Çin qoralı

Çin qoralı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Çin qoralı (lat. Naemorhedus griseus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin qoral cinsinə aid heyvan növü. Birma, Çin, Hindistan, Tayland, VyetnamLaos ərazisində yayılmışdır.

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Bu növün nümayəndələri 910–2400 m arası yüksəkliklərdə yayılırlar. Çin ərazisində isə onlara hətta 4100 metr yüksəkliklərdə belə yayılmışdır[3]. 4–12 başdan ibarət olan dəstələr halında yaşayırlar. Yaşlı erkəklər tənha həyat tərzi keçirir. Orta ömür müddəti 15 ildir.

Çəkisi 22–35 kq arasında dəyişir. Yay ayları tükləri qısa və seyrəkdir. Erkəklərdə buynuzun uzunluğu 230 mm, dişilərdə isə 190 mm təşkil edir.

Qış ayları yarpaq, kol və qozalarla, yayda isə otla qidalanır.

Təbii düşmənləri qırmızı canavar, bəbir, vaşaqpələngdir.

Dişilər və erkəklər 3 ilində yetkinləşir. Cütləşmə dövrü sentyabr—oktyabr ayına təsadüf edir. Boğazlıq dövrü 170–218 gün çəkir. May-iyun ayları bala vermə dövrüdür. Əsasən bir bala verirlər.

Saylarının azalması müşahidə edilir. Səbəb isə intensiv ovdur.

  1. Integrated Taxonomic Information System (ing.). 2012.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
  3. "Chinese Goral — Los Angeles Zoo and Botanical Gardens". 2013-08-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-18.