Mateuş Bartel | |
---|---|
pol. Mateusz Bartel | |
| |
Ölkə | Polşa |
Doğum tarixi | |
Doğum yeri | Varşava, Polşa |
Titulu | qrosmeyster (2005) |
Son reytinqi |
|
Maksimal reytinqi | 2.677 (may 2012) |
FİDE nömrəsi | 1112635 |
Vikianbarda əlaqəli mediafayllar |
Mateuş Bartel (pol. Mateusz Bartel; doğ. 3 yanvar 1985) — Polşa şahmatçısı, qrosmeyster (2005). Bartel 2006, 2010, 2011 və 2012-ci illərdə Polşa Çempionatının qalibi adını qazanmışdır.
Bartel şahmat oynamağı 6 yaşı olan zaman kiçik qardaşı ilə birlikdə suçiçəyi xəstəliyi səbəbindən evdə qalarkən atasından öyrənib. Sonradan onların hər ikisi "Poloniya Varşava" şahmat klubuna üzv yazılıblar.[2]
O, 2003-cü ildə 18 yaşadək gənclər arasında Avropa Çempionu olub. 2005-ci ildə isə Zoltan Dimeşi ilə eyni xal toplamış və onunla birlikdə İrlandiyanın Kork şəhərində keçirilən açıq şahmat turnirinin qalibi olmuşdur.[3]
Bartel 2007-ci ildə Men adasında keçirilən beynəlxalq turnirdə Vitali Qolod, Zahar Yefimenko, Yuri Yakoviç, Mixail Royz və Mixail Kobaliya ilə 1-6-cı yerləri bölüşdürüb.[4] 2009-cu ildə Prievidzada keçirilən turnirin qalibi olub.[5] O, 2012-ci ilin fevralında 11-ci Aeroflot Open turnirində Anton Korobov və Pavel Elyanova tay-brekdə qalib gələrək turnirin qalibi olub.[6]
Bartel 2013-cü ildə Çexiyanın "G-Team Nový Bor" komandasının tərkibində Yunanıstanın Rodos adasında keçirilən şahmat üzrə klublar arası Avropa kubokunun qalibi olub.[7]
Bartel 2015-ci ildə Qüdsdə keçirilən şahmat üzrə şəxsi Avropa çempionatında bürünc medal qazanmışdır.[8]
Bartel 2006, 2008, 2010, 2012 və 2014-cü illərdə ölkəsini Şahmat Olimpiadalarında təmsil edib. 2006-cı il Turin Olimpiadasında dördüncü lövhədə oynadı və 5/10 (+3 =4 -3) xal topladı.[9] 2008-ci il Drezden Olimpiadasında isə üçüncü lövhədə yarışdı və 4/7 (+3 =2 -2) xal topladı. 2010-cu il Xantı-Mansi Olimpiadasında beşinci lövhədə 9 oyundan 7 xal toplayaraq (+6 =2 -1) öz lövhəsində şəxsi nəticədə gümüş medal qazandı.[10] Fransa şahmatçısı Sebastyan Fellerin qaydaları pozduğuna görə diskvalifikasiya olunmasından sonra isə avtomik olaraq qızıl medala layiq görüldü.[11][12]
Bartel 2013-cü ildə polşalı qrosmeyster Marta Pjezdzetskaya ilə ailə həyatı qurub.[13]