Ölümcül dost

Ölümcül dost
ing. Deadly Friend
Janr Elmi fantastika
Əsas mövzu süni intellekt[3]
Rejissor Ues Kreyven
Prodüserlər Robert Krouford
Patrik Kelli
Robert M. Şerman
Ssenari müəllifləri Roman:
Dayana Henstell
Uyğunlaşdıran:
Brüs Coel Rubin
Baş rollarda Metyu Labortö
Kristi Svenson
Enn Remsi
Çarlz Fleyşer
Operator Filipp H. Feltrop
Bəstəkar Çarlz Börnşteyn
Rəssam Maykl Eliott
İstehsalçı Warner Bros.
Distribütor Warner Bros., Netflix
İlk baxış tarixi ABŞ 10 oktyabr 1986
Argentina 11 dekabr 1986
Avstraliya 1 yanvar 1987
Almaniya 12 fevral 1987
Fransa 21 yanvar 1987
Yaponiya 28 fevral 1987
Finlandiya 27 mart 1987
Portuqaliya 13 fevral 1987
İspaniya 27 noyabr 1987
Filmin növü Qorxu filmi
Müddət 92 dəqiqə
Gəlir $ 8,988,731 milyon[1][2]
Ölkə ABŞ ABŞ
Dil İngilis dili
İl 1986
Rəng Rəngli
IMDb ID0090917

Ölümcül dost (ing. Deadly Friend) — 1986-cı ildə ABŞ-də istehsal olunmuş və Dayana Henstellin "Dost" romanının əsasında çəkilmiş elmi fantastika filmidir. Film "Frankenşteyn" filmlərinin yenisinə bənzəyir. Bu film Ues Kreyvenin Qarağac küçəsində qarabasma filmindən sonra çəkdiyi ən yaxşı filmidir. Filmdə robotun səsini "Qarağac küçəsində qarabasma" filmində Həkim Kinq rolunu canlandıran Çarlz Fleyşer səsləndirir.[4]

Seçilmiş sitatlar

[redaktə | mənbəni redaktə et]

Filmin seçilmiş sitatları[5] aşağıdakılardır:

  • O sənsiz yaşaya bilmir (ing. She can't live without you)
  • Bəzi insanlara yalnız ölmək yaxşıdır (ing. Some people are just better off dead)
  • Kim qonşuluqdakı qızla oynayır, orada sağ qalan yoxdur (ing. There's no one alive who'll play with the girl next door)
  • Auditoriyada sizi tutan zaman dostunuzu əvvəlcədən götürün! (ing. Grab A Friend before someone in the audience grabs you!)
  • Qarabasmaların hamısı heç də Qarağac küçəsində baş vermir (ing. Not all nightmares happen on Elm Street)

Filmin əvvəlində küçə oğrusu maşına girmək istəyir. Lakin onu robot əli boğmağa başlayır. Oğru geri qaçır və yandan maşına pərişan halda baxır. Bu zaman Pol və anası maşına daxil olur. 15 yaşlı Pol Konvey (Metyu Labortö) universitetin ən yaxşı tələbəsidir. Polun BB (Bi-Bi) adında robotu vardır. Bu robot Polun ən yaxın dostudur. Bir müddət keçdikdən sonra Pol Samanta (Kristi Svenson) adlı qıza aşiq olur. Pol, Samanta və Slaym günlərinin çoxunu əyləncələrlə keçirirlər. Onlar Samantanı qısaca "Sem" çağırırlar. Dostlar Elvira Parker (Enn Remsi) adında qocaya nifrət edirlər. Ona görə ki, qoca arvad cavan dostları həmişə təhqir edir. Məhz onların oyun topu qocanın həyətinə düşəndə, qoca topu öz evinə qoyur. Bir gün Hellouin bayramı gecəsində dostlar toplarını geri qaytarmaq niyyətinə düşürlər. Lakin qoca yuxudan oyanır və əlinə silahını götürür. Bu zaman Polun robotu söndürməsinə baxmayaraq Bi-Bi sıradan çıxaraq qəflətən qocanın üzərinə hücum edir. Elvira ona bir neçə dəfə atəş açaraq, onu məhv edir. Bu hadisədən dostlar çox pərişan olurlar.

