Günəş İmperiyası | |
---|---|
ing. Empire of the Sun | |
Janr | dram |
Əsas mövzu | İkinci dünya müharibəsində Sakit okean cəbhəsi, aviasiya, İkinci Dünya müharibəsi |
Rejissor | Stiven Spilberq |
Prodüserlər |
Stiven Spilberq Ketlin Kennedi Frenk Marşal |
Əsərin müəllifi | Ceyms Ballard |
Ssenari müəllifi | Tom Stoppard |
Baş rollarda |
Kristian Beyl Con Malkoviç Miranda Riçardson |
Operator | Allen Davio |
Bəstəkar | Con Vilyams |
İstehsalçılar |
Warner Bros. Amblin Entertainment |
Distribütor | Warner Bros., Netflix |
İlk baxış tarixi | 1987, 10 mart 1988[1] |
Müddət | 154 dəq., 152 dəq. |
Büdcə | 38 000 000 $ |
Ölkə | ABŞ |
Dillər |
Ingilis Yapon Çin |
İl | 1987 |
Rəng | rəngli[d] |
Çəkiliş yeri | Hartfordşir |
IMDb | ID0092965 |
"Günəş İmperiyası" (ing. Empire of the Sun) — Ceyms Ballardın eyniadlı avtobioqrafik romanı əsasında çəkilmiş Stiven Spilberqın dram filmi.
Ceymi (Cim) Qrem adlı ingilis oğlan varlı ailəsi ilə Şanxay Beynəlxalq İmtiyaz Bölgəsində yaşayır. Yaponiya Çinə hücum edir və Cim girov düşərək, Yaponiyanın konsentrasiya düşərgəsinə göndərilir.
"Warner Bros." film adaptasiyasının hüquqlarını əldə etdikdən filmin rejissorunun Harold Beker, prodüseri isə Robert Şapiro olması planlaşdırılmışdı. Ssenarinin birinci qaralamasını Tom Stoppard yazmışdı və Ballard həmçinin onun yazılışında iştrak edirdi. Beker layihəni tərk etdikdən sonra Devid Lin onu rejissor kimi, Spilberq isə prodüser kimi əvəz etmişdir. Lakin təxminən bir ildən sonra Lin rejissor kreslosunu da Spilberqa vermişdir. Spilberqın sözlərinə görə, o, Ballardın kitabını oxuduqdan bəri bu filmin rejissoru olmaq istəyirdi. Uşaqlıqda Spilberqin ən sevdiyi film Lin tərəfindən çəkilmiş "Kvay çayı üzərindən körpü" idi. Həmin filmin məzmunu da hərbi əsirlər üçün nəzərdə tutulmuş Yaponiya konsentrasiya düşərgəsində baş verirdi. Spilberqın İkinci Dünya müharibəsi və o dövrün aviasiyası ilə maraqlanması atasından qaynaqlanırdı. Atası İkinci Dünya müharibəsi zamanı Çin-Birma cəbhəsində North American B-25 Mitchell bombardmançı təyyarəsində radioçu kimi xidmət etmişdir.[2]
Kastinq zamanı Ballard hiss edib ki, Kristian Beyl ona eyni yaşda oxşar idi.[3] O zaman, Beylin 12 yaşı var idi. Artıq onunla birlikdə bir filmdə çəkimiş Emi İrvinq o zaman Stiven Spilberqın həyat yoldaşı idi və bu rol üçün Beyli Spilberqə o tövsiyyə etmişdi. Həmin rol üçün kastinqdə dörd mindən çox uşaq iştrak etmişdi.[4]
Film 11 dekabr 1987-ci ildə məhdud şəkildə, daha sonra isə Milad günü geniş şəkildə buraxılmışdı. Film Şimali Amerikada 22,24 milyon dollar,[5] digər ölkələrdə isə 44,46 milyon dollar qazanaraq, ümumən 66,7 milyon dollar qazanmışdı. Filmin əldə etdiyi gəlir büdcəni üstələsə də, Stiven Spilberq əldə olunan nəticədən məyus olmuşdur.[6][2]
Ballardın filmə reaksiyası müsbət idi. O, xüsusi ilə Beylin oyunu ilə razı qaldı.[3]