Xocasadəttinzadə Mehmed Əsad Əfəndi

Xocasadəttinzadə Mehmed Əsad Əfəndi
2 iyul 1615 – 21 may 1622
ƏvvəlkiXocasadəttinzadə Mehmed Çələbi Əfəndi
SonrakıZəkəriyazadə Yəhya Əfəndi
oktyabr 1623 – 22 may 1625
ƏvvəlkiZəkəriyazadə Yəhya Əfəndi
SonrakıZəkəriyazadə Yəhya Əfəndi
Şəxsi məlumatlar
Doğum tarixi 14 iyun 1570
Doğum yeri
Vəfat tarixi 22 may 1625(1625-05-22) (54 yaşında)
Vəfat yeri
Fəaliyyəti siyasətçi
Atası Xoca Sadəttin Əfəndi
Uşaqları

Xocasadəttinzadə Mehmed Əsad Əfəndi (14 iyun 1570, İstanbul22 may 1625, İstanbul) — Osmanlı dövlət xadimişair, müdərris, qazı və şeyxülislam. II Osmanın qaynatasıdır.

Atası III Mehmed dönəmində şeyxülislam olmuş Xoca Sadəttin Əfəndidir. Uşaqlığından bəri atasından və Molla Tofiq Gilanidən dərslər almış, daha sonra Süleymaniyyə mədrəsəsində təyin olunmuşdur. 1596-cı ildə Ədirnə qazısı, ardından Anadolu başqazısı seçilmişdir. Atasının şeyxülislamlığı dönəmində İstanbul qazısı kimi fəaliyyət göstərmişdir. Böyük qardaşı Xocasadəttinzadə Mehmed Çələbi Əfəndinin şeyxülislam olması ilə Anadolu başqazılığına geri qaytarılsa da, qardaşının vəfatı ilə bu vəzifəsindən azad edildi. Ardından həccə getdi və qayıtdıqdan sonra Rumeli başqazısı seçildi.

Qardaşının vəfatının ardından onun yerinə şeyxülislam seçildi. Bu vəzifədə ikən önəmli siyasi hadisələr baş verdi. I Mustafanın taxta çıxarılmasında və yenidən endirilməsində önəmli rol oynamışdır. Dövlət işlərinə müdaxiləsi səbəbilə II Osmanla münasibətləri korlandı. Qızı Aqilə Xanımın padşahla evlənməsinə qarşı çıxsa da, buna mane ola bilmədi. Qohumluq əlaqəsi olmağına baxmayaraq II Osmanın yeritdiyi siyasətə qarşı çıxdı. Bir sultanın həcc ziyarətinə getməyinin şəriət qanunlarına zidd olduğunu izah etsə də, gənc sultan onu dinləmədi. Buna görə də II Osman əleyhinə çıxan üsyanlar əsnasında üsyançıların istədiyi fətvaları vermişdir.[1]

II Osmanın vəfatının ardından I Mustafanın yenidən taxta keçməsinə qarşı çıxsa da, mane ola bilməmiş, bu səbəblə 21 may 1622 tarixində vəzifəsindən öz istəyilə ayrılmışdır. Bundan bir il sonra IV Murad dönəmində vəzifəsinə geri qayıtmışdır. 22 may 1625 tarixində vəfat etmiş, cənazəsi atasının türbəsinə dəfn edilmişdir.

Şeyxülislam Bostanzadə Mehmed Əfəndinin qızı ilə evlənmiş, bu nigahdan 5 övladı dünyaya gəlmişdir:

  1. TDV İslam Ansiklopedisi, cilt: 11, sayfa: 340