Çarlz Barni | |
---|---|
Doğum tarixi | 3 iyun 1930[1] |
Vəfat tarixi | 10 noyabr 2024[2] (94 yaşında) |
İş yerləri | |
Təhsili |
Charles Allen Burney (3 iyun 1930[1] – 10 noyabr 2024[2]) İngilis arxeoloq.Türkiyə və İranda çox sayda arxeoloji qazıntılara rəhbərlik etmişdir. Xüsusilə Anadoluda Urartu Krallığı ilə bağlı aparmış olduğu tədqiqatlarla tanınınır.
Barni 1930-cu ildə anadan olub, İton kollecində və London Kral Kollecində təhsil alıb. Kembric Universiteti məzunudur[3].
Barni 1954–1956-cı illərdə Türkiyədə və sonra İranda arxeoloji tədqiqatlar apararkən eyni zamanda Ankarada İngilis Arxeologiya İnstitutunun əməkdaşı idi.[3]. Barni xüsusilə Urartularla bağlı təqdiqatları ilə tanınan bir arxeoloqdur. 1950[4]-ci illərin ortalarından Van bölgəsinə gedən və 1960-cı ildən 1962-ci illərə qədər Yaniq Təpə, Təbriz, İran ərazisində aparılan qazıntılar zamanı çoxsaylı Urartu ərazilərinin müəyyənləşdiricisi və tədqiqatçısı kimi tanınır. Yaniq Təpə Urmiya gölünün şimal-qərb hissəsində, bölgənin ən böyük yaşayış məntəqələri daxil olmaqla, doqquz mərhələyə malikdir[5][6]. Onun şərəfinə bir çalışma olan A View from the Highlands &c., Peeters tərəfindən 2004-cü ildə nəşr edilmişdir[7]. Barni Anadolu Araşdırmaları və İran: İngilis Fars Araşdırmaları Jurnalı (ing. İran: Journal of the British Institute of Persian Studies)nda məqalələr yazmışdır. Mançestr Universitetinin baş müəllimidir.