Carmina Burana | |
---|---|
lat. Carmina Burana: Cantiones profanae cantoribus et choris cantandae comitantibus instrumentis atque imaginibus magicis | |
| |
Bəstəkar | Karl Orf |
Forma | kantata |
Premyera | |
Hissələr |
Fortuna Imperatrix Mundi I – Primo vere Uf dem Anger II – In Taberna III – Cour d'amours Blanziflor et Helena Fortuna Imperatrix Mundi |
Vikianbarda əlaqəli mediafayllar |
Boyern nəğmələri və ya Karmina Burana (lat. Carmina Burana; tam adı."Carmina Burana: Cantiones profanae cantoribus et choris cantandae comitantibus instrumentis atque imaginibus magicis" - Boyern nəğmələri: Musiqi alətlər və ovsunlu rəsmlərin müşayəti ilə müğənnilər və xor qrupları tərəfindən oxunması üçün sekulyar nəğmələr ) – alman bəstəkarı Karl Orf tərəfindən 1935 – 1936 – cı illərdə bəstələnmiş tetral kantata. Əsərin mövzusu orta əsrlərə aid şeirlər dəsti olan "Carmina Burana"dan götürülüb. Əsərin tam adı belədir: "Carmina Burana: Cantiones profanж cantoribus et choris cantandж comitantibus instrumentis atque imaginibus magicis" (Beuern mahnıları: İfaçıları və xorun musuqi alətləri və sehirli görüntülərlə ifa etməsi üçün). "Carmina Burana", "Catulli Carmina" və "Trionfo di Afrodite" kontataları ilə birgə "Trionfo" adlı dəstin tərkib hissəsidir. Carmina Burananın ən məşhur hissəsi əsəri açılışı və bağlanışında ifa edilən "Fortuna Imperatrix Mundi" ("O Fortuna") hissəsidir.
1934 – cü ildə Orf Carmina Burana əsərinin İohann Andreas Şmeller tərəfindən 1847 – ci ildə yazılmış mətni ilə rastlaşır. Latın və yunan dillərini öyrənən gənc tələbə Maykl Hofmann Orfa "Carmina Burana" toplusuna daxil olan 24 şeirdən hissələri əsərin librettosu üçün seçməyə yardım etmiş və onlardan böyük hissəsi latın dilində, bir hissəsi isə alman dili və qədim Provansal dilində olmuşdur. Seçim geniş mövzu rəngarəngliyini əhatə etməklə XIII əsrdə məşhur olan, XXI əsrdə isə daha çox şans və zənginlik, həyatın keçici təbiəti, Baharın qayıtmasının gətirdiyi əyləncə və zövq, içkinin təhlükəliyi, acgözlülük, qumarbazlıq və şəhvət kimi mövzulardan ibarət idi.
Carmina Burana ilk dəfə 8 iyun, 1937 – ci ildə Frankfurtda, Frankfurt Opera Teatrı tərəfindən (rəhbər: Bertil Vetzelberq, xor Sisilensor, səhnələşdirmə Oskar Volterlin, kostyumlar Oskar Volterlin) ifa edilmişdir. Premyeranın böyük və parlaq uğurundan sonra Orff əsərin yayımlayıcısı olan Skott Müzikə yazırdı: "Mənim yazdığım və sənin yayımladığın hər şey, təəssüf ki, məhv olacaq. Carmina Burana ilə mənim toplanmış əsərlərim başlayır."[1]
Premyeradan sonra, əsər, Almaniyanın müxtəlif bölgələrində dəfələrlə səhnələşdirilmişdir. Nasist rejimi əvvəlcə əsərdəki bəzi şeirlərin erotik məzmunlu olmasına mənfi reaksiya vermiş,[2] lakin sonradan əsərin səhnələşdirilməsinə icazə vermişdir. Əsər həmin dövrdə Almaniyada bəstələnmiş ən məşhur musiqi əsəri olmuşdur.[3] Əsərin məşhurluğu İkinci Dünya Müharibəsindən sonra daha da artmış, 1960 – cı illərdən Carmina Burana dünya klassik musiqi irsinin məşhur nümunəsi kimi təqdim edilməyə başlanmışdır.
Aleks Ross yazırdı ki, "musiqi özü üzərinə heç bir günah götürmədən məşhurlaşmışdı. Onun hissələri yüzlərlə filmlərdə və televiziya əsərlərində istifadə olunmuş və insanlar tərəfindən sevilərək qəbul edilmişdir. Bu isə onun şeytani məzmun daşımadığını sübut edir."[4]
Sonrakı dövrdə Orff əsərin yayımlayıcısına yazdığı məktubda fikirlərini aydın şəkildə izah edərək qeyd edir ki, əsərin "O Fortuna" hissəsinin pop mədəniyətdə istifadəsi və əsərin klassik musiqi konsertlərində səsləndirilməsi, səsyazmalarını nəzərə aldıqda heç bir əsəri bu qədər məşhurlaşmamışdır. ABŞ – da Carmina Burana XX əsr musiqisinin ən məşhur əsərlərindən biri kimi tanınmışdır.
