Xəlifə sultan əl-Hüseyni

Xəlifə sultan əl-Hüseyni
fars. سید علاءالدین سلطان‌العلماء آملی
19-cu əsrə aid Dehli rəsmi olan Səfəvilərin baş vəziri (solda), çox güman ki, Xəlifə sultan və II Şah Abbas (sağda).
19-cu əsrə aid Dehli rəsmi olan Səfəvilərin baş vəziri (solda), çox güman ki, Xəlifə sultan və II Şah Abbas (sağda).
1623/1624 – 1632
ƏvvəlkiSalman xan Ustaclı
SonrakıMirzə Talıb xan
1645 – 1654
ƏvvəlkiSarı Tağı
SonrakıMəhəmməd bəy Təbrizi
Şəxsi məlumatlar
Doğum tarixi 1592/1593
Doğum yeri İsfahan (əslən Amül)
Vəfat tarixi
Vəfat yeri Əşrəf, Mazandaran
Dəfn yeri
Fəaliyyəti alim, dövlət xadimi, siyasətçi, şair, yazıçı, klirik[d]
Atası Mirzə Rəfi əd-Din Məhəmməd
Anası Adı açıqlanmayan Mərəşi zadəgan qadın
Həyat yoldaşı Xanağa bəyim
Uşağı
Ailəsi Mərəşilər
Dini islam[1], on iki imam şiəliyi[1]
Elmi fəaliyyəti
Elm sahəsi siyasət, fiqh

Xəlifə sultan əl-Hüseyni (1590, İsfahan5 mart 1654, Behşəhr, Mazandaran ostanı) — Səfəvilər dövründə vəzir, sonra baş vəzir (1645-1648).

Əsl adı Seyid Əlaəddin ibn Mir Rəfiəddin Məhəmməd bin Mir Şücaəddin Hüseynidir. Xəlifə sultan kimi tanınırdı. Xəlifə sultan Təbriz şəhərində anadan olmuşdu. Seyid əsillidir. Onlara Mərəşiyyə seyidləri deyirdilər. I Şah Abbas Səfəvinin anası tərəfdən qohumu idi.

I Şah Abbas Səfəvinin vaxtında vəzir idi. Şah Səfi hakimiyyətə gəldikdən sonra 1632-ci ildə onu həmin vəzifədən kənarlaşdırdı. Onun yerinə Mirzə Əbutalib xan Ordubadi təyin olundu.

I Şah Abbas Səfəvinin vaxtında adi vəzir olan Xəlifə sultan 1645-ci ildə, II Şah Abbas Səfəvi tərəfindən vəziri-əzəm vəzifəsinə yüksəldi.[2] Gürcü müəllifi Parsadan Qorqicanidze yazır: "Qorçubaşı Canı xan etimadəddövlə Mirzə Tağını öldürdü. Onun ölümünün səkkizinci günündə etimadəddövlə vəzifəsini Xəlifə sultana verdilər.[3] II Şah Abbas Səfəvinin hakimiyyətinin ilk illərindəki daxili çəkişmələr dövləti zəiflətmiş və onun fəal xarici siyasət aparmaq imkanlarını məhdudlaşdırmışdı.

Xəlifə sultan əl-Hüseyni 1653-cü ildə Mazandaranda vəfat etdi.

  1. 1 2 https://web.archive.org/web/20160305231406/http://www.icnc.ir/index.aspx?pid=289&metadataID=cbcbcf03-61ac-4794-8343-6c464303a0fb.
  2. Məhəmməd Tahir Nəsrabadi, Təzkireyi-Nəsrabadi, Tehran, 1317, səh.15-16.
  3. Парсадан Горгиджанидзе, История Грузии, Тбилиси, «Мецниереба», 1990, ст.105-106.