Maşın Sazi FK

Maşın Sazi
Loqonun şəkli
Klubun tam adı Maşın Sazi Futbol Klubu
fars. باشگاه فوتبال ماشین‌سازی تبریز‎‎
Ölkə İran İran
Ləqəb(lər) Yaşıl maşın, Maşınqayıranlar
Rəng(lər)          Yaşıl-ağ
Yaranma tarixi 1969
Stadionu Təxti stadionu[1]
Tutumu 25.000[2]
Sahibi Təbriz Bələdiyyəsi
Prezidenti İran Mir Məsum Söhrabi
Baş məşqçisi İran Fərhad Kazemi
Liqa İran milli futbol çempionatı
2019/20 11.
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Maşın Sazi FK (fars. باشگاه فوتبال ماشین‌سازی تبریز‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının paytaxtı olan Təbriz şəhərini təmsil edən peşəkar futbol klubu. Klub hal-hazırda İranın ən yüksək liqası olan İran Pro-liqasında mübarizə aparır. Klub 2014-cü ildən Təbriz Bələdiyyəsinə məxsusdur. Klub 2016-cı ildə 19 illik fasilədən sonra yenidən İran çempionatının yüksək divizionuna qayıdıb.

"Maşın Sazi" Təbriz şəhərinin bir digər təmsilçiləri olan "Traktor Sazi", "Göstəriş Polad" və "Şəhrdari Təbriz" klubları ilə daimi rəqabət içərisindədir. Klub Rusiyanın "Torpedo Moskva" komandası ilə dostluq münasibətlərinə malikdir.

1969-cu ildə Maşın Sazi Təbriz maşınqayırma zavodu "Maşın Sazi" adlı yeni futbol komandası yaratmaq qərarına gəlib. "Maşın Sazi" ilk rəsmi matçını 1970-ci ildə keçirib. Bir neçə ildən sonra isə klubun artıq Təbrizdə çoxlu azarkeşləri var idi.

1973-cü ildə İranda ilk ümummilli futbol liqası sayılan "Cəmşid kuboku" yaradıldı. "Maşın Sazi" elə ilk mövsümdən bu turnirdə mübarizəyə qoşuldu. Klub ilk mövsümündə 22 oyundan yalnız bir qələbə qazanaraq liqanın əsas autsayderi oldu. Komanda 1976-1979-cu illərdə yenidən "Cəmşid kuboku"nda iştirak etmişdir.

İnqilabdan sonra

[redaktə | mənbəni redaktə et]
"Maşın Sazi"nin 1973-74 mövsümündəki heyəti. Sonradan klubun rəngləri göy və sarıya, yekunda isə yaşıla dəyişdiriləcək.

"Maşın Sazi" İran İslam İnqilabından sonra və İran-İraq müharibəsi zamanı İrandakı digər əksər idman klubları kimi fəaliyyətini ciddi şəkildə məhdudlaşdırmalı oldu. Klub 1979-1980-ci illərdə hər hansı bir əhəmiyyətli yarışlarda iştirak etmədi. 1980-ci ildə Təbriz futbol liqası və futbol üzrə Təbriz kuboku yaradıldı. "Maşın Sazi" 1980-ci ildən 1988-ci ilədək məhs bu turnirlərdə uğurla mübarizə apardı. Klub Təbriz futbol liqasında yeddi dəfə çempion olmuş, iki dəfə isə ikinci yeri tutmuşdur, həmçinin Təbriz kubokunu isə altı dəfə qazanmışdır. Müharibə başa çatdıqdan sonra yerli və əyalət liqaları ləğv edilib, onların yerlərinə isə ümummilli liqalar yaradılıb.

Müharibədən sonra Azadeqan Liqası adlı ümummilli iran çempionatı yaradılıb. "Maşın Sazi" 1994-cü ildə bu liqaya yüksəlib. Komanda növbəti iki mövsüm ərzində Azadeqan Liqasında çıxış edib və hər iki mövsümdə də 8-ci yeri tutub.[3] Klub 1996-97 mövsümündə 16 komanda arasında 13-cü yeri tutaraq İkinci diviziona düşüb.[4] "Maşın Sazi" 1997-ci idən 2001-ci ilədək bu divizionda oynayıb.

