Canet Caqan | |
---|---|
ing. Janet Rosenberg Jagan | |
| |
prezident | |
19 dekabr 1997 – 11 avqust 1999 | |
Əvvəlki | Sam Hinds |
Sonrakı | Bharrat Cardeo |
Şəxsi məlumatlar | |
Doğum adı | Janet Rosalie Rosenberg |
Doğum tarixi | |
Doğum yeri | Çikaqo, ABŞ |
Vəfat tarixi | (88 yaşında) |
Vəfat yeri | Belem, Braziliya |
Vəfat səbəbi | ürək-damar xəstəliyi[d] |
Dəfn yeri | |
Təhsili |
|
Fəaliyyəti | yazıçı, uşaq ədəbiyyatı yazıçısı, siyasətçi, tibb bacısı |
Həyat yoldaşı | Çeddi Caqan |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Canet Rozali Caqan (ing. Janet Rosenberg Jagan) (20.10.1920, Çikaqo – 28.3.2009, Belem, Braziliya) — Qayana dövlət və siyasi xadimi, Qayana prezidenti.[1]
Detroyt və Ueyn Universitetlərində təhsil almışdır. 1943-cü ildə Ç.B. Caqana ərə getdikdən sonra Britaniya Qvianasına köçmüşdür. Ərinin stomatoloji klinikasında tibb bacısı işləmişdir. Qadın hüquqları uğrunda mübarizə aparmış, 1946-cı ildə Qadınların iqtisadi və siyasi təşkilatının yaradılmasında iştirak etmiş, 1953-cü ildə Mütərəqqi qadın təşkilatının rəhbəri olmuşdur. 1950-ci ildə əri ilə birlikdə Mütərəqqi Xalq Partiyasını (MXP) təsis etmişdir (1970-ci ilə qədər onun baş katibi olmuşdur).[1]
1957–61-ci illərdə əmək, səhiyyə və mənzil təsərrüfatı naziri, 1963–64 illərdə daxili işlər naziri vəzifələrində çalışmışdır. 1976–97-ci illərdə Milli assambleyanın deputatı idi. 1970–97-ci illərdə Qayana jurnalistlər ittifaqının prezidenti, 1973–97-ci illərdə MXP-nin mərkəzi orqanı olan “Mirror” qəzetinin redaktoru olmuşdur. 1993-cü ildə bir neçə ay BMT yanında Qayananın daimi nümayəndəsi vəzifəsini icra etmişdir. 1997-ci ilin aprelində baş nazir təyin edilmiş, həmin ilin dekabr ayında ölkənin prezidenti seçilmişdir. Lakin ABŞ-də doğulmuş ağdərili qadının prezident olması ilə barışmayan müxalifət onun istefası tələbi ilə kütləvi çıxışlar törətmişdir. Caqanın 1998-ci ilin dekabrında yenidən prezident seçilməsi ölkədə siyasi gərginliyi daha da artırmışdır. Caqan 1999-cu il avqustun 8-də səhhəti ilə əlaqədar vaxtından əvvəl istefa vermişdir.[1]