Carmina Burana ümumilikdə iyirmi beş kiçik hissədən ibarət beş böyük hissə şəklində düzənlənmişdir. Orff musiqi parçalarını bir – birinə bağlamaq üçün bütün səhnələrdə "attacca"dan istifadə etmişdir. Kompozisiyanın strukturunun əsasında Çərxi – Fələyin fırlanması ideyası dayanır.
Fortuna Imperatrix Mundi | Fortune, Dünyanın hakimi | ||
1. O Fortuna | Latın | O Fortune | xor |
2. Fortune plango vulnera | Latın | Fələyin açdığı yaralara görə ağlayıram | xor |
I – Primo vere | Yazda | ||
3. Veris leta facies | Latın | Baharın şən üzləri | kiçik xor |
4. Omnia sol temperat | Latın | Hər şey Günəşə səbir edir | bariton |
5. Ecce gratum | Latın | O zaman xoş gəldiniz | xor |
Uf dem Anger | Çəmənlikdə | ||
6. Tanz | Rəqs | instrumental | |
7. Floret silva | Latın/Orta əsr almancası | Meşə gülləri | xor |
8. Chramer, gip die varwe mir | Orta əsr almancası | Tacir, mənə əlvan boyalar ver | xor (kiçik və böyük) |
9. a) Reie | dairəvi rəqs | instrumental | |
b) Swaz hie gat umbe | Orta əsr almancası | Dairəvi rəqs oynayanlar | xor |
c) Chume, chum, geselle min | Orta əsr almancası | Gəl, gəl, mənim əziz yoldaşım | kiçik xor |
d) Swaz hie gat umbe (reprise) | Orta əsr almancası | Dairəvi rəqs oynamağa gedənlər | xor |
10. Were diu werlt alle min | Orta əsr almancası | Əgər bütün dünya mənim olsa | xor |
II – In Taberna | Tavernada | ||
11. Estuans interius | Latın | Coşğun daxil | bariton |
12. Olim lacus colueram | Latın | Bir dəfə göldə üzərkən | tenor, xor (kişi) |
13. Ego sum abbas | Latın | Mən Şlaraffenlanın abbatıyam | bariton, xor (kişi) |
14. In taberna quando sumus | Latın | Biz tavernada olarkən | xor (kişi) |
III – Cour d'amours | Sevgi məhkəməsi | ||
15. Amor volat undique | Latın | Sevgi hər yerə uçur | soprano, kişi xoru |
16. Dies, nox et omnia | Latın/Provansal | Gündüz, gecə və hərşey | bariton |
17. Stetit puella | Latın | Orada qız dayanmışdı | soprano |
18. Circa mea pectora | Latın/Orta əsr almancası | Sinəmdə | bariton, xor |
19. Si puer cum puellula | Latın | Əgər bir oğlan qızla | 3 tenor, bariton, 2 bass |
20. Veni, veni, venias | Latın | Gəl, gəl, gəl dua et | iki xor |
21. In trutina | Latın | Tərəzidə | soprano |
22. Tempus est iocundum | Latın | Zarafat vaxtı | soprano, bariton, kişi xoru |
23. Dulcissime | Latın | Şirin oğlan | soprano |
Blanziflor et Helena | Blanşefluar və Yelena | ||
24. Ave formosissima | Latın | Ən sevimliyə doğru | xor |
Fortuna Imperatrix Mundi | Fortune, Dünyanın hakimi | ||
25. O Fortuna (reprise) | Latın | O Fortune | xor |
Çərxi – Fələyin təsviri "Burana Codex"in birinci səhifəsində meydana çıxır və bu zaman onun ətrafında dörd ifadə yazılır:
"Regnabo, Regno, Regnavi, Sum sine regno" (Mən hökmdar olacam, Mən hökmdaram, Mən hökmdar idim, Mən krallıqsızam).
Səhnələrin hər birində və bəzən də yalnız hansısa parçada Çərxi – Fələk fırlanır, əyləncə və şadlıq aclığa, ümid isə kədərə çevirilir. "O Fortuna" Şmellerin dəstində ilk şeirdir, Orffun kontatasında isə halqanı tamamlayan, mövzunu açan və bağlayan hissədir.
