Vijn (Marvel Comics)

Vijn
Vision
Vijn "All-New, All-Different Avengers" I cild, #6 nəşrinin (aprel, 2016) üz qabığında. Rəssam: Aleks Ross.
Nəşriyyat Marvel Comics
Yayım tarixi "Qisasçılar" #57 (oktyabr 1968)
Yaradıcı(lar) Roy Tomas
Sten Li
Con Buskema
Xüsusiyyətlər
Əsl adı yoxdur
Cinsiyyəti kişi[d]
Boyu 190,5 sm
Çəkisi 136 kq
Növü robot
Komiks bioqrafiyası
Üzvlükləri Birinci Android Vijn:
Qisasçılar
Qərb Sahili Qisasçıları
Qisasçılar AI
Müfadiəçilər
İkinci Android Vijn:
Gənc Qisasçılar
Qüdrətli Qisasçılar
Düşmənləri Altron
Ləqəbləri Viktor Şeyd
Yonas
Gücləri Sıxlıq kontrolu
Uçmaq
Kütlə manipulyasiyası
Reqenerasiya
Güc, dayanıqlıq, sürət.

Vijn (ing. Vision; azərb. Görünüş‎) — Marvel Comics nəşriyyatı tərəfindən 1968-ci ildə uydurulan komiks personajı. Vijn bir canlı olmayıb, robotdur. Lakin insan kimi düşünüb hərəkət edə bilməkdədir. Əsasən Qisasçılar komandasının üzvüdür. Robot olmasına baxmayaraq Qırmızı cadugər ilə evlənmiş, hətta Qırmızı cadugərin sehri vasitəsilə 2 uşağı olmuşdur.

Vijnin göründüyü ilk say: "Qisasçılar" #57 (1968)

Düzəldilməsi

[redaktə | mənbəni redaktə et]

Vijn bir robotdur. Qisasçıların qatı düşməni olan digər robot olan Altron-5 tərəfindən hazırlanmışdır. O, 1930-cu illərdə Fineas Horton adlı bir alim tərəfindən yaradılan android əsasında düzəldilmişdir. Bu android İkinci dünya müharibəsinə qatılaraq Kapitan Amerikaya və Namora qarşı mübarizə aparmış, İşğalçılar və Qaliblər komandasının üzvü olmuşdur. Daha sonra Vijna Altron tərəfindən bir super qəhrəmanın beyin dalğaları əlavə olunmuşdur. Laboratoriyada yaradılan Vijn azad iradəyə sahib olmuşdur. Altronun əsas məqsədi bir yenilməz robot düzəltmək və onu Qisasçıları məhv etməyə yönləndirmək idi. Altron on bir ölüm maşını kimi yetişdirmiş, ona ad belə verməmişdir.

Vijn Qisasçılara qarşı mübarizə apararkən insanların bir-birinə fədakarlıq etməsini görmüş və təəccüblənmişdir. Vijn özünü sorğulamağa başlamışdır. "Görəsən, yaradıcım Altron da bu insanlar kimi təhlükə zamanı özünü fəda edərdimi?" sualına cavab tapmaqda gecikməyən Vijn Qisasçıları öldürməyin düzgün olmadığını fikirləşmiş, super qəhrəman olmuş və Qisasçılara Altronu devirməyə kömək etmişdir. Beləliklə, Vijn Qisasçılara qatılmaq haqqı qazanmışdır.

Növbəti illərdə digər Qisasçı Qırmızı cadugər ilə evlənərək iki uşaq atası olmuşdur.

Ölüb dirilməsi

[redaktə | mənbəni redaktə et]

Marvel Comicsin bir çox personajı kimi Vijn da ölüb dirilmişdir.

Stark qülləsinə yerləşməzdən qabaq Qisasçıların qaldığı Stark malikanəsində adi günlərin birində qırmızı siqnal işə düşmüşdür. Bağçaya çıxarkən əvvəlki saylarda özünü dostlarına fəda etmiş Ceklə qarşılaşmışdırlar. Cek onu qarşılayan Qarışqa-adamdan üzr istəyərək partlamış və malikanənin yarısı havaya uçmuşdur. Qarışqa-adam da ölmüşdür.

Qisasçılar birinci partlayışın şokunu yaşayarkən göydə öz jetlərindən birini görmüş və həmin jet sürətlə malikanə ilə toqquşmuşdur. Bu zaman onların qarşısında Vijn dayanaraq özünü idarə edə bilmədiyini açıqlamışdır və onların üzərinə kiçik Altron dəstələri göndərmişdir. Robotları dayandıran komanda bu xəyanət səbəbini öyrənmək istəsə də, ölmüş yoldaşının qisasını almaq istəyən Şi-Halk onu iki yerə ayırmışdır.

Paul Bettani Qisasçılar: Altron dövrü filmində Vijn rolunda.

Vijn müxtəlif qabiliyyətlərə malikdir. Əsas gücü öz bədənin sıxlığını artırıb azaltmaq bacarığıdır. Bu qabiliyyəti sayəsində Vijn divarlardan keçərək düşmənlərin enerjili hücumlarından yayına bilir. Oxuyucularla qarşılaşdığı ilk iki sayda bu açıqca göstərilmişdir. Bir anda istədiyi formaya çevrilə bilir. Bədəninin sıxlığını bəzən o qədər artıra bilir ki, almaz kimi sıx olaraq Torun çəkic zərbələrinə dayanıqlı olur.

Başqa qabiliyyəti də gözlərindən və alnının ortasındakı nöqtədən daha əvvəl yığdığı günəş ışığını enerjiyə çevirib atəş açmaqdır. Günəşdən ayrılan enerjidən bədəni üçün enerji mənbəyi kimi də istifadə edir. Bundan əlavə güc, dayanıqlıq, sürətə də malikdir. Ən böyük üstünlüyü isə robot olduğundan aldığı məlumatları kompüter kimi saxlayıb emal etməkdir. Vijn öz rəqiblərini çaşdırmaq üçün holoqramlarından istifadə etməkdədir. Şəklini dəyişdirmək, uçmaq bacarığı, səsləri təqlid etməsi digər güclərindəndir.

Bəzi məqamlar

[redaktə | mənbəni redaktə et]
  • Robot olmasına baxmayaraq olduqca duyğusal personajdır. Hətta "Qisasçılar"ın 58-ci sayında ağlamışdır.

Vijn ilk dəfə 2015-ci ildə çəkilən "Qisasçılar: Altron dövrü" filmində Pol Bettani tərəfindən canlandırılmışdır.[1] Bettani 2016-cı ildə "Birinci qisasçı: Qarşıdurma" və 2018-ci ildə "Qisasçılar: Sonsuzluq savaşı" filmlərində də eyni rolu canlandırmışdır.

  1. "Arxivlənmiş surət". 2014-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-27.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]