə kimi Port-Səiddə qalan vakıflılar burada onlar üçün ayrılmış kiçik düşərgədə yaşayırdılar. Müharibənin bitməsindən sonra əhali kəndinə qayıtmışdır. Müharibədən sonrakı 20 il fransız idarəçiliyi altında keçmişdir. 1939-cu ilin 23 iyun tarixində kənd Türkiyənin nəzarəti altına keçmişdir. Rəsmi məlumatara əsasən Vakıflı kəndi Ermənistandan kənarda etnik ermənilərin yaşadığı yeganə erməni kəndi hesab olunur.

Hal-hazırda kənddə Məryam Ana adlı kilsə fəaliyyət göstərir. Kilsənin keşişi vəfat etdiyindən gündəlik ibadətlər evlərdə icra edilir. Kənd əhalisinin əsas fəaliyyət sahəsi portağal bağlarında çalışmaqdır. İlin 9 ayı kənddə portağal yetişir. Vakıfıda məktəb binası olsa da, kənd əhalisinin sayı az olduğu üçün şagirdlər yaxınlığda yerləşən məktəbə gedirlər. Kənddə 38 evdə 135 nəfər yaşayır.