Yens Ferdinand Villumsen | |
---|---|
Doğum tarixi | 7 sentyabr 1863[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 4 aprel 1958[3][1][…] (94 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | rəssam, heykəltaraş, fotoqraf, memar, qrafika ustası[d], keramikaçı |
Təhsili |
|
Janr | portret |
Stillər | Pont-Aven məktəbi, simvolizm[5] |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Yens Ferdinand Villumsen (dan. Jens Ferdinand Willumsen, 7 sentyabr 1863, Kopenhagen — 4 aprel 1958, Kann) — danimarkalı rəssam, simvolizmin nümayəndəsi. İncəsənət karyerasının böyük bir hissəsi Fransada keçmişdir, burada Ferdinand Pol Qogen ilə tanış olmuş və Pont-Aven məktəbinə daxil idi.
Villumsen 1863-ci ildə Kopenhagendə anadan olmuş, 1881-ci ildən 1885-ci ilə qədər İncəsənət akademiyasında təhsil almışdır. 1879-1882-ci illərdə Kopenhagen Texniki Məktəbində memarlıq kursuna qatıldı. Akademiyanı bitirdikdən sonra Jan-Fransua Rafaelli stilində təbiət kompozisiyaları yazmağa başladı [6].
1890-ci ildə Villumsen Bretan şəhərində Pol Qogen ilə tanış olur, Qogen rəssamın estetik prinsiplərinə əhəmiyyətli dərəcədə təsir göstərmişdir. O, Pont-Aven məktəbinə yaxın bir stildə rəsm çəkməyə və bu dövrdə çoxlu avtoportret, keramika ilə məşğul olmağa başladı. Pol Serüzye vasitəsi ilə Villumsen Nabi qrupu ilə daha da yaxınlaşdı və Odilon Redonun, Feliks Vallotonda həm də onun yaradıcılığına böyük təsir göstərmişdilər.
1892-ci ildə sənətkar Norveçə səyahət etdi və 1893-cü ildə Çikaqoda keçirilmiş Dünya Sərgisində iştirak etdi. 1891-ci ildə Vilqem Hammerşöy və digər danimarkalı rəssamlar ilə birlikdə sənət dərnəyi Den Frie Udstilling yaradılmışdır. 1894-1895-ci illərdə Parisdə yenidən yaşadı. 1897-ci ildən 1900-cü ilə qədər Vilqem Kopenhagendəki[7] Bing & Grøndhal porselen zavodunun bədii rəhbəri olmuşdur.