"Maşın Sazi"nin 1976-cı ildəki heyəti

2001-ci ildə İran Pro-liqasının yaranmasından sonra "Maşın Sazi" Azadeqan liqasında çıxış edib. Klub uzun illər Azadeqan liqasının ortabab klublarından olub. Klub 2007-08 mövsümündə Azadeqan liqasında 11-ci yeri tutduğuna görə 2-ci diviziona düşməli idi, amma İran Futbol Federasiyası liqadakı komandaların sayının 28-dək artırılması qərarını verdiyi üçün "Maşın Sazi" Azadeqan liqasını tərk etməyib.[5]

2008-ci ildə komandanın rəhbərliyi maliyyə vəziyyətinin ağırlığı səbəbindən futbolçuların əmək haqlarını ödəmək iqtidarında deyildi, üstəlik klubun böyük məbləğdə borcları var idi. Son 12 oyunda 10 məğlubiyyətdən sonra komandanın baş məşqçisi Əsgər Etebari istefaya göndərilib. Onun əvəzinə yeni baş məşqçi vəzifəsinə Sirus Bayrami təyin edilib. 2008-ci ilin martında klubun prezidenti Cavad Şehlei tutduğu vəzifədən azad edilib. Fərhad Sedaqat klubun yeni prezidenti seçilib. Eyni zamanda Seyid Cavad Musəvi klubun yeni baş məşqçisi təyin olunub. Bütün bunlara baxmayaraq "Maşın Sazi" 2008-09 mövsümünün yekununda Azadeqan liqasında 13-cü yeri tutaraq ikinci diviziona düşüb.[6]

Dəbiri dövrü

[redaktə | mənbəni redaktə et]

25 aprel 2009-cu ildə "Maşın Sazi" klubu komandaya xeyli vəsait xərcləmiş iş adamı Şahram Dəbiri tərəfindən alınıb. Klub ikinci divizionda bir il çıxış etdikdən sonra Azadeqan liqasında iştirak etmək hüququ verən lisenziyanı almış və 2010-11 mövsümündən etibarən yenidən Azadeqan liqasında çıxış etməyə başlamışdır. Komanda 2011-12 mövsümündə Azadeqan liqasında üçüncü yeri tutub.[7] Növbəti mövsümdə 14 komanda arasında sonuncu yeri tutaraq ikinci diviziona düşüb.[8] "Maşın Sazi" növbəti iki mövsüm ərzində ikinci divizionda çıxış edib.

İran Pro-liqası

[redaktə | mənbəni redaktə et]
"Maşın Sazi"nin 2016-cı ildəki heyəti

"Maşın Sazi" klubu 2014-cü ildən Təbriz Bələdiyyəsinə məxsusdur.

Klub 2015-ci ilin iyun ayında Azadeqan liqasında Şərqi Azərbaycan ostanının təmsilçisi kimi "Şəhrdari Təbriz" komandasını əvəzləyib. 2016-cı ilin qışında Rəsul Hatibi "Maşın Sazi"nin yeni baş məşqçisi təyin olunub. Yeni baş məşqçinin qarşısına İran Pro-liqasına yüksəlmək hədəfi qoyulub. "Maşın Sazi" 10 may 2016-cı ildə "Mes Rəfsəncan" üzərində 3:0 hesablı[9] qələbədən sonra İran Pro-liqasına vəsiqəni təmin edib. Klub Azadeqan liqasının 2015-2016-cı illər mövsümünün yekununda 20 komanda arasında 2-ci yeri tutub və 19 illik fasilədən sonra yenidən İran Pro-liqasında iştirak etmək hüququnu qazanıb.[10]

2016-cı ilin dekabrında klubun baş məşqçisi Rəsul Hatibi ardıcıl uğursuz nəticələrdən sonra istefaya göndərilib. Onun əvəzinə yeni baş məşqçi vəzifəsinə Fərhad Kazimi təyin edilib.