Orff yaratdığı, musiqi, hərəkət və nitqin ayrılmaz şəkildə birləşdiyi dramatik məzmunu "Theatrum Mundi" adlandırmışdır. Bebkuk yazır ki, "Orffun artistik formulu hər səhnədə musiqi ilə sərhədlənir və hərəkətlərlə bağlanır. Carmina Burananın müasir səhnələşdirmələrində Orffun xüsusi planlamasından başqa digər hissələr qısaldılmışdır." Hər halda Carmina Burana konsert zallarında rəqs, xareoqrafiya, vizual dizayn və digər səhnə elementləri ilə birlikdə bir kontata kimi təqdim olunur.
Orffun tərzi nitqi yönləndirmək arzusunu göstərir. Carmina Buranada qısa və ya genişlənməyən klassik duyğu və ploifoniya diqqət çəkici bir şəkildə birləşdirilmişdir. Carmina Buranada "The New York Times"dan Enn Pauers kimi[5] bir çox musiqi tənqidçilərinin də qeyd etdiyi kimi harmonik qarışıqlıqdan kənar durmağa çalışılmışdır.
Orff bu əsəri yazarkən son İntibah və erkən Barokko dövrünün sənətkarları Uilyam Börd və Klaudio Monteverdidən təsirlənmişdir.[6] Lakin bir zamanlar Orffun Carmina Burananın musiqisini nevmatik melodiyalardan təsirlənərək yazması haqqında yanlış fikir yayılmışdır; halbuki "Carmina Codex"in melodiyalarının əksəri nevma ilə daha da zənginləşdirilmiş olsa da, demək olar ki, onlardan heç biri Orfun Carmina Burana əsərini yazması zamanı deşifrə edilməmişdi və Orff əsərinin melodik modelini düzənləyərkən onlardan istifadə etməmişdir.[7][8]
Orffun yaradıcılığındakı parlaq orkestrasiya Stravinski yaradıcılığı ilə fərqi göstərir. Lakin Orffun musiqisi Stravinskinin erkən yaradıcılıq nümunələrindən olan Les noces (Toy) əsərini xatırladır. Orffun istifadə etdiyi ritm, musiqidə tez – tez istifadə edilən elementlərdən biri olmaqla Stravinskinin istifadə etdiyi ritmlə üst-üstə düşür.
Bütünlükdə, Orffun əsəri açıq şəkildə daha sadə və ritmik səslənir, ölçü bir epizoddan digərinə keçərkən dəyişir. Bölümlərdə ritmik tezlik tam şəkildə olduğu halda, ölçü qəfildən beşdən yeddiyə və ya dördə dəyişir. Bu ritmik sabitlik ölçü dəyişikliyi ilə kombinasiyada yaddaqalan hiss – daha çox tez – tez itirilərn qarışıq ritmik hissə təəssüratı yaradır.
Əsərdəki ariyaların bəziləri çox zil səs üçün yazıldığından ifaçılar üçün çətinlik yaradır: məsələn solo tenor ariya, "Olim lacus colueram" personajın xarakterini aydın ifadə etmək üçün (burada, yanan qu quşu) yalnız tam falset səslə ifa edilə bilər. Bariton ariyalarda isə yüksək notlara o qədər də tez – tez toxunulmur, "Dies nox et omnia" ariyasının bir hissəsi isə falset səslə də ifa oluna bilir və bu baxımdan repertuardakı yeganə nümunədi. Eyni zamanda solo soprano aria "Dulcissime" həddən artıq yüksək notları ilə diqqət çəkir. Orff bu ariyanı lirik soprano səs üçün yazmışdır.
Carmina Burana geniş orkestr, xor və solistlərin ifası üçün yazılmışdır:
1956 – cı ildə Orffun düzənləməsi Vilhelm Killmeyer tərəfindən qısaldılmış, qısaldılmış versiyada solistlərin ifası xorun, uşaq xoru, iki piano və altı percussion (timpani + 5) ilə sıxışdırılmış və bu qısaldılmaya Orff özü icazə vermişdi.
Nəfəs alətləri üçün ayarlanma ifaçıların və orkestrın işini yüngülləşdirmək istəyən Xuan Visente Mas Kuiles (d. 1921) tərəfindən həyata keçirilmişdir. Onun ayarlaması ilə əsər Yugen Korporonun rəhbərlik etdiyi Şimali Texas nəfəs alətləri orkestrının ifasında lentə alınmışdır. Bu ayarlamada orijinal xor, zərb alətləri və piano partiyaları saxlanmışdır.[9]
Con Krans tərəfindən konsert qrupunun ifası üçün hazırlanmış versiyada xorun ifası əsərdən çıxarılmışdır.
Orff waren also zur Zeit der Schöpfung der Carmina originale Melodien nicht bekannt. (At the time of writing the Carmina, Orff had no knowledge of the original melodies.)
Die Carmina Burana Carl Orffs versuchen nicht, die überlieferten Melodien zu verwenden. (Carl Orff's Carmina Burana do not attempt to utilise the traditional melodies.)