Yukio Endo | |
---|---|
遠藤 幸雄 | |
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | |
Doğum tarixi | |
Doğum yeri | Akita,Akita prefekturası |
Vəfat tarixi | (72 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | qida borusu xərçəngi[d] |
Təhsili |
|
Boyu | 1.61m (5 ft 3 in) |
Çəkisi | 58 kg |
İdman növü | Bədii gimnastika |
Vikianbarda əlaqəli mediafayllar |
Yukio Endo(遠藤 幸雄-Endō Yukio; 18 yanvar 1937[1], Akita – 25 mart 2009[2], Tokio[d]) — olimpiya və dünya çempionu olmuş yapon bədii gimnastı. O, 1960-cı il yay olimpiya oyunlarında və 1962-ci ildə Dünya çempionatında qızıl medal qazanan ilk yapon komandasının tərkibində çıxış etmişdir. 1968-ci il yay olimpiya oyunlarında o, ölkəsinin bayraqdarı olmuşdur.[3]
Yukio Endo Yaponiya komandası tərkibində 3 dəfə (1960, 1964, 1968) olimpiya çempionu olmuşdur.[4][5][6] 1964-cü il Yay olimpiya oyunlarında isə fərdi olaraq 2 qızıl medal (paralel qollar və çoxnövçülük) qazanmışdır.[5][7]
Yukio 1962 idman gimnastikası üzrə dünya çempionatında 6 qızıl medal (yer hərəkətləri də daxildir) qazanmışdır və Yaponiya komandası çempionatın birincisi olmuşdur.[8] 1966 dünya çempionatında isə Yukio 2 gümüş medal qazanmış, Yaponiya isə komanda yarışlarında birincilik qazanmışdır.[8]
Yukio Yaponiya çempionatlarında 4 dəfə çoxnövçülükdə qalib gəlmişdir.