Bir gün Polun sevdiyi qız Samanta evə qayıdan zaman əvvəldə olduğu kimi atasının hücumuna məruz qalır. Lakin bu dəfə Samanta atası tərəfindən öldürülür. Bundan xəbər tutan Pol dərhal xəstəxanaya gəlir. Xəstəxanada olan zaman eşidir ki, Samantanı xilas etmək mümkün deyil. Ona görə ki, onun beynini bir neçə saat keçdikdən sonra kompüterdən ayıracaqlar. Bunu eşidən Pol Slaymın yanına gələrək, onun maşınını istəyir. Slaym əvvəlcə razı olmasa da, sonra onunla razılaşır. Pol gizlincə olaraq xəstəxanaya daxil olur. Pol Samantanın bədənini Slaymın maşınında qaçırır. Gecə vaxtı Pol onun üzərində əvvəldə olduğu kimi eyni eksperimenti aparır. Onun beyninin üzərinə çip qoyur. Bu zaman Samantanın ayağı tərpənir. Slaym bundan heyrətlənərək huşunu itirir. Lakin sonra Pol onu ayıldır. Artıq Samanta dirilmişdir. Pol onu Bi-Bi-ni idarə etdiyi pultla idarə etməyə başlayır.

Lakin robotun çatışmazlığı var idi. Bu çatışmazlıq özünü qızda da göstərir. Samantanın yavaş-yavaş huşu yerinə qayıdır. Onun atası tərəfindən necə döyüldüyü, Elviranın Bi-Bi-ni necə məhv etdiyi yadına düşür. Çünki, Samanta artıq yarı Samanta, yarı Bi-Bi robotdur.

Samanta atasının yaşadığı evə gəlir. Bundan qorxan atası qaçmağa başlayır. Lakin Samanta onu boğaraq içində alov olan yerə atır. Pol səhər tezdən Samantanın qaçdığını başa düşür. Onun dalınca bir neçə saat qaçdıqdan sonra bir evdən qara tüstü çıxdığını görür. Pol evə daxil olan zaman Samantanın atasını alov içində meyitini görür. Pol onu kömür olan yerə qoyur və Samantanı yenidən evinə aparır. Pol gecə vaxtı yuxusunda çarpayının içindən Samantanın atasının necə çıxdığını görür. Pol onun yanmış kəlləsini görərək qışqırmağa başalayır. Ayılan zaman Pol bunun bir yuxu oldğunu başa düşür.

Lakin bununla iş bitmir. Samanta qoca arvadı öldürmək niyyətindədir. Samanta qocanın evinə daxil olur. Bundan şübhələnən qoca polislərə zəng edir. Lakin polislər bunun yalan olduğunu fikirləşirlər. Bu zaman Samanta qocanın üzərinə hücum edir. Qocanın ona müqavimət göstərməsinə baxmayaraq, Samanta onun kəlləsini həmin basketbol topu ilə partladır. Bunu görən polislər vahiməyə gəlirlər. Pol isə bunun Samantanın etdiyini başa düşür.

Artıq Slaym bütün bunlara dözə bilmir. Polislərə zəng etmək niyyətindədir. Pol onunla mübahisə etməyə başlayır. Bu mübahisədə Slaym burnundan zədə alır. Samanta isə qaçmağa başlayır. Pol onun ardınca gedir. Pol yolda əvvəldə onu ələ salmağa çalışan, lakin buna icazə verməyən Bi-Bi robotunun qorxutduğu adamla rastlaşır. Həmin adam Polu döyməyə başlayır. Lakin buna Samanta icazə vermir. Bu zaman polislər də Samantanın izinə düşmüşdür. Samanta Polu döymək istəyən adamı polis maşınına çırpır. Samanta evinə qaçmağa, Pol isə onu yenidən izləməyə başlayır. Pol ona yetişən zaman polislər də onlara çatırlar.

Bu müddətdə Samanta insan kimi düşünməyə başlayır. Samanta Polun polislər tərəfindən saxlanıldığını və polislərin ona silah tuşladıqlarını görür. Samanta onların üzərinə hücum edir. Pol ona yetişə bilmir. Bu zaman Samanta polislərin başçısı tərəfindən güllə ilə vurulur və yerə yıxılır. Samanta ölür.

Filmin sonunda həkimlər tərəfindən Samantanın ölü bədəni buz olan yerə qoyulur. Bu zaman Pol yenidən gizlincə peyda olur. Pol onun bədənini ikinci dəfə qaçırmağı qərara alır. Lakin artıq Samantanın beyni ölüdür. Onun bədənini robot idarə edir. Robot Samantanın bədənindən çıxaraq Polu boğur və onu öldürür.

