iPhone 5S | |
---|---|
Brend | Apple Inc. |
Rəng | boz, Gümüşü |
İstehsalçı | Foxconn |
Şüar | "Progress is a beautiful thing." |
Seriya | 7-ci nəsil |
Mobil şəbəkə | GSM, CDMA, 3G, 4G, EVDO, HSPA+, LTE |
Buraxılış tarixi | 20 sentyabr 2013 |
Sələfi | iPhone 5 |
Xələfi | iPhone 6 / İPhone 6 Plus |
Əlaqəli modellər | iPhone 5C, Apple Watch |
Tip | Ağıllı Telefon |
Ölçüləri |
123,8 mm uzunluq 58,6 mm en 7,6 mm qalınlıq |
Çəkisi | 112 qram |
Əməliyyat sistemi |
Orjinal: iOS 7.0 Yeniləmə: iOS 8.1.2 |
Çip sistemi | Apple A7 prosessor, Apple M7 hərəkət sensoru |
CPU | 1.3 GHz iki nüvəli Apple Cyclone |
GPU | PowerVR G6430 (4x@450 MHz) |
Operativ yaddaş | 1024 MB, LPDDR3 RAM |
Yaddaş | 16, 32, 64 GB |
Batareya | 1560 mAh (5.92 Whr) |
Ekran | 1136x640 piksel, 326 ppi, 4 inç Retina Ekran |
Arxa kamera | 8 meqapiksel, iSight |
Ön kamera | 1.2 meqapiksel, iSight |
Bağlantı | Bluetooth 4.0, Wi‑Fi 802.11a/b/g/n |
SAR | 1.19 W/kg |
Veb səhifə | iPhone 5S |
iPhone 5S - Apple şirkətinin istehsal etdiyi 7-ci nəsil smartfon.
iPhone 5S smartfonunun korpusu şüşə və alüminiumdan hazırlanıb. Sözügedən ağıllı telefon qara, gümüş və qızıl rəngli korpuslarda tədarük edilib. Smartfonun əsas özəlliklərindən biri dünyada ilk dəfə olaraq Touch ID adlanan barmaq izi skanerini dəstəkləyən telefon olması və eləcədə dünyanın ilk 64 bit memarili Apple A7 prosessoru ilə təchiz olunmasıdır. Aparatda fotosessiya və 1080p (30 fps) formatında videoçəkiliş funksiyaları mövcuddur.
iPhone 5S batareyasının tutumu 3G şəbəkələrində 10 saatlıq danışıq, 40 saatlıq musiqi səslənməsi, LTE şəbəkələrində 10 saatlıq internet sörfinq üçün kifayətdir.[1] ABŞ-də abunə müqaviləsi ilə satılan 16 giqabaytlıq yaddaşa malik iPhone 5S-in qiyməti 199 dollar, 32 giqabaytlıq 299 dollar, 64 giqabaytlıq isə 399 dollardır.[2] Smartfonda ən bahalı detal displeydir. iPhone 5S-in displeyi Apple korporasiyasına 41 dollara başa gəlir.[3]
iPhone model siyahısı |
---|
|