Luiza Mey Alkott

Luiza Mey Alkott
ing. Louisa May Alcott
Doğum adı Louisa May Alcott
Təxəllüsü A. M. Barnard, Flora Fairfield[2], Flora Fairchild[3], Tribulation Periwinkle[4]
Doğum tarixi
Vəfat tarixi (55 yaşında)
Vəfat yeri Boston
Vəfat səbəbi insult
Fəaliyyəti yazıçı, tibb bacısı, şair, romançı, uşaq ədəbiyyatı yazıçısı, müəllimə, ev işçisi, sufrajist
Əsərlərinin dili ingilis dili
İstiqamət Abolisionizm
Tanınmış əsərləri
İmza
louisamayalcott.org
Vikimənbənin loqosu Luiza Mey Alkott Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Luiza Mey Alkott (29 noyabr 1832[5][6][…]6 mart 1888[5][6][…], Boston[7]) — görkəmli ABŞ yazıçısı. 1868-ci ildə yazdığı və avtobioqrafik səciyyə daşıyan "Balaca qadınlar" adlı romanı ilə tanınmışdır. Bu roman onun ailəsi ilə birlikdə Konkordda yaşadığı zamandan bəhs edir. Lakin əsərdə hadisələr Amerika vətəndaş müharibəsi dövründə verilmişdir.

Gəncliyi və ilk əsərləri

[redaktə | vikimətni redaktə et]

Luiza Filadelfiyada, transendentalist Amos Branson Alkott və Abigeyl Mey Alkottun ailəsində 1832-ci ilin 29 noyabrında atasının 33-cü ad günündə dünyaya gəlmişdir. O, dörd bacıdan: Anna, Elizabet və Abigeyl Mey, ikincisidir. Luiza Mey Alkott abolisionist və feminist olmuşdur. Gənc yaşlarından müəllim kimi işləməyə məcbur olan Luiza ilk kitabı olan "Çiçək təmsillər"ini 1849-cu ildə çap etdirmişdir. Müharibə başlayanda tibb bacısı kimi fəaliyyət göstərmişdir. 1864-cü ildə çap olunan romanında bundan da bəhs etmişdir.

Ədəbi nailiyyəti

[redaktə | vikimətni redaktə et]

Onun ədəbi nailiyyəti 1868-ci ildə çap etdirdiyi "Balaca qadınlar" romanı olmuşdur. Bu roman onun üç bacısı ilə Konkordda yaşadıqları zamandan bəhs edir. 1869-cu ildə romanın ikinci hissəsi "Yaxşı həyat yoldaşları" çapdan çıxır. Burada müəllif Meq, Co, Bet və Eminin gələcək həyatlarını təsvir edir. Müəllif 1871-ci ildə "Balaca kişilər" adlı romanı yazır və burada Conun əri ilə birlikdə açdığı məktəbdən bəhs edir. 1886-cı "Conun oğlanları" adlı romanla bu mövzuya son qoyur.

Bu əsərlərin əsas qəhrəmanı Conun prototipi müəllif özüdür.

1879-cu ildə Alkottun kiçik bacısı Mey olür və onun qızı Luizanı Alkott böyüdür. Luiza Mey Alkott sonralar qadınların səsvermə hüququnun müdafiəçisi olur.

1888-ci il 6 martda Bostonda vəfat edir.

  • "Miras" (1849-cu ildə yazılıb, 1997-ci ildə çap olunub)
  • "Çiçək təmsilləri" (1849)
  • "Xəstəxana səhnələri" (1863)
  • "Balaca qadınlar" (1868)
  • "Yaxşı həyat yoldaşları" (1869)
  • "Balaca kişilər" (1871)
  • "Conun oğlanları" (1886)