Birinci komandanın heyəti

[redaktə | mənbəni redaktə et]

Klubun 2016-17 mövsümü üçün heyəti.[11]

Nömrə Ölkə Mövqeyi Futbolçu
1 İran GK Mehdi Eslami
2 İran DF Səid Mehdipur
3 İran DF Həbib Gordani
4 İran DF Məhəmməd Həc Məhəmmədi
5 Braziliya DF Edson
6 İran DF Bəhman Kamel
8 Gürcüstan MF Kaxaber Kakaşvili
9 İran FW Amin Qasımnecəd
10 İran MF Əhməd Əmir Qəmbər
11 İran MF Payam Sadeqiyan
13 İran MF Səid Mehri
15 İran MF Mürtəza Mahfuzi
16 İran MF Səccad Rəhbər
17 İran MF Həmid Pakdel
Nömrə Ölkə Mövqeyi Futbolçu
18 İran MF Atabəy Zarei
21 İran FW Əli Mikaeli
22 İran GK Səccad Gəraili
23 İran MF Bəhram Əhmədi
24 İran MF Söhrab Adib
25 İran FW Mehran Qurbanpur
26 İran FW Əli Ceddi
29 İran MF Məhəmməd Rəhməti
36 İran MF Saccad Hüseynyan
68 İran MF Hüseyn Ebrahimi
70 İran FW Şahab Zahedi
77 İran MF Həmidrza Əli Əsgəri
99 Özbəkistan FW Əziz İbrahimov

Milli turnirlərdəki çıxışlarının statistikası

[redaktə | mənbəni redaktə et]
Mövsüm Diviziya Liqa Yer O Q H M VT BT X Kubok Qeyd Təbriz Həzfi Kuboku
1971–72 1-ci Regional Liqa 3 3 1 1 1 3 3 3 keçirilməyib 3-cü yer (A Regionu)
1973–74 1-ci Cəmşid kuboku 12 22 1 5 16 11 48 8 Aşağı liqaya düşüb
1974–75 2-ci İkinci diviziya 6 22 8 5 10 30 29 29
1975–76 1 6 5 1 0 10 4 11 1/8 final Yüksək liqaya yüksəlib
1976–77 1-ci Cəmşid kuboku 9 30 8 16 6 23 23 32 1/16 final
1977–78 10 30 9 10 11 20 23 28 keçirilməyib
1978–79 11 12 4 4 4 11 15 12 12-ci həftəyə qədər
1980–81 1-ci Təbriz futbol liqası 2 9 6 2 1 19 10 14 Qalib
1981–82 1 10 8 2 0 19 5 18 Finalçı
1982–83 3 11 4 4 3 17 6 12 Üçüncü mərhələ
1983–84 2 10 6 3 1 12 6 15 Qalib
1984–85 1 11 10 1 0 29 10 21 Qalib
1985–86 1 20 16 1 4 39 30 49 Qalib
1986–87 1 20 17 2 1 30 15 53 Üçüncü mərhələ Qalib
1987–88 1 20 16 3 1 34 26 51 1/8 final Qalib
1988–89 1 20 14 1 5 28 28 43 1/16 final Qalib
1989–90 1-ci Qots liqa 6 20 7 7 6 19 18 21 1/16 final
1990–91 2-ci İkinci diviziya 4 14 7 4 3 20 10 18 Üçüncü mərhələ
1991–92 8 24 4 7 13 22 23 19 keçirilməyib
1992–93 7 26 9 11 6 27 20 29 keçirilməyib
1993–94 2 26 12 11 3 40 20 35 1/32 final Yüksək liqaya yüksəlib
1994–95 1-ci Azadeqan liqa 3 22 9 7 6 27 26 25 1/16 final
1995–96 8 30 11 8 11 35 38 41 1/8 final
1996–97 13 30 10 5 15 30 52 35 1/16 final Aşağı liqaya düşüb
1997–98 2-ci İkinci diviziya 5 18 7 6 5 19 12 27 keçirilməyib
1998–99 7 16 5 4 7 19 17 19 1/32 final
1999–00 9 34 8 12 14 35 55 36 İkinci mərhələ
2000–01 5 34 12 10 12 45 50 46 1/16 final
2001–02 Azadeqan liqa 3 20 9 5 6 28 19 32 1/16 final
2002–03 9 30 9 11 10 40 39 38 İkinci mərhələ
2003–04 7 30 11 8 11 34 32 41 Üçüncü mərhələ
2004–05 9 22 6 8 8 18 21 24 Üçüncü mərhələ B Qrupu
2005–06 9 22 6 7 9 21 36 25 Birinci mərhələ B Qrupu
2006–07 8 21 5 10 6 12 15 25 İkinci mərhələ A Qrupu
2007–08 11 22 3 12 7 15 25 21 İkinci mərhələ B Qrupu
2008–09 13 26 5 5 16 21 49 20 İkinci mərhələ Aşağı liqaya düşüb
2009–10 3-cü İkinci diviziya 4 16 4 8 4 22 19 20 First Round Əvəzlənib
2010–11 2-ci Azadeqan liqa 12 26 7 10 9 30 36 31 1/16 Final
2011–12 3 26 11 8 7 32 25 41 1/8 final
2012–13 14 26 3 4 19 18 47 13 Birinci mərhələ Aşağı liqaya düşüb
2013–14 3-cü İkinci diviziya 11 24 6 5 13 26 33 23 1/32 final
2014–15 7 18 5 9 4 20 19 24 Üçüncü mərhələ Əvəzlənib
2015–16 2-ci Azadeqan liqa 2 38 16 15 7 53 36 63 İştirak etməyib Yüksək liqaya yüksəlib
2016–17 1-ci İran Pro-liqası
"Maşın Sazi"nin əsas komandasının məşq etdiyi, gənclərdən ibarət komandasının isə ev oyunlarını keçirdiyi Mərzdaran stadionu.