Aktyor/aktrisa Rol Orijinal rolun adı Qeydlər
Metyu Labortö Pol Konvey ing. Paul Conway Əsərin baş qəhrəmanı
Kristi Svenson Samanta Prinq ing. Samantha Pringle Polun sevdiyi qız
Enn Remsi Elvira Parker ing. Elvira Parker Tələbələri cana gətirən qoca arvad
Maykl Şarett Tom "Slaym" Tumi (Polun dostu) ing. Tom 'Slime' Toomey Polun ən yaxın dostu
Çarlz Fleyşer BB robotun səsi ing. BB BB robotunun səsini çıxardır
Enn Tvumey Cini Konvey ing. Jeannie Conway Polun anası
Riçard Markus Harri Prinql ing. Harry Pringle Samantanın atası
Rus Marin Həkim Coanson ing. Dr. Johanson Həkim
Cim İşida Həkim ing. Dr. Filmin sonundakı Yapon həkim
Li Pol Serjant Volçek ing. Lee Paul Filmin sonunda Samantanı atəşlə vuran polis
Nensi E. Barr Robot ing. BB Filmin sonunda Samantanın üzü əriyəndə (həmin üzlü adam)

Alternativ versiyalar

[redaktə | mənbəni redaktə et]

Warner Bros. kompaniyasl 25 sentyabr 2007-ci ildə DVD-də filmin alternativ və kəsilmiş hissələrini istehsal edib. Filmin alternativ versiyaları[6] aşağıdakılardır:

  • Film ilk dəfə Kanadanın Ontario şəhərində göstərilən zaman Samantanın Elviraya vurduğu "Basketbol ölümü" adlanan səhnəsi göstərilmişdir.

Filmin kəsilmiş hissələri:

  • İlk versiyaya görə, Pol Samantanın atasından fikirləşəndə, onun atasının bütün yanmış bədənini görür. Lakin son versiyaya görə, Samantanın atasının bütün bədəni yox, yalnız yanmış başı göstərilmişdir.
  • Samanta atası ilə mübahisə edən zaman güldanı sındıran zaman üzü böyük planda qanla göstərilir.
  • Pol Samantanın bədəninin baş hissəsini çıxaran zaman üzünün skeletləri görsənməyə başlayır.
  • "Basketbol ölümü" adlanan qəmgin səhnə nisbətən böyük planda göstərilmişdir ki, beyinin divara dağılmış bütün hissələri görsənsin. Qan Samantanın üzünə tökülür.

Filmin bütün kəsilmiş hissələri, VHS formatı və filmin rejissor versiyası Avstraliyada göstərilmişdir.

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]
  • Filmin sonuna yaxın Samanta Polu döymək istəyən adamı başı üzərinə qaldırarkən, gözucu görmək olar ki, həmin adam nəyinsə üzərində qalıb.[7]
  • Film çəkilən zaman Ues Kreyven həyat yoldaşından Mimi Kreyvendən ayrılmışdır.

Filmin mükafatları[8] aşağıdakılardır:

İl Mükafat Layiq görülüb Kateqoriya Nəticə
1985 Cavan Aktyor Mükafatı Maykl Şarett Qorxulu Hərəkət Filmində Ən Yaxşı Cavan Aktyor mükafatı Namizəd
1985 Cavan Aktyor Mükafatı Kristi Svenson Qorxulu Hərəkət və Drama Filmində Favarit Yeniyetmə mükafatı Namizəd

Filmin musiqiləri Çarlz Börnşteynnə məxsusdur. 2007-ci ildə DVD-də çıxan zaman filmin saundtreklərinə yeni "Interview with Charles Bernstein and Wes Craven" adlı saundtreklər toplusu əlavə olunub. Topluya daxil olan saundtreklər Çarlz BörnşteynUes Kreyvenin müsahibə zamanı səslənirdi.[9][10]

Orijinal saundtrek

[redaktə | mənbəni redaktə et]
Treklərin siyahısı
BaşlıqMüddət
1."Main Title"2:34
2."Paul & Samantha"1:03
3."BB's Happy Time"1:24
4."Sam Moves"1:15
5."Paul the Genius"1:39
6."Dark Possibilities"3:00
7."Basketball Game"0:49
8."Deadly Moment"1:07
9."Neighbors"0:42
10."Metal Mental"1:28
11."BB's Chant"1:41
12."Murderously Yours"1:26
13."What's Up?"1:19
14."Sam's Revenge"0:43
15."Grab Bag"2:15
16."Hypertensions"1:35
17."Bad Company"1:31
18."Stealth"1:12
19."Lasting Effects"1:20
20."Inner Workings"1:28
21."End Credits"2:03
22."BB's Chant "Where Are You Tonight?""2:09
Ümumi müddət:35:32

Əlavə olunmuş yeni saundtreklər

[redaktə | mənbəni redaktə et]
Treklərin siyahısı
BaşlıqMüddət
1."How Charles Got The Film"1:58
2."Lullaby Theme"2:25
3."Alternate Ending"1:19
4."Scoring The Film"7:14
5."Musical Background"1:50
6."Recording The Score"4:53
7."Themes"5:45
8."Inspiration"6:48
9."Current And Future Projects"2:21
10."Sign Off"0:17

