Leon Juo | |
---|---|
fr. Léon Jouhaux | |
Doğum tarixi | 1 iyul 1879[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 28 aprel 1954[3][4][…] (74 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | sindikatçı[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Leon Juo (fr. Léon Jouhaux; 1 iyul 1879[1][2][…], XV arondisman[3] – 28 aprel 1954[3][4][…], XII arondisman[3]) — fransız sosialist və Həmkarlar İttifaqı rəhbəri. Beynəlxalq Əmək Təşkilatının qurucularından biridir.
Leon Juo on altı yaşında olarkən kibrit fabrikində işləməyə başlamışdır. Qısa müddət ərzində inqilabçı Həmkarlar İttifaqı təşkilatlarının öndə gedən təbliğatçılarından biri oldu. 1906-cı ildə Beynəlxalq kibrit işçiləri Həmkarlar İttifaqının katibi, 1909-cu ildən isə Fransa Ümumi Əmək Konfederasiyasının baş katibi oldu. Birinci dünya müharibəsindən əvvəl alman işçi rəhbərləri ilə bir yerə yığışaraq müharibə əleyhdarı hərəkatı təşkilatlandırmağa çalışdı. Buna baxmayaraq, daha sonra Fransanın müharibə səylərini dəstəklədi. 1919-cu ildə Paris Sülh Konfransında iştirak etdi. Konfransda qurulan Beynəlxalq Əmək Qanunları Komissiyasının ən aktiv üzvlərindən biri kimi İqtisadi Şuranın qurulması üçün səy göstərdi. Həmkarlar İttifaqlarının iqtisadiyyatının yönləndirilməsindəki rolunu vurğulamasına qarşı olaraq, Həmkarlar İttifaqlarının siyasi hərəkatlardan müstəqil şəkildə fəaliyyət göstərməli olduğu düşüncəsini müdafiə edirdi. 1936-cı ildə Leon Blum hökumətində yer almaq təklifini qəbul etmədi. Leon Juo 1936-cı ildə Fransa Ümumi Əmək Konfederasiyasından 1921-ci ildə ayrılmış olan kommunistlərin konfederasiyaya yenidən üzv olmasını təsdiqlədi.
İkinci dünya müharibəsi illərində Fransa Ümumi Əmək Konfederasiyasını bağlayan Vişi rejimi Leon Juonu həbs edərək almanlara təhfil verdi. Leon Juo müharibə bitənə qədər konslagerdə qalandı və Fransaya geri döndükdən sonra yenidən təsis olunan Fransa Ümumi Əmək Konfederasiyasının katibliyinə seçildi. 1947-ci ildə Fransa Ümumi Əmək Konfederasiyasında çoxluğu ələ keçirmiş kommunistlərdən ayrılaraq, kommunist və katolik işçi təşkilatları aralığında mövqe tutan Fransız Ümumi Əmək Federasiyasını qurdu. Leon Juo 1949-cu ildə qurulan Beynəlxalq Azad Həmkarlar İttifaqları Konfederasiyasının qurulmasına öz töhfəsini verdi. Leon Juo 5 noyabr 1951-ci ildə Nobel sülh mükafatına layiq görülmüşdür.