Vani

Şəhər
Vani
gürc. ვანი
42°05′02″ şm. e. 42°30′43″ ş. u.HGYO
Ölkə  Gürcüstan
Region İmereti
Rayon Vani
İcma Vani
Tarixi və coğrafiyası
Əsası qoyulub 1981 (şəhər növüu)
Mərkəzin hündürlüyü 60 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi 3.744 nəfər (2014)
Dini tərkibi xristianlar
Rəsmi dili Gürcü dili
Rəqəmsal identifikatorlar
Telefon kodu 995 432
Poçt indeksi 1900
Digər
vani.gov.ge
Xəritəni göstər/gizlə
Vani xəritədə
Vani
Vani
Vani xəritədə
Vani
Vani
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vani (gürc. ვანი) — Gürcüstanın İmereti diyarında, Sulori çayının sahilində (Rioni çayının qolu), Kutaisi şəhərinin 41 km cənub-qərbində yerləşən şəhər. 2014-cü ilin siyahıalmasına görə şəhərin əhalisi 3744 nəfərdir. Vani şəhəri 40 kənddən ibarət Vani bələdiyyəsinin (sahəsi 557 km2, əhalisi 24.512 (2014)) mərkəzidir.

1947-ci ildə Vani şəhəri ətrafında aparılan arxeoloji qazıntı işləri zamanı (N. Xoştariya və O. Lortkifanidze) qədim Kolxida şəhərinə aid yaşayış məntəqəsi ilə bağlı artifaktlar tapılmışdır. Bu şəhərin adı məlum olmasa da, tarixi 4 dövrə ayrılır. E.ə. VII–VIII əsrlərdə Vani şəhərinin mədəni mərkəz olduğu fərz edilir. Vanin e.ə VII–VI əsrlərdəki tarixi qədim mədni qatlarla, taxta məmulatlarla, qurbangahlarla, qəbiristanlıqlarla təmsil olunur. Vaninin Kolxida şəhərinin siyasi mərkəzi olduğu güman olunur. E.ə. III–IV əsrlərdə Vani şəhərində xeyli qurbangah və daş tikili tikilmişdir.

Müasir Vani şəhəri statusunu 1981-ci ildə əldə etmişdir. Şəhərdə 1985-ci ildə açılan tarix muzeyində Kolxidanın qədim tarixinə aid artifaktlar sərgilənir.

Qardaş şəhərlər

[redaktə | mənbəni redaktə et]
  1. "Sister Cities International – 2013 Membership Directory". 2016-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-07-29.
  2. "Municipality of Vani" (PDF). Archived from the original on 2013-08-20. İstifadə tarixi: 2015-07-29.
  3. "Municipality of Vani". 2016-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-07-29.
  4. "Municipality of Vani". Archived from the original on 2012-04-25. İstifadə tarixi: 2015-07-29.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]