Ölkələrdə çıxış tarixi və adı

[redaktə | mənbəni redaktə et]
Ölkə Çıxış tarixi Adı Dil
Azərbaycan Azərbaycan Rəsmi çıxış tarixi yoxdur Ölümcül dost Azərbaycan dili
ABŞ ABŞ 10 oktyabr 1986 Deadly Friend İngilis dili
Argentina Argentina 11 dekabr 1986 Obsesión fatal İspan dili
Almaniya AFR 12 fevral 1987 Der tödliche Freund Alman dili
Avstraliya Avstraliya 1 yanvar 1987 Deadly Friend İngilis dili
Fransa Fransa 21 yanvar 1987 L'amie mortelle Fransız dili
Braziliya Braziliya 30 aprel 1987 A Maldição de Samantha Portuqal dili
Böyük Britaniya Böyük Britaniya Rəsmi çıxış tarixi yoxdur Deadly Friend İngilis dili
Polşa Polşa Rəsmi çıxış tarixi yoxdur Przyjazn na smierc i zycie Polyak dili
İtaliya İtaliya Rəsmi çıxış tarixi yoxdur Dovevi essere morta İtalyan dili
Finlandiya Finlandiya 27 mart 1987 Skräcket som granne Fin dili
İspaniya İspaniya 27 noyabr 1987 Amiga mortal İspan dili
Sloveniya Sloveniya Rəsmi çıxış tarixi yoxdur Smrt po smrti Sloven dili
Macarıstan Macarıstan Rəsmi çıxış tarixi yoxdur Halálos barát və ya Ösztöndíjjal a pokolba Macar dili
Rusiya Rusiya Rəsmi çıxış tarixi yoxdur Смертельный друг Rus dili
Türkiyə Türkiyə Rəsmi çıxış tarixi yoxdur Ölümcül arkadaş və ya Öldüren Sevgili[11] Türk dili
Yaponiya Yaponiya 28 fevral 1987 デッドリー・フレンド Yapon dili
Meksika Meksika Rəsmi çıxış tarixi yoxdur Obsesión fatal İspan dili
Kanada Kanada Rəsmi çıxış tarixi yoxdur L'amie mortelle (fransızca) İngilis dili
Serbiya Serbiya Rəsmi çıxış tarixi yoxdur Smrtonosni prijatelj Serb dili
Portuqaliya Portuqaliya 13 fevral 1987 O Amigo Mortal Portuqal dili
Yunanıstan Yunanıstan Rəsmi çıxış tarixi yoxdur Thanasimos filos Yunan dili
Peru Peru Rəsmi çıxış tarixi yoxdur Obsesión fatal İspan dili
İsveç İsveç Rəsmi çıxış tarixi yoxdur Skräcket som granne İsveç dili
Niderland Niderland Rəsmi çıxış tarixi yoxdur Afbeelding gewenst Holland dili
  • Henstell, Diana. "Friend". (New York City, New York, USA), Bantam Books, October 1985, Pg. 323,
  1. Filmin gəliri imdb.com Arxivləşdirilib 2004-10-24 at the Wayback Machine Yoxlanılıb: 27 iyul 2015
  2. Filmin gəliri boxofficemojo.com Arxivləşdirilib 2018-06-27 at the Wayback Machine Yoxlanılıb: 27 iyul 2015
  3. Deadly Friend (ing.). 1986.
  4. "Ölümcül dost filmi". The Numbers. 2014-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 Avqust 2011.
  5. Ölümcül dost filminin seçilmiş sitatları Arxivləşdirilib 2021-10-03 at the Wayback Machine Yoxlanılıb: 24 sentyabr 2014
  6. Ölümcül dost filminin alternativ versiyaları Yoxlanılıb: 24 sentyabr 2014
  7. Ölümcül dost filmi haqqında maraqlı faktlar Yoxlanılıb: 24 sentyabr 2014
  8. Ölümcül dost filminin mükafatları Arxivləşdirilib 2021-10-21 at the Wayback Machine Yoxlanılıb: 24 sentyabr 2014
  9. Ölümcül dost filminin saundtrekləri Arxivləşdirilib 2021-04-13 at the Wayback Machine Movemusic.com saytında, Yoxlanılıb: 24 sentyabr 2014
  10. Ölümcül dost filminin saundtrekləri Arxivləşdirilib 2021-02-18 at the Wayback Machine Diskogs.com saytında, Yoxlanılıb: 24 sentyabr 2014
  11. Ölümcül dost filmin çıxış tarixi və digər dillərdə adı Imdb.com saytında, Yoxlanılıb: 26 sentyabr 2014

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]