Səhənd stadionun tikintisindən əvvəl, "Maşın Sazi" bütün ev oyunlarını günümüzdə 25.000 tamaşaçı tutumuna malik Təxti stadionunda keçirirdi. Klub hazırda ancaq vacib oyunlarını Səhənd stadionunda keçirir. "Maşın Sazi" məşqlərini 5.000 yerlik Mərzdaran stadionunda keçirir.[12] Bu stadionda həmçinin klubun gənclərdən ibarət komandası ev oyunlarını keçirir.

Klubun rəngləri

[redaktə | mənbəni redaktə et]
Yaşıl

İstifadə etdiyi formalar

[redaktə | mənbəni redaktə et]

Klubun prezidentləri

[redaktə | mənbəni redaktə et]
  • İran Məhəmməd Ələvi (Yanvar 2002 – Yanvar 2008)
  • İran Cavad Şahlayi (Yanvar 2008 – Yanvar 2009)
  • İran Fərhad Sedaqat (Yanvar 2009 – İyun 2009)
  • İran Afşin Dəbiri (İyun 2009 – Sentyabr 2012)
  • İran Sina Əsle Məhəmmədpur (Sentyabr 2013 – Yanvar 2014)
  • İran Nasir Zamani (Yanvar 2014 – Mart 2014)
  • İran Sina Əsle Məhəmmədpur (Mart 2014 – Sentyabr 2014)
  • İran İsa Əkbərzadə (Sentyabr 2014–2015)
  • İran Mir Məsum Söhrabi (2015–indiyə kimi)

