Çay xərçəngi | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinifüstü: Sinif: Yarımsinif: Dəstəüstü: Dəstə: Yarımdəstə: Ranqsız: İnfradəstə: Fəsiləüstü: Fəsilə: Cins: Çay xərçəngi |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Çay xərçəngi (lat. Astacus) — heyvanlar aləminin buğumayaqlılar tipinin ali xərçənglər sinfinin onayaqlılar dəstəsinin çay xərçəngləri fəsiləsinə aid heyvan cinsi.
Baş-döş uzunsov-yumurtavari formalıdır. Rostrum nisbətən uzun olub, ucu itidir. Baş-döş zirehində qövsvari şırım aydın görünür, onun qabarıq hissəsi arxaya yönəlmişdir. Həmin şırımdan arxaya 2 dərin olmayan qəlsəmə-ürək şırımları ayrılır. Dişi fərdlərdə ilk 3 cüt ətraflar qısqaclıdır. Birinci cüt ətrafların qısqacı daha iri və kütləlidir.
Cinsin nümayəndələri bütün dünyada şor və sirin sularda geniş yayılmışdır. Su anbarlarında, çaylarda, göllərdə və nohurlarda yaşaya bilirlər. Suyun təmizliyinə tələbkardırlar. İnsanlar tərəfindən qida kimi istifadə edilirlər. Cinsin Azərbaycan faunasında 4, Naxçıvan Muxtar Respublikası faunasında isə bir növü (Uzunbarmaq çay xərçəngi) yayılmışdır.