Kandidu Portinari

Kandidu Portinari
Candido Portinari
Kandidu Portinari 1936-cı ildə (ən solda)
Kandidu Portinari 1936-cı ildə (ən solda)
Doğum adı Candido Portinari
Doğum tarixi
Doğum yeri Brodovski, Braziliya Braziliya.
Vəfat tarixi (58 yaşında)
Vəfat yeri Rio de Janeyro, Braziliya Braziliya
Vəfat səbəbi xərçəng xəstəliyi
Milliyyəti braziliyalı
Vətəndaşlığı Braziliya Braziliya
Fəaliyyəti rəssam, siyasətçi, boyakar[d]
Təhsili ENBA
Stil neo-realizm
Tanınmış işləri "Qurunun kəşfi"
"Müharibə və Sülh"
Mükafatları "Mədəniyyət xidmətlərinə görə" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kandidu Portinari (29 dekabr 1903, Brodovski - 6 fevral 1962, Rio de Janeyro) - Braziliya rəssamı.

Kandidu Portinari İtaliyadan köçüb gələn ailənin oğlu kimi 29 dekabr 1903-cü ildə Braziliyanın Sao Paulo şəhərinin yaxınlığında yerləşən qəhvə sənayesi bölgəsi olan Brodovskidə anadan olmuşdur.

"Qurunun kəşfi" (1941)

Rio de Janeyroda incəsənət akademiyasında təhsil aldıqdan sonra 1928-ci ildə qızıl medal ilə təltif edilərək Parisə səyahət etmək imkanı qazanmışdır. 1928-1930 illərində Parisdə qalan rəssam 1930-cu ildə Braziliyaya qayıtmışdır.

Növbəti illərdə o, Braziliya Kommunist Partiyasına üzv olmuş və 1947-ci ildə senat seçilmişdir. Amma kommunistlərə qarşı aparılan işlər nəticəsində Uruqvaya sığınmağa məcbur olmuşdur. 1951-ci ildə yenidən Braziliyaya qayıtmışdır. Həyatının son illərində bir çox xəstəliklə mübarizə aparmalı olan Portinari 1962-ci ildə istifadə etdiyi keyfiyyətsiz rəsm ləvazimatları səbəbi ilə ölmüşdür.

Rəssamlıq karyerası boyunca əsərlərinin çoxunu memar Oskar Nimeyer ilə birlikdə yaratmışdır. Braziliyanın dörd bir tərəfində əsərləri sərgilənməyə davam edir. Hazırda BMT-nin Nyu Yorkdakı qərargahında "Müharibə və Sülh" adlı rəsm əsərləri də sərgilənməkdədir.