Klubun baş məşqçiləri

[redaktə | mənbəni redaktə et]
Klubun hazırkı baş məşqçisi Fərhad Kazemi.
Ad Dövr
İran Məhəmməd Rəncbər 1972–73
İran Əli Haşemi 1973–77
İran Qarnik Mehrabian 1978–80
İran Hüseyn Fekri 1980–83
İran Əli Şirdel 1983–88
İran Yaqub Zeynalı 1988–89
İran Hesam Gülzar 1989–90
İran Biyok Sabaqi 1990–91
SSRİ Asif Namazov 1991–92
İran Rəhim Ağdam 1994–95
İran Nasser Hecazi 1995–96
Rumıniya Adrian Szabo 1996–97
İran Həmid Nadimian
İran Məcid Cahanpur 2001–02
İran Əsgər Etebari 2002–03
İran Nasser Hecazi 2003–
Azərbaycan Vaqif Sadıqov 2003–
Azərbaycan Böyükağa Hacıyev 2003–04
İran Gholamhossein Karimpour 2004–05
İran Ahad Sheykhlari 2005–06
İran Qulamrza Bağabadi İyul 2006 – 7 İyul
İran Əli Nikbəxt İyul 2007 – 8 Fevral
İran Qulamrza Bağabadi Fevral 2008 – 8 İyun
İran Əsgər Etebari İyul 2008 – 9 Yanvar
İran Sirus Bayrami Yanvar 2009 – 9 Aprel
İran Səyed Cavad Musəvi Aprel 2009 – 10 Oktyabr
İran Əhəd Şeyxlari Oktyabr 2010 – 10 Sentyabr
İran Əyyub Zülfüqari Sentyabr 2010 – 10 Dekabr
Şimali Makedoniya Zoran Smilevski Dekabr 2010 – 11 İyun
İran Rəsul Xatibi İyun 2011 – 12 İyul
İran Nasser İbrahimi Avqust 2012 – 12 Sentyabr
İran Əlirza Əkbərpur Sentyabr 2012 – 12 Noyabr
İran Əsgər Etebari Noyabr 2012 – 13 Yanvar
İran Hüseyn Xatibi Yanvar 2013 – 13 Mart
İran Vəli Hatəmi Mart 2013 – 13 Avqust
İran Əmir Dadaş Ziayi Avqust 2013 – 13 Sentyabr
İran Səyed Cavad Musavi Sentyabr 2013
İran Səid Parkide Sentyabr 2013 – 13 Oktyabr
İran Səyed Rza Sadat Oktyabr 2013 – Yanvar 2014
İran Ümid Tayyeri Yanvar 2014 – 14 Fevral
İran Əmin Abadi Fevral 2014 – 14 Mart
İran Yunis Bahonar Mart 2014 – 14 Aprel
İran Əmir Dadaşziaei Aprel 2014 – 14 Sentyabr
İran Qulamrza Bağabadi Sentyabr 2014 – 15 İyun
İran Nadir Dastneşan İyun 2015 – 15 Noyabr
İran Rasul Xatibi Noyabr 2015–16 Dekabr
İran Fərhad Kazemi Dekabr 2016–
  • Təbriz futbol liqası
    • Çempion (7): 1980-81, 1981-82, 1983-84, 1985-86, 1986-87, 1987-88, 1988-89
    • Gümüş mükafatçı (1): 1982-83
  • Təbriz Hazfi kuboku
    • Qalib (6): 1980-81, 1983-84, 1985-86, 1986-87, 1987-88, 1988-89
    • Finalçı (3): 1981-82, 1982-83, 1984-85
  • İkinci diviziya
    • Çempion (1): 1975-76
    • Gümüş mükafatçı (2): 1993-94, 2015-16
  • Azadeqan liqa
    • Gümüş mükafatçı (1): 2015-16
    • Bürünc mükafatçı (3): 1994-95, 2001-02, 2011-12
  1. "ماشین‌سازی در باغ‌شمال بازی می‌کند<". Varzesh3.com.
  2. "باغشمال هم خشكيد". Fars News. 2011. 2016-08-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 mart 2017.
  3. "Iran 1995/96". 2020-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-05.
  4. "Iran 1996/97". 2020-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-05.
  5. "Iran 2007/08". 2009-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-08.
  6. "Iran 2008/09". 2017-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-08.
  7. "Azadegan League 2011-12 Group B". 2017-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-12.
  8. "Azadegan League 2012-13 Group A". 2017-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-12.
  9. "Machine Sazi 3-0 Mes Rafsanjan. Week 37 Azadegan League 2015-16". 2017-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-16.
  10. "Azadegan League 2015-16". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-16.
  11. Soccerway.com. "MACHINE SAZI TABRIZ" (rus). 2021-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-16.
  12. "استادیوم5 هزار نفری مرزداران به آکادمی ماشین سازی اختصاص یافت". Sports organizations of Tabriz municipality. 2015. 10 June 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 May 2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]