İynəbalıqları

İynəbalıqları
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
Ranqsız:
Dəstəüstü:
Fəsiləüstü:
Fəsilə:
İynəbalıqları
Beynəlxalq elmi adı

İynəbalıqları (lat. Syngnathidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin i̇ynəbalığıkimilər dəstəsinə aid heyvan fəsiləsi.

Uzunsov bədəni yoğun iynə şəklindədir. Xarici skeleti vardır. Bədəni sümük həlqələrlə örtülüdür. Kiçik uzunsovşəkilli balıqlardır. Rostrumu uzunsov boru şəklindədir. Ağzı kiçik və dişsizdir. Bel üzgəci bir ədəd olub tikansızdır. Quyruğu uzundur, quyruq üzgəci kiçik və ya formalaşmamışdır. Dənizlərdə və okeanlarda yaşayan bir çox cinsləri və növləri vardır. Qarın üzgəcləri yoxdur. Azərbaycanda bir cins yaşayır. Dəniz iynəbalıqları cinsinin bel, anus və döş üzgəcləri vardır. Bel üzgəci anus dəliyi üstündə və ya azca qabaqda başlayır. Quyruq və anus üzgəcləri çox kiçikdir. Bədəni uzunsov və çox nazikdir, en kəsiyi altıbucaq və ya yeddibucaq şəklindədəir. Döş qurşağının, hər iki yarısı sümük lövhəciyi ilə hərəkətsiz birləşmişdir, bəzilərində isə bu hissələr birləşmir və aşağıdan hərəkətli olur. Yumurta hüceyrəsi quyruq hissəsində yerləşir, hüceyrələrin üzəri örtük-lövhəciklərlə mühafizə olunmuşdur. Bütün dənizlərdə yaşayan 50-yə qədər növü vardır. Bunlardan Qara dəniz hövzəsində 5, Xəzərdə isə 1 yarım növ yaşayır.[3]

  1. Integrated Taxonomic Information System (ing.). 2004.
  2. Eschmeyer W., Fong J. D. “Pisces”. // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness / red. Z. Zhang 2011. C. 3148, burax. 1. S. 26–38. ISBN 978-1-86977-849-1, 978-1-86977-850-7
  3. Abbasov H.S ,Hacıyev R.V.İxtiologiya. Bakı,2007,səh 331.