Kristian Lorenz | |
---|---|
alm. Christian Lorenz | |
Ümumi məlumatlar | |
Doğum adı | Christian Lorenz |
Doğum tarixi | 16 noyabr 1966[1] (58 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi, bəstəkar, söz yazıçısı[d], klaviaturaçı[d] |
Fəaliyyət illəri | 1983-cü ildən |
Janrlar | Neue Deutsche Härte[d], indastrial-metal |
Musiqi aləti | klavişli alət[d] |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Kristian "Fleyk" Lorenz (16 noyabr 1966[1], Şərqi Berlin); almaniyalı musiqiçidir. O, Rammstein qrupunda klaviş ifaçısıdır. Eyni zamanda "Feeling B" qrupundakı rolu ilə də tanınmışdır.
Lorenz ailəsi tərəfindən övladlığa götürülən Flake iki ögey qardaşı ilə birlikdə böyümüşdür. Erkən yaşlarında pianoya ilk uşaqlıq dostlarından biri piano ifa edə bildiyi üçün maraq göstərmşdir. Ailəsi onu musiqi məktəbinə göndərmişdir. 15 yaşında ad gününde 100 Marka aldıqları pianonu hədiyyə etmişdilər. Hal hazırda böyüdüyü Prenzlauer Berg'də yaşayır, hətta qrup məşqlərinə gedərkən hər gün köhnə məktəbinin önündən keçir.
Uşaqlıqda qəzet paylayan işləmişdir. Əslində həmişə cərrah olmaq istəmişdir, ancaq hərbi xidməti rədd etdiyi üçün ali təhsilinə icazə verilməmişdir.
Üç qız atasıdır.
1983-cü ildə 17 yaşında Paul Landers ve Aljoscha Rompe ilə "Feeling B" adlı qrupda ifa etməyə başlayır və bu qrupda təqribən 10 il qalmışdır. Bu qrup 90-cı illərin ortalarında fəaliyyətini dayandırmışdır. Amma 2000-ci ildə Rompenin vəfatına qədər özəl fəaliyyətlərdə bir araya gəlmişdir.
1994-cü ildə Till Lindeman, Rixard Kruspe, Oliver Ridel və Kristof Şnayder ilə birlikdə qatıldığı "Berlin Senate Metrobeat" yarışmasında qalib gələrək peşəkar 4 demo musiqi parçası yazma haqqı qazanmışdır. Sonradan Paul Landers və son olaraq özünün qatılması ilə Rammstein yaranmışdr. Əslində əvvəllər qrupa qatılmaq istəmədiyini bildirsə də sonda qrupa qatılma təklifini qəbul etmiş və ilk albomları olan Herzeleid (Ürək ağrısı) üzərində işləməyə başlamışdılar.