Vertigo Entertainment

Vertigo Entertainment
Ümumi məlumatlar
Sənaye kino istehsalı, televiziya verilişləri istehsalı
Təsis tarixi 2001
Baş qərargahın yeri
Rəhbərlik
Təsisçilər Roy Li və Duq Devison

Vertigo Entertainment — 2001-ci ildə Roy Li və Duq Devison tərəfindən təsis edilmiş, mərkəzi Los-Ancelesdə yerləşən Amerikanın film və televiziya istehsalı şirkətidir.

2001-ci ildə BenderSpink-dən ayrıldıqdan sonra Roy Li şəriki Duq Devison ilə bərabər Vertigo Entertainment şirkətini yaratmışdır.[1][2]

Vertigo Entertainment əvvəlcə Dimension Films ilə üç illik müddətində bədii filmlərin istehsalı ilə bağlı müqavilə imzalamışdır.[3]

2004-cü ildə şirkət Universal Pictures ilə il ərzində çox sayda filmlərin istehsalı ilə bağlı müqavilə imzalamışdır.[4] Müqavilə daha sonra 2008-ci ildə baş vermiş Amerika Yazıçılar Gildiyasının tətili zamanı ləğv edilmişdir.[5] 2007-ci ildə studiya televiziyalar üçün şoular hazırlamaq məqsədi ilə Lionsgate Television ilə müqavilə imzalamışdır.[6]

2010-cu ildə Vertigo Warner Bros ilə film istehsalı üçün ilk müqaviləsini bağlamışdır.[7][8][9]

2013-cü ilin mart ayında Vertigo kabel televiziyası üçün layihələr hazırlamaq məqsədi ilə Fox 21 ilə iki illik müqavilə imzalamışdır.[10]

2015-ci ilin dekabr ayında Vertigo Warner Bros ilə tərəfdaşlığını genişləndirmişdir. Bu əməkdaşlığın genişləndirilməsinə dram və komediya serialları üçün imzalanmış iki illik eksklüziv müqavilə daxil idi.[11]

2017-ci ilin noyabr ayında Vertigo Sony Pictures Television ilə şəbəkə, kabel yayımı və yayım üçün dramlar, komediyalar və ssenarisiz proqramlar da daxil olmaqla çoxillik müqavilə imzalamışdır.[12]

2020-ci ildə Vertigo Lionsgate ilə film istehsalı üçün müqavilə imzalamışdır.[13]

  1. "Roy Lee: Hollywood Dealmaker | America's Most Daring Asians Under 40 | Asian American Personalities | GoldSea". goldsea.com. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-03.
  2. T. H. R. Staff, T. H. R. Staff. "Roy Lee". The Hollywood Reporter (ingilis). 2015-04-13. 2022-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-03.
  3. Charles Lyons,Claude Brodesser, Charles Lyons, Claude Brodesser. "Dimension to get pix from Vertigo's Lee, Davison". Variety (ingilis). 2001-10-16. 2021-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-03.
  4. Claude Brodesser, Claude Brodesser. "Vertigo spins with U, Focus". Variety (ingilis). 2004-08-20. 2021-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-03.
  5. Marc Graser,Tatiana Siegel, Marc Graser, Tatiana Siegel. "Studios end first-look relationships". Variety (ingilis). 2008-01-10. 2021-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-03.
  6. Josef Adalian, Josef Adalian. "Vertigo pacts with Lionsgate TV". Variety (ingilis). 2007-06-27. 2021-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-03.
  7. McNary, Dave. "Producer on a WB spree". Variety (ingilis). 2010-12-02. 2021-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-09.
  8. Fleming, Mike Jr. "Producer Trio Starts Primal Pictures, Putting Warner Bros Into Low Budget Genre Game". deadline.com. 2012-03-06. 2015-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-03.
  9. "Producer, Vertigo Entertainment". screenforever.org.au. 2015-05-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-14.
  10. A. J. Marechal, A. J. Marechal. "Vertigo Inks First Look Deal with Fox 21". Variety (ingilis). 2013-03-04. 2016-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-03.
  11. "Vertigo Entertainment Inks Overall Deal With Warner Bros. TV, Taps Michael Connolly As Head Of Television". www.yahoo.com (ingilis). 2019-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-03.
  12. Joe Otterson, Joe Otterson. "Roy Lee's Vertigo Entertainment Inks First-Look Deal With Sony TV". Variety (ingilis). 2017-11-02. 2019-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-03.
  13. Janet W. Lee, Janet W. Lee. "Lionsgate Inks First-Look Deal With Vertigo Entertainment". Variety (ingilis). 2020-09-24. 2020-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-03.