Buzeu

Buzeu
Buzău
Gerb
Gerb

45°09′06″ şm. e. 26°49′00″ ş. u.HGYO


Ölkə Ruminiya
Tarixi və coğrafiyası
Sahəsi 81.3 km2 km²
Hündürlük
95 ± 1 m
Saat qurşağı EET (UTC+2)
Əhalisi
Əhalisi 115,494 nəfər (2011)
Əhalinin sıxlığı 1,333/km2 nəfər/km²
Rəqəmsal identifikatorlar
Telefon kodu (+40) x38
Poçt indeksi 12xxxx
Avtomobil nömrəsi BZ
Rəsmi sayt
Buzeu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Buzeu (Buzău) — Rumıniyanın cənub-şərqində şəhər.

Əhailisi 108,4 min (2011).

Buzeu judetinin (qəzasının) inzibati mərkəzidir. Aşağı Dunay ovalığında, Şərqi Karpat dağlarının cənub ətəklərində, Buzeu çayı (Siret çayının qolu) sahilindədir. Nəqliyyat qovşağıdır.

1431-ci ildən məlumdur. 1516-cı əsrlərdə Munteniyanın mühüm ticarət və sənətkarlıq mərkəzi kimi inkişaf edirdi. 1504-cü ildən yepiskopluğun mərkəzidir (1617-ci əsrlərə aid yepiskoplar iqamətgahı kompleksi saxlanılmışdır).

Banu monastırı (1571), 17–19 əsrlərə aid kilsələr, İctimai saray (18991903), bələdiyyə binası (1930), M. Eminesku adəna kollec (1919), Diyarşünaslıq muzeyi, C. Çiprian teatrı (1995) var.

Qara metallurgiya (metal profillər, məftil istehsalı; “Metalurcika-Buzeu” zavodu), maşınqayırma (kənd təsərrüfatı maşınları, sənaye və dəmiryol avadanlıqları), kimya (plastik kütlə, polietilen, polivinilxlorid və s.; kömür süzgəcləri – “Romkarbon” zavodu), yüngül, yeyinti (o cümlədən şəkər) sənayesi müəssisələri fəaliyyət göstərir; pivə istehsalı, şüşə zavodu var; tikinti materialları istehsal edilir. İES var. Buzeu rayonunda neft və liqnit hasil olunur.[1]

  1. Buzeu